"AZİNQRUP” MMC işçiləri aylardır maaş ala bilmir. VİZUAL.az-a verilən xəbərə görə, şirkət daxilində maliyyə böhranı hökm sürür.
Şirkət daxilində bir neçə şəxsin milyonlarə mənimsəməsi onların əmək haqlarının yeyilməsi ilə nəticələnib. "Məsələ artıq çox ciddi şəkil alıb. Rəhbərlik ofisin işçilərini öz hesabına məzuniyyətə göndərmək istəyir. Maaşlar haqda isə məlumat verilmir. İyun-sentyabrın maaşı verilməyib. Görünən odur ki, maaşları vermək niyyətində deyillər. Şirkətə daxil olan vəsaitin hara xərcləndiyi çox qaranlıqdır. Halbuki, hər ay şirkətə vəsait daxil olur. Amma işçilərə bir qəpik də ödənilmir”.
Şirkət işçiləri bildirirlər ki, özünü kurator adlandıran şəxslər var. Onlar şirkətin rəsmi işçisi deyil. Lakin daxil olan vəsaiti istədikləri kimi idarə edirlər. Məlumata görə, "AZİNQRUP” MMC-də mübhəm hadisələr baş verir. Son 4-5 ayərzində icraçı direktor vəzifəsi bir neçə dəfə əl dəyişib. Bir neçə şəxs bu vəzifəyə təyin olunub, az sonra əvəzinə başqası gətirilib. Vurğulayaq ki, "AZİNQRUP” MMC ASC 90-cı illərdə fəaliyyətə başlayıb. Sovet İttifaqı dağılandan sonra, nəhəng tikinti təşkilatlarını birləşdirən şirkət qısa müddət ərzində xeyli sərmayə toplaya bilib.
Bu müddət ərzində bütün respublika ərazisində bir çox binalar, sənaye müəssisələri, neft və qaz kəmərləri, tikinti – sağlamlaşdırma kompleksləri şirkət trəfindən inşa edilib. Hazırda "AZİNQRUP MMC” tikinti şirkəti Azərbaycanın ən iri tikinti şirkətlərindən biridir. "AZİNQRUP” MMC şirkəti rəsmi sənədlərdə "Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyevə məxsusdur. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işində bir dəfə həbs olunub. Bu ilin mayında həbs olunan M.Əliyev milyonlarla manat ödəmək müqabilində birinci həbs dalğasında qurtula bilib.
Lakin sabiq MTN şefi Eldar Mahmudov vəzifədən alındıqdan sonra Mehdi Əliyevin başı üzərində qara buludlar yenidən peyda olub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. "Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun ("Hafka”) kurasiyasında olub.
Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib. Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başlayıb. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçıb. Mətbuatda xəbərlər yayılıb ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər. Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib.
Bu şirkətdə "Hafka”nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir. Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra "Azərinşaat” MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?