GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib

İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib

Tarix: 17-11-2015, 16:05 Bölmə :Ölkə Baxış: 0
İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib

Sabiq daxili işlər naziri İsgəndər Həmidov yeni qandallanan generalları həbsdə nələr gözlədiyindən danışdı: “Hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, ediləcəklər”

Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından 1 ay ötür. Bu bir ay ərzində ölkənin gündəmini generalların həbs edilməsi prosesi zəbt edib. Son olaraq MTN generalı Akif Çovdarov bir neçə gün öncə qandallandı. Məlumatlara görə, proses yeni generalların saxlanması ilə davam edəcək.

Qeyd edək ki, Azərbaycanda generalların həbsi yeni hal deyil. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinə son qoyulduqdan sonra ölkədə başlayan həbs dalğasında bir sıra məşhur generallar dörd divar arasına göndərildi. Onlardan ən məşhuru keçmiş daxili işlər naziri İsgəndər Həmidov idi.

Şahin Musayev, Heydər Əliyev iqtidarının ilk ilində milli təhlükəsizlik naziri işləmiş Nəriman İmranov da həbsə atılan məşhur generallardan idilər. Özü də həmin generallara çox ağır cəza kəsilmişdi. İsgəndər Həmidov 14 il, Şahin Musayev 15 il, Nəriman İmranov ömürlük məhkum edilmişdilər. İsgəndər Həmidov 9 illik həbsdə saxlandı və İlham Əliyev hakimiyyətə gəldikdən az sonra azad edildi. Şahin Musayev isə Qobustan həbsxanasında məşhur qaçış olayı zamanı həbsxanadan qaçmağa cəhd edən vaxt güllənib öldürülmüşdü.

Rəhim Qazıyevlə birlikdə bir qrup saxlanılan şəxsin MTN-in təcridxanasından qaçmasını təşkil etdiyi ittihamı ilə həbs edilən Nəriman İmranovun isə cəzası öncə ömürlük olsa da sonradan 15 ilə endirildi. 10 ilə yaxın məhkumluq həyatından sonra İmranov əfvlə azadlığa qovuşdu.

Sonrakı illərdə də Azərbaycanda məşhur general qandallama halları yaşanıb. Onlardan ən məşhuru DİN-in idarə rəisi general Zakir Nəsirovun 2005-ci ildə həbs edilməsi idi. Zakir Nəsirov məşhur Hacı Məmmədov olayı ilə bağlı həbs edilib və hələ də dustaq həyatı yaşayır. Son bir ay isə Azərbaycanda ən çox sayda generalın həbs edildiyi dövr kimi tarixə düşdü desək, yanılmarıq. Eldar Mahmudovun MTN naziri vəzifəsindən çıxarılmasından bu gün düz bir ay keçir. Bu bir ayda 10-a yaxın general qandallanıb.

Ümumi götürdükdə 1993-cü ildən indiyə qədər ölkəmizdə 20-dən yuxarı general rütbəsi daşıyan adamın dəmir barmaqlıqlar arxasına göndərildiyini araşdırmamız ortaya çıxarıb.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elçibəy hakimiyyəti devrildikdən sonrakı 1995-ci ilin sonlarına qədər olan dövrdə həbs edilən generallarla, ondan sonrakı zamanlarda, xüsusən də son bir ayda həbsə atılan generallar arasında böyük fərqlər var: “Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonrakı dövrdə Elçibəy hakimiyyətinin təmsilçiləri sırasında generallar da həbs edildi və onların hamısı siyasi dustaq kimi dünya tərəfindən qəbul edildi. Həmin insanlar qanunları pozmamışdılar. Günahsız yerə həbsə atılmışdılar. Özü də həmin insanlar Azərbaycan qarşısında, onun müstəqilliyi uğrunda böyük işlər görmüşdülər. 1995-ci ildən sonra general həbslərinin yeni mərhələsi başlandı. Bu mərhələ başlanan dövrdən indiyə qədər həyata keçirilən general həbsləri fərqli hadisələrə görə həyata keçirilib. İndi həbs edilən generalların əksəriyyəti isə general olmağa layiq olmayan, bu ölkə üçün heç bir əziyyət çəkməyən adamlardırlar. Onlar ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan, cinayətə qurşanmış adamlardır.

Ona görə də belə saxta generalların cəzalandırılması lazım idi. Biz hələ bir neçə il öncə Azərbaycanda insanlara, xüsusən iş adamlarına divan tutan çetenin olduğu barədə xəbərdarlığımızı etmişdik. Biz dəfələrlə bəyan etmişik ki, hər yetənə general rütbəsi verilməməlidir. Asanlıqla bu cür böyük rütbəyə yiyələnmiş adamlar harınlayacaqlar. Mən bir dəfə müsahibəmdə demişdim ki, bu ölkədə çevriliş olsa onu müxalifət yox, hakimiyyətin öz içində olan harınlamışlar edəcəklər”.

İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib

İ.Həmidov onu da dedi ki, Azərbaycanda hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, həbs ediləcəklər.

Keçmiş nazir general üçün həbsxanaya düşmənin hansı çətinliklər yaratdığından da danışdı. O vurğuladı ki, xalq hərəkatından çıxmış, çətinliklər, əziyyətlər görmüş generallar üçün həbsxana divarları arasında yaşamaq psixoloji baxımdan o qədər ağır deyildi: “Sovet tanklarının önündə çıxmış, dəfələrlə ölümlə üz-üzə gəlmiş, hər cür əziyyətlərdən çıxmış şəxslər daxilən hər şeyə hazır idilər. Belə adamlar üçün həbs edilmək faciə deyildi. Həbsxanada da onlara hörmətlə yanaşılır. İndi həbs edilən kabinet generalları, heç bir əziyyət görməyən, ancaq pul yığmaqla məşğul olan və harın həyat tərzi keçirən, insanlara işgəncə vermiş generallar üçün isə həbs çox çətin olacaq. Onlar çox ağır psixoloji, mənəvi sarsıntılar keçirəcəklər. Onlara türmədə məhkumların içində yaşamaq çox çətin olacaq. Onların dustaqlar arasında heç bir hörməti olmayacaq. Onların bəzilərinin vaxtı ilə şərləyib tutdurduqları adamlarla həbsxanada üz-üzə gəlmək ehtimalları da var. Həmin generallar, polkovniklər orada çox ciddi sorğuya çəkiləcəklər. Ona görə də həbsxana onlar üçün çox ağır keçəcək. Bizim həbsimizlə onların həbsini eyniləşdirmək mümkün deyil”.

Etibar SEYİDAĞA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

    Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat ...

    26-02-2020, 09:36

  • 
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • Keçmiş daxili işlər naziri İsgəndər Həmidov saxlandığını deyir

    Keçmiş daxili işlər naziri İsgəndər Həmidov ...

    30-01-2019, 15:41

  • 
  • İsgəndər Həmidov: 7 il təkadamlıq kamerada həbsdə oldum  (VIDEO)

    İsgəndər Həmidov: 7 il təkadamlıq kamerada həbsdə ...

    27-02-2020, 12:14

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu