O vaxt “Qara Kəmər” əməliyyatı ilə bağlı məhkəmədə Hacı Məmmədov maraqlı bir fikir söylədi. Qeyd etdi ki, bütün bu işləri törədənlərin başçısı hələ bayırdadır”. Bu sözləri AİM.Az-a Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud MİRƏLİOĞLU “Eldar Mahmudovun Hacı Məmmədovla ortaq fəaliyyəti üzə çıxdı” iddiasını şərh edərkən deyib. Onun sözlərinə görə, Hacı Məmmədovun o sözləri həm də bir mesaj idi: “Bəlkə də öldürülmə təhlükəsindən ehtiyatlanaraq ad çəkmirdi. Amma o, həmin vaxtlar bu mesajı vermişdi. Lakin bu mesaj ciddiyə alınmadı”. Eldar Mahmudovun ixtisası və keçdiyi yola nəzər salan təşkilat sədri qeyd edib ki, O, “abaxeys” idi: “Eldar Mahmudov nazir təyin olunanda da demişdik ki, milli təhlükəsizliyimiz təhdid altındadır. Ona görə ki, təhlükəsizliyimiz “abaxeys” xarakterinə uyğun olaraq təmin olunurdu. Çox pisdir ki, bu, belə oldu. Kimin gəlib, nə etməsindən asılı olmayaraq, bu, hər zaman bizim təhlükəsizlik orqanının adına ləkədir. E. Mahmudovun “MTN işi” dövlətçiliyimizin imicinə mənfi təsir göstərdi”. Mənsur,
Sorğu
Yeni dizaynımız necədir?