GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sovet dönəminin haqq hesabı

Sovet dönəminin haqq hesabı

Tarix: 28-02-2013, 11:11 Bölmə :Ölkə Baxış: 821
Sovet dönəminin haqq hesabı

Keçmişə düz qiymət verməyəndə dünənin diktatoru
axşam avtoritar lider kimi yatıb səhər demokrat kimi
oyana bilir, necə ki, bir neçə ölkədə məhz belə də oldu


Maraqlı ölkələr və hadisələr çoxdur. Bir də görürsən ki, uzaq bir ölkədə baş verən hadisə səndə hansısa assosiasiyalar yaradır və özün də hiss etmədən səni hansısa fikirlərə yönəldir. Bu günlərdə diqqətimi bir detal çəkdi.
Sən demə, bu gün iqtisadi yüksəlişi ilə hamını heyrətləndirən, elə siyasi xarakterinə görə də bundan az təəccübə səbəb olmayan Çində çağırışlar səslənir ki, 1966-cı ildə elan edilən və düz 10 il davam edən «mədəni inqilab»ın müəllifləri cəzalandırılsın.
Bəlkə də bu, sizlərə olduqca maraqsız görünəcək. Amma tələsməyin. Mənim də Çinin siyasi dinamikasını təhlil etməyə nə vaxtım, nə də həvəsim var. Özüm də kinli adam deyiləm. Amma bir vaxtlar eşidəndə ki, çilililər A. Pinoçetin, polyaklar isə V. Jaruzelski-nin evi qarşısında etiraz aksiyaları keçirir, əvvəlcə buna təəccüblənirdim və hətta səbəbini soruşurdum. Amma sonradan fikirləşdim ki, onlar düz edir. Keçmişə qiymət verməyə çalışmaq lazımdır. Keçmişə düz qiymət verməyəndə dünənin diktatoru axşam avtoritar lider kimi yatıb səhər demokrat kimi oyana bilir, necə ki, bir neçə ölkədə məhz belə də oldu.
Ölkələr var ki, orada heç olmasa keçmişə görə haqq-hesab çəkməyə cəhd edildi, amma elə ölkələr də oldu ki, bu haqda heç düşünmədilər də, «Bu, hamımızın ortaq tarixidir» deyib, keçmiş kommunistlərin hakimiyyətə ikinci yürüşünə yaşıl işıq yandırdılar. Nəticəsi nə oldu? Sovetlərin vaxtında partiya instruktoru olmuş adam indi demokratiya haqqında «palaz» boyda yazılar yazır. Təkcə yazı yazsaydı dərd yarıydı, baxmayaraq ki, biz onlardan yalnız tövbə və etiraf xarakterli yazılar gözləməliydik. Amma bu adamlar təkcə yazı yazmaqla məşğul olmadılar, ölkələrdə rəhbərliyi ələ keçirdilər, uğursuz kommunizm quruculuğundan sonra demokratiya qurmağa girişdilər. Heç kim onlara keçmiş yazılarını göstərmədi, buna görə onları qınamadı. Çox az sayda belə cəhd oldu. Məsələn, bir ziyalı H. Əliyevin sovet vaxtında dərc olunmuş nitqindən mətbuatda sitat gətirdiyi üçün bir neçə ay həbsdə yatmalı oldu. Halbuki o yazıq heç nə etməmişdi, ulu öndərin sovet vaxtında dərc olunmuş kitabından bir sitat gətirmişdi! İnsanlar adətən unutqan olur, azərbaycanlılar isə bu sahədə xüsusilə seçilirlər. İkinci qayıdışından sonra təəssüf ki, heç kim H. Əliyevə yağ və ət talonlarını, keçici qırmızı bayraqları, qul plantasiyalarını xatırladan pambıq tarlalarını, o vaxtların çox məşhur olan deyimini – «Şiroko şaqaet Azerbaydcan za maslom v Rostov!» deyimini xatırlatmadı, sanki bunlar heç olmayıbmış…
Polşada bir vaxt məşhur bir aktı – dekommunizasiya aktını parlamentdən keçirməyə cəhd etdilər, amma alınmadı. Bu akt nəyi nəzərdə tuturdu? Əgər o qəbul olunsaydı keçmiş kommunistlər nəinki vəzifə tuta bilməyəcəkdilər, hətta onların siyasətə yolu bağlanacaqdı. Öz tariximizə gəldikdə isə mən 1992-93-cü illərə çox böyük ümidlə baxırdım. O vaxt çoxumuz güman edirdik ki, hakimiyyətə gəlmiş demokratlar keçmiş DTK-nın arxivlərini açacaqlar. Amma belə olmadı, nəinki arxivlər açılmadı, hətta sonda kommunistlərin əsl lideri (sonradan yaranan kommunist partiyaları hesaba alınmır) hakimiyyətə dəvət olundu. Niyə belə oldu? Mənə elə gəlir ki, bunun bir səbəbi vardı. Milli azadlıq hərəkatında çox yüksək postlarda H. Əliyevin «adamları» vardı. Başqa səbəblər gətirdilər, dedilər ki, arxivlərin açılması milli təhlükəsizliyə xələl gətirə bilər. Amma bunlar hamısı yalan və əfsanə idi, lap açığı bəhanə idi. Mən o vaxt bir detala fikir vermişdim. Milli azadlıq hərəkatının bəzi liderləri hələ hakimiyyətə gəlməmişdən öz müsahibələrində ilk fürsətdəcə H. Əliyevi tərifləyir, millətə onun necə böyük şəxsiyyət olmasını təlqin etməyə cəhd edirdilər. Son nəticə onların istədiyi kimi oldu, H. Əliyev özünün ikinci siyasi dirçəlişini yaşadı. Bəzən deyirlər ki, guya belə olmasaydı biz böyük fəlakətlərlə üzləşərdik. Amma mən belə düşünmürəm. Guya ki, biz çoxlarından qabağa düşdük. Amma proses onsuz da uzun çəkdi, müstəqil olandan düz 22 il sonra biz Rusiyanın hərbi çətirindən nəhayət ki, qurtulmaq üzrəyik. Bəli, 22 il keçəndən sonra! Nə milli azadlıq hərəkatının radikal qanadı, nə də H. Əliyev bizi irəli ata bilmədi, bu gün digər keçmiş on beş respublikanın nəyi varsa, bizim də ondan varımızdır, nə artıqdır, nə də ki, əskik, üstəlik torpaqlarımızın 20 faizi də işğal olundu…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyanı heyrətləndirən terror qruplaşması daha bir addımı ilə təəccübə səbəb olub

    Dünyanı heyrətləndirən terror qruplaşması daha ...

    13-07-2014, 12:37

  • 
  • Puç olan “regionların sosial-iqtisadi inkişaf” proqramı

    Puç olan “regionların sosial-iqtisadi inkişaf” ...

    7-02-2013, 10:14

  • 
  • Azərbaycan üçün demokratiya tələbi

    Azərbaycan üçün demokratiya tələbi ...

    18-04-2013, 09:55

  • 
  • Azad edilən məhbuslar ölkədə vəziyyətin müzakirəsinə toplaşıb

    Azad edilən məhbuslar ölkədə vəziyyətin ...

    31-03-2016, 14:29

  • 
  • ATV-nin aparıcısı: “Yanımda başqa bir kişinin olması…”- (MÜSAHİBƏ)

    ATV-nin aparıcısı: “Yanımda başqa bir kişinin ...

    17-06-2015, 08:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu