Ermənistanın Milli Təhlükəsizlik Xidməti və polis təpədən-dırnağa qədər silahlanaraq İrəvanda terror planlaşdıran 10 nəfərlik dəstəni zərərsizləşdirib.
Əməliyyat zamanı paytaxtın Nork-Maraş administrativ dairəsindəki 9-cu küçədəki şəxsi evlərdən birində böyük sayda silah və sursat aşkar olunub.
Məlumata görə, tərksilah edilənlər müasir silahlar , partlayıcılar əldə edərək Ermənistan paytaxtında terror aktları həyata keçirməyi planlaşdırıblar. Saxlanılanlar arasında 3 əcnəbi qızın olduğu da bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, qrupu son vaxtlar xaricdə yaşayan Ermənistan vətəndaşı Artur Vardanyan 2015-ci ildə İrəvana qayıdanda yaradıb və ona rəhbərliyi də o özü edib. Əməliyyat zamanı A.Vardanyan da tutulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?