GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağcabədidə saray üsyanı: başçıya qarşı kimlər birləşib?

Ağcabədidə saray üsyanı: başçıya qarşı kimlər birləşib?

Tarix: 18-11-2015, 18:35 Bölmə :Ölkə Baxış: 0
Ağcabədidə saray üsyanı: başçıya qarşı kimlər birləşib?

Ağcabədi rayonunda vəziyyət qəribə şəkil almağa başlayıb.

gundemxeber.az JAM.AZ-a istinadla xəbər verir ki, rayonda artıq məmurlarla icra başçısı arasında nəinki fikir ayrılığı, hətta saymazlıq yaşanır.


Məlumata görə, rayonda durumun kritikləşməsinin səbəbi məlum deyil. Bəzi məlumatlara görə, icra başçısı Şahin Məmmədov artıq rayona nəzarəti itirib. İş o həddə çatıb ki, yerli idarə və müəssisə rəhbərləri belə onun sözünə qulaq asmırlar.

Məlumatlara görə, hazırda Ağcabədidə əksər məmurlar Şahin Məmmədovun artıq işləyə bilmədiyini və yaxın günlərdə vəzifəsindən gedəcəyini dilə gətirirlər. Onlar həmçinin Məmmədovun icra başçısı kimi daha fəaliyyət göstərə bilməməsini isə yorulması və ya yaşlanması ilə deyil, başının pul qazanmağa qarışmasıyla izah edirlər. Elə bu səbəbdən də subardinasiya məsələləri aradan qalxıb.

Məlumata görə, Şahin Məmmədova boyun əyməyənlərdən biri Maliyyə İdarəsinin rəisidir. Qeyd edilir ki, idarənin rəisi Xosrov Nəsirov artıq icra başçısının tapşırıqlarına məhəl qoymur. Üstəlik, başına da Şahin Məmmədova qarşı çıxmış şəxsləri yığmağa başlayıb.

Məlumatda vurğulanır ki, Xosrov Nəsirov bu yaxınlarda işdən çıxarılıb. Amma işdən çıxarılana qədər o, icra başçısının əleyhinə kampaniya aparan Yaqub Alıyevi vəzifə başına keçirib.
Əvvəlcədən də Maliyyə İdarəsində çalışan Alıyevin diplomunun müxtəlif vasitələrlə aldığını iddia edən mənbələr bildirir ki, sözügedən şəxs özünə yer etdikdən sonra başqa bir vasitəyə də əl atıb.
Belə ki, o, İqtisad Universitetində təhsil almış qardaşı oğlu Elçin Alıyevi də yanına gətirərək, ona vəzifə verib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7.1-ci maddəsində birmənalı şəkildə təsbit olunub ki, yaxın qohumlar bir-birinin tabeliyində işləyə bilməzlər. Amma qanun bu maddəsin görməzdən gələn sabiq Maliyyə rəisi Xosrov Nəsirov bunu unudmuş və əmi qardaşoğlun bir idarədə çalışdıraraq vəzifə verib.

Məlumatda daha sonra vurğulanır ki, hazırda Ağcabədi rayon Maliyyə İdarəsinin rəisi vəzifəsi vakantdır və Xosrov Nəsirovun yerinə təyinat olmayıb. Yaqub Alıyev isə hər yerdə deyir ki, yeni rəis özü olacaq və bununla bağlı razılığını da alıb.

Mənbə iddia edir ki, rayonda gedən tender maxinasiyaları barədə qəzətlerə məlumat ötürən Yaqub Alıyev olub. Onun rayon icra başçısını açıq şəkildə ələ saldığını isə hamı bilir.


Ağcabədi kasıb rayondur və əhalisinin bir qismi büdcə vəsaitləri hesabına dolanır. Elə bu səbəbdəndir ki, rayonda insanların bir çoxu yoçsulluq həddindən aşağı səviyyədə yaşayır. Məlumata görə, ünvanlı sosial yardım almaq istəyənlərin də sayının çoxluğu bununla bağlıdır.

Lakin Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımovun özünün qaydaları var. Məlumat göndərən Səbuhi Məmmədov adlı rayon sakini bildirir ki, indiyə qədər bir neçə dəfə ünvanlı sosial yardım alıb. Lakin hər dəfə ondan aldığı pulun 4 aylıq hissəsini tələb ediblər və o da vermək məcburiyyətində qalıb.

Məlumat verən rayon sakinlərinin dediyinə görə, Əbülfət Qasımovun qaydalarına əsasən iki illik müddətə verilən ünvanlı sosial yardım almaq istəyənlərin əli cibində olmalıdır. Bu zaman ödənişlər nağd və ya pul alındıqdan sonra edilə bilər. İki il müddətinə ünvanlı sosial yardım almaq istəyənlərdən tələb olunan məbləğ isə 1500-2000 manat civarındadır.

Qeyd edək ki, ƏSMM-in direktoru da Şahin Məmmədova tabe olmayan adamdır. O da müstəqil şəkildə hərəkət edərək, son dövrlər icra başçısının verdiyi tapşırıqları həyata keçirməkdən imtina edir.
İddia olunur ki, bir müddət əvvəl Ağcabədinin icra başçısı Qasımova rayonun mərkəzində kiçik bir ərazinin abadlaşdırılması üçün tapşırıq versə də, sözügedən şəxs bundan boyun qaçırıb. Və bunu maddi imkanının olmaması ilə iəzah edib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağcabədidə icra başçısı və idarə müdiri prezidenti belə aldada bilib – ŞOK!

    Ağcabədidə icra başçısı və idarə müdiri ...

    12-06-2015, 14:53

  • 
  • Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAM

    Masallıya yeni icra başçısı təyin olunub - ...

    20-11-2019, 15:14

  • 
  • Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı

    Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar ...

    12-05-2016, 16:42

  • 
  • Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq yeyintinin bədəli

    Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq ...

    22-05-2014, 10:11

  • 
  • Başçının sorağı Batumdan gəlir... - Belə deyirlər...

    Başçının sorağı Batumdan gəlir... - Belə ...

    16-08-2021, 13:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu