Müğənni Samira Allahverdi dostluqlardan şikayətlənib.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, ifaçı açıqlamasında həyatda dostunun olmamasından şikayətlənib:
"Hazırda nəinki şou-biznesdə, heç həyatda da dost yoxdur. Güvəndiyin bir səni yaradan, bir də özünsən. Heç adam özünə də güvənmir hərdən: yalan danışır, özünə xəyanət edir. Ətrafdakılar həmişə sənin şöhrətindən, pulundan, nəyindənsə yararlanmağa çalışırlar. İndiki dostlar yalandan yanında gəzirlər. Adamdan ancaq istifadə etmək istəyirlər. Ağlayanda da, güləndə də, uğura sevinəndə də görürsən ki, təksən. Sənətdə tək-tük insanlar var ki, onlara güvənirəm. Mənim üçün əhəmiyyətsiz deyillər".
S.Allahverdi bir müddət əvvəl yayılan boşanma xəbərlərindən bəhs edib:
"Sevmədiyim insanlarla qarşılaşır, haqqımda xoşagəlməz sözlər eşidirəm. Mən əsəb keçirirəm, ağlayıram. Amma çalışıram susum. Haqqımda yalan yazırlar, çox pis oluram. Dilimdən eşitmədikləri sözləri yazdılar. Şəxsi həyatımı gündəmə gətirdilər. Buradan bütün mediadan xahiş edirəm... Mənim şəxsi həyatıma toxunmasınlar. Hamı bilir ki, ailəliyəm, iki övladım var. Heç kim heç nədən sığortalanmayıb. Heç kim mənim gələcəyimi bilmir. Bəlkə sabah oxumayacam, burdan gedəcəm. Ailəmdə, həyatımda, sənətimdə hər şey baş verə bilər. Mənim üçün balalarım əziz və müqəddəsdir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?