Gundemxeber.az » Ölkə » “AZİNQRUP” MMC işçiləri üsyan edir
Şirkətin əməkdaşları aylardır əmək haqları ala bilmir; rəhbəri həbsdə olan firmada gizli əməliyyatlar olub
“AZİNQRUP” MMC işçiləri “Gündəm-xəbər”ə müraciət edib. Onlar aylardır maaş ala bilmədiklərini deyirlər. Şirkət daxilində bir neçə şəxsin milyonları mənimsəməsi əmək haqlarının yeyilməsi ilə nəticələnib.
Məsələ artıq çox ciddi şəkil alıb. Rəhbərlik ofisin işçilərini öz hesabına məzuniyyətə göndərmək istəyir. Maaşlar haqda isə məlumat verilmir.
İyun-sentyabrın maaşı verilməyib. Görünən odur ki, maaşları vermək niyyətində deyillər. Şirkətə daxil olan vəsaitin hara xərcləndiyi çox qaranlıqdır. Məlumata görə, son 4-5 ay ərzində icraçı direktor vəzifəsi bir neçə dəfə əl dəyişib.
AZİNQRUP MMC şirkəti rəsmi sənədlərdə Azərinşaat MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyevə məxsusdur.
O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işində bir dəfə həbs olunub.
Bu ilin mayında həbs olunan M.Əliyev milyonlarla manat ödəmək müqabilində birinci həbs dalğasında qurtula bilib.
Lakin sabiq MTN şefi Eldar Mahmudov vəzifədən alındıqdan sonra Mehdi Əliyevin başı üzərində qara buludlar yenidən peyda olub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
***
Rabitə naziri çıxarıldı, “Rabitəbankda” yoxlamalar başladı
ASC-nin vəzifəli şəxslərinin əməlləri araşdırılır; bankın vətəndaşları müflis etməsi faktlarda əks olunub
Azərbaycan Beynəlxalq Bankındakı kredit qalmaqalından sonra digər bankların da fəaliyyəti yoxlanır. “Gündəm-xəbər”in məlumatına görə, "Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin əməlləri araşdırılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iri ranqlı vəzifəlilərin həbsi və nazir Əli Abbasovun vəzifədən çıxarılması adıçəkilən bankın da bu hadisələrlə əlaqəli olması haqda şübhələrə yol açıb. "Rabitəbank”da yoxlamaların yekunu haqda rəsmi məlumat olacağı da gözlənilir.
Bankın adı bu günə kimi müxtəlif neqativ işlərdə hallanıb. Buna misal kimi bir neçə fakt göstərmək olar.
Belə ki, ötən il “RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinlər - Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirdiyi təsbit edilib. 35 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsədikləri təsdiqini tapıb.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.
Bu ilin martında isə Baş Prokurorluq «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yaymışdı.
Müəyyən edilib ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınıb.
Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanıb və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılıb.
Yada salaq ki, bir müddət əvvəl də Sumqayıt sakini Oqtay Ağayarov ciddi bank qanunsuzluğu ilə üzləşmişdi.
Belə ki, Oqtay Ağayarov ictimai fəaliyyəti, Sumqayıtda mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar "Rabitəbank”ın Sumqayıt filialından 57 min manat kredit götürüb.
Rafiq Qara
gundemxeber.az
13-11-2015, 00:26
14-12-2016, 22:08
31-08-2015, 18:54
16-11-2015, 15:28
8-02-2017, 01:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?