GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədət Quliyev MTN-in uniformasında-FOTO

Mədət Quliyev MTN-in uniformasında-FOTO

Tarix: 23-11-2015, 19:55 Bölmə :Ölkə Baxış: 0
Mədət Quliyev MTN-in uniformasında-FOTO

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib.

Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 97 il ötür. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb. Peşə bayramı ərəfəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Bakı şəhəri Sabunçu, eləcə də Şəki Məhkəmə komplekslərinin açılışını etməsi ədliyyə sisteminə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanıb.

Bayram günlərində ölkə Prezidentinin ədliyyə orqanları işçilərini yüksək dövlət təltiflərinə layiq bilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olub. Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində ölkə başçısının rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çoxsaylı çıxışlar edilib.

Bayramla əlaqədar həmçinin, ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər təşkil edilib, ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc mütəxəssis ədliyyə qulluğuna qəbul olunur, idman tədbirləri, o cümlədən həvəskar ədliyyə işçilərinin velosiped yürüşü keçirilib. Nazirlikdə elektron məlumat lövhəsi quraşdırılıb.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 21-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra mərasim Ədliyyə Nazirliyində davam etdirilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, artıq 16 ildir ki, ədliyyə işçilərinin bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini söyləyib.

Ulu öndər Heydər Əliyevin qanunun aliliyinə, qanunçuluğun təmin olunmasına, ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirdiyini deyən nazir Ümummilli Liderin Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin müəllifi olduğunu söyləyib, bu günlərdə Türkiyədə nəşr olunan “Azərbaycanın səsi” jurnalının xüsusi buraxılışının “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusuna həsr olunmasını və nəşrdə ədliyyə orqanlarının fəaliyyətinə də geniş yer verilməsini məmnunluqla bildirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideya və amallarını davam etdirərək ölkəmizi ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxarıb. Ölkə həyatının bütün sahələrində dinamik tərəqqinin və böyük uğurların şahidi oluruq. Noyabrın 1-də azad, şəffaf və ədalətli keçirilən parlament seçkiləri xalqla iqtidarın həmrəyliyini bir daha nümayiş etdirdi.

Ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət yetirildiyini deyən F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd edib. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan nazir bildirib ki, bütün bunlar üzərimizə daha böyük və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilən müşavirədə Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, məhkəmə-hüquq sahəsində aparılan islahatları yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb, eyni zamanda, dövlətimizin başçısının qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. F.Məmmədov bu vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiyaya qarşı qəti və barışmaz mübarizə aparılması ilə bağlı tapşırıqların icrasına dair Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirildiyini, dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin ətraflı müzakirə olunduğunu bildirib. Bu vəzifələrin icrasına nail olunması üzrə tədbirlərin davam etdiriləcəyini vurğulayan nazir fəaliyyətin Prezidentin yüksək tələbləri səviyyəsində qurulması işində kollektivə uğurlar arzulayıb.

Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli Sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunub.

Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildirib. “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində müasir məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini və hazırda bu prosesin davam etdirildiyini vurğulayan R.Rzayev dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın hüquq ictimaiyyəti üçün əlamətdar günün - ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladaraq bu bayramın ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb. Son illərdə məhkəmə-hüquq sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirən F.Abdullayev respublikamızda hüquq siyasətinin həyata keçirilməsində ədliyyə orqanlarının aparıcı rolunu xüsusi vurğulayıb.

Müstəqil Azərbaycanın Konstitusiyasının 20 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan F.Abdullayev Əsas Qanunun hüquqi dövlət quruculuğu baxımından ədliyyə orqanlarının da üzərinə böyük vəzifə qoyduğunu qeyd edib. Bildirib ki, ədliyyə orqanları bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlib və bu iş hazırda da davam etdirilir.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlətimizin başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxış edərək ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayıb, nazirlik tərəfindən ictimaiyyətlə əlaqələrə hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı münasibətlərin həyata keçirildiyini bildiriblər.

Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, ədliyyə sistemində şəffaf müsabiqə yolu ilə yüksək nəzəri hazırlığa və sağlam mənəviyyata malik gənc hüquqşünasların işə qəbulunun aparıldığını qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunub.

Mədət Quliyev MTN-in uniformasında-FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - FOTO

    Mədət Quliyev ədliyyə işçilərini təbrik edib - ...

    23-11-2015, 19:49

  • 
  • DAŞKƏSƏNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD EDİLİB

    DAŞKƏSƏNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ ...

    22-11-2017, 19:58

  • 
  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    İlham Əliyev ədliyyə işçilərini təbrik etdi ...

    22-11-2018, 13:51

  • 
  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    İlham Əliyev ədliyyə işçilərini təbrik etdi ...

    22-11-2018, 13:51

  • 
  • Ədliyyə naziri vətəndaşları qəbul edəcək

    Ədliyyə naziri vətəndaşları qəbul edəcək ...

    31-01-2015, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu