GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat

“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat

Tarix: 25-11-2015, 16:48 Bölmə :Ölkə Baxış: 0
“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat

Təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov “Azərbaycana inqilab üçün 18 milyard gətirilmişdi” iddiasını səsləndirəndən sonra bir çoxları onun dediklərinə şübhə ilə yanaşdılar. Sosial şəbəkələrdə mövzu günlərlə müzakirə edildi. Bu qədər məbləğin ölkəyə hansı yolla gətirildiyi haqda müzakirələr aparılmağa başladı. İddianın reallıqdan uzaq olması haqda uzun-uzadı fikirlər səsləndirildi.

Yada salaq ki, T.Rəcəbov müsahibəsində demişdi ki, vaxtilə Xüsusi İdarədə işləyib. Təqaüdə göndəriləndən sonra isə bizneslə məşğul olub.

Həmin müsahibədən sitat: “Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir”.

T.Rəcəbovla yenidən əlaqə saxlayıb müsahibəsindən sonra məsələ ilə maraqlananların olub-olmamasını xəbər aldıq.

T.Rəcəbov deyir ki, həmin müsahibədə söylədiyi fikirlərin üstündə qalır və istintaq orqanlarına da aparılacaq araşdırmada hərtərəfli kömək etməyə hazırdır:

– Mənim söylədiklərim real informasiyalara əsaslanır. Yazı dərc olunandan sonra yalnız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən maraqlanıblar. Onlara da demişəm ki, bu məsələnin araşdırılması onların səlahiyyətlərini aşır. Çünki işdə MTN-in yüksək çinli zabitlərinin adı hallanır, yüksək vəzifə daşıyan, bu gün də yüksək vəzifədə olan şəxslərin adları var. Bu işdə AZAL prezidenti Cahangir Əsgərovun da marağı olub. Əgər onun marağı olmasaydı, içində o qədər pul olan təyyarə Bakı Hava Limanına enə bilməzdi. Əlimdə dediklərimi təsdiqləyən sənədlər də var.

– Həmin sənədlərdə kimlərin adı var, pulu kimlər qəbul edib?

– Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımovun imzaları, möhürləri var. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdur. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Ötən müsahibəmdə bu işin təşkilatçıları haqda demişdim. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də “görüb”lər. Düşünməyiblər ki, məsələ nəzarətdən çıxıb ölkə rəhbərliyinə qədər gedib çıxa bilər. Pulun bura gətirilməsi məxfi əməliyyat kimi olub. Onların ağlına gəlməzdi ki, kimsə bundan xəbər tuta və məlumatı ötürə bilər. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsilə yazıb ötürdüm. Məcbur qalıb həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi. Məcbur qalıb pulu Cahangir Hacıyev qol çəkib Beynəlxalq Banka götürdü. Pulu Beynəlxalq Banka mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb, oğurlayıb xaricə göndəriblər. Pulun xaricə göndərilməsində Çingiz Əsədullayevin vasitəsilə “Azəriqazbank”dan istifadə olunub. Eldar Mahmudovun Gəncədə moteli var. Oranın müdiri Çingiz Əsədullayev və Cahangir Hacıyevlə birgə İsveçrədə “JBS” bankın İdarə Heyətinin sədri, erməni əsilli bir şəxslə danışıblar, orada hesab açdırıblar. Həmin erməni Türkiyə ermənisidir, türkcə danışa bilir. Çingiz Əsədullayevin vasitəsilə milyardlarla pul “JBS” banka köçürülüb. Hər gün Beynəlxalq Bank və “Azəriqazbank” vasitəsilə “JBS” banka 50 milyon pul ötürüblər. Əlimdə sənədlərin surəti var ki, həmin pullar Beynəlxalq Banka mədaxil olub. Faktiki isə pulu mədaxil etməyiblər, oğurlayıblar. Bir daha deyirəm ki, işdə adı olan adamların adlarını, telefon nömrələrini mən vermişdim. O adamlar Naxçıvandan idilər. Birinin qardaşı MTN-də, o biri başqa böyük vəzifədə işləyirdi. Nə bilirəmsə, yazıb Mədət Quliyevə də vermişəm.

– Pul Bakı Hava Limanına nə vaxt göndərilib?

– 6 fevral 2012-ci ildə.

– Dediklərinizi şübhə altına alanlar ironiya ilə pulun sərnişin təyyarəsi ilə gətirildiyini deyirlər. Həmin pullar ölkəyə necə gətirilib?

– Aydındır ki, pulu Azərbaycana yük təyyarəsi ilə gətiriblər. Söhbət 168 palletdən (bir pallet 100 milyon olub – E.M.) gedirsə, deməli, yük təyyarəsi və ya təyyarələri ilə gətiriblər. Bu gün də o pulun dalınca Bakıya gəlib-gedənlər var. Deyirlər ki, heç olmasa yarısını qaytarın.

-Pullar kimin adına göndərilib?

– Dediyim kimi pulu bir İran vətəndaşının adına göndəriblər.

– O pulu göndərən kimdir?

– Belə başa düşürəm ki, işin arxasında böyük dövlətlərin xüsusi xidmət orqanları dayanır. Sadəcə, Rusiya üzərindən göndərməklə iz azdırmağa çalışıblar. İstəkləri Azərbaycanda Yaxın Şərqdə baş verənləri təşkil etmək, sərvətləri rahatca daşıyıb aparmaq olub. Pullar Azərbaycanın müstəqil siyasət apardığını qəbul etmək istəməyən qüvvələrindir. Azərbaycanda nazirlər var ki, öz var-dövlətlərini qorumaq üçün belə qüvvələrlə iş birliyinə gediblər. Bu adamların arasında ermənilərlə qohumluğu olan da var!

– Hətta beləsi də var? Ad çəkə bilərsiz?

– Mən Xüsusi İdarədə işləyəndə icraatımda bu adamın atası haqda material olub. O vaxt mənə gətirib materialı təqdim etmişdilər. Adamı tutub gətirmişdilər. İşi araşdırırdım ki, adamı açıb buraxdılar. 3 il sonra isə onun oğlunu nazir qoydular.

– Bu nə vaxt olmuşdu?

-1999-cu ildə.

– Həmin şəxs bu gün də nazirdir?

– Bəli. Həmin adamın bacısı bu gün də ermənidə ərdədir.

– Onu harada tutmuşdular?

– Sərhədyanı zonada ermənilərlə danışanda onu görmüşdülər. Məsələ belə olmuşdu ki, adam guya çoban olduğu görüntüsünü yaratmaq üçün qabağına bir sürü qoyunu salıb özünü vermişdi erməni ilə sərhədə. Bu, gecə saat 4-də olmuşdu. Bir nəfər yerli sakin də təsadüfən oradan keçərkən erməni dilində danışıq eşitmişdi. O adam həmin o nazirin atasını tanımışdı. Görmüşdü ki, 2 erməni ilə söhbət edir.

-Sizə verilən material necə oldu?

– Adamı da, materialı da vermişdilər ki, araşdıraq, erməniyə hansı məlumatları ötürdüyünü, kimlərlə işlədiyini aydınlaşdıraq. Oradan adamı açıb buraxdılar, mən də materialı arxivə təhvil verdim.

– Onu açıb buraxan kim idi?

– İdarənin rəhbərliyi.

– Adlarını deyə bilərsiz?

– Hamı bilir ki, Xüsusi İdarənin rəisi Elman Qəmbərov olub. Onun müavini Mehrab müəllimin də məsələdən xəbəri vardı.

– Dediyiniz şəxs hansı sfera üzrə nazirdir?

– Arxivi qaldırıb baxsınlar. Biləcəklər ki, söhbət kimdən gedir. Bir adamın da adını deyirəm. İsgəndərov Sabir Əli oğlu. Onun adını da yazıb vermişəm. Bu adam ermənilərlə işləyir. Yazıb verirəm, amma baxmırlar. Qərarları çıxarıb verdim ki, bu adam Rusiyada ermənilərlə işləyir. Öz firmasının direktoru ermənidir. Erməni oğrularının əli ilə Rusiyadakı azərbaycanlılara hücumlar təşkil etdirir. Pyatiqorskda bu işlərlə məşğuldurlar. Onu tutub gətirmişdilər, 1 gün saxlayıb pulunu alıb yola saldılar. Burada dövləti cinayətdən söhbət gedirsə, tam, hərtərəfli araşdırma aparılmalıdır. 1 gün saxladılar, pulunu alıb buraxdılar. Bizə lazım olan odur ki, xalqımıza, dövlətimizə, prezidentimizə hər hansı bir zərər gəlməsin. Prezident gecə-gündüz torpaqlarımızın azad olunması üçün çalışır, bunlar da pul qoparmaq üçün yer axtarırlar. Millətə, camaata qan uddururlar.

– Prezidentə müraciət etmisiniz?

– Müraciətimdə göstərdiklərimin araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Əgər araşdırmayacaqlarsa, müraciətim olacaq. Ölkə prezidenti 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib. Mən də kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün fabrik qurmuşam. 1 ildir ki, elektrik enerjisini vermirlər ki, işə başlayaq. 160 min manat tələb edirlər. Deməyim odur ki, hər məsələyə görə prezidentə müraciət etmək olmur. Prezident Administrasiyasına yazmışam.

– Pul məsələsinə qayıdaq. Bu qədər pulu ölkəyə gətirmək, bunu gizli etmək nə dərəcədə ağlabatan olub?

– Mən Eldar Mahmudovu ağılsız adam hesab etmirəm. O bu işdə tək deyil. Bu işdə bizim nazirlərimizin əli var.

– Nazirlərin adını çəkə bilərsiz?

“Zakir Həsənov gözümüzün önündə Müdafiə Nazirliyini elə dəyişdi ki, bu gün hamı baxır, həsəd aparır. Səfər Əbiyevin vaxtında kimin ağlına gələrdi ki, 1 ilin içində ordumuz bu qədər dəyişə, güclənə, modernləşə bilər?”

– Məncə, 7-8 nazir var. Bu gün Eldar Mahmudov o adamların adını çəkmirsə, cinayət edir. Ola bilər ki, ona vəd veriblər ki, hər şey yaxşı olacaq. Amma bu məsələyə dövlət əncam çəkməlidir, bu adamlar müəyyən edilib cəzaları verilməlidir. Biz bu işdə prezidentə dəstək verməliyik. Bəzi nazirlər dəyişməlidir. Zakir Həsənov gözümüzün önündə Müdafiə Nazirliyini elə dəyişdi ki, bu gün hamı baxır, həsəd aparır. Səfər Əbiyevin vaxtında kimin ağlına gələrdi ki, 1 ilin içində ordumuz bu qədər dəyişə, güclənə, modernləşə bilər? Əbiyev sınıq-salxaq, qədimdən qalma, pas atmış silahları alıb yığmışdı anbarlara, pulu da basıb yemişdilər. Deməyim odur ki, Səfər Əbiyev kimi fikri ancaq sərvət toplamaq olan nazirlər daha cavan və səriştəli kadrlarla əvəz olunmalıdırlar. Çünki bu adamlar vəzifələrində qalmaq, sərvətlərini qorumaq üçün bütün oyunlara gedirlər. Məncə, Eldar Mahmudovu bu işdə aldadıblar. O, həmin posta təyin olunanda prezidentə sadiq olub. Onun ətrafında olan adamlar var, onu cızığından çıxaran onlar olub. Avropada bunların böyük bir təşkilatları var. Təşkilatın gizli üzvləri var, həmin adamlar bizim nazirlərdir. Məqsədləri dünyada söz sahibi olan dövlətlərin rəhbərliklərinə çıxmaq, onların dəstəyini qazanmaqdır.

– Sizcə, müraciətlərinizə müvafiq qurumların reaksiya verməməsi nə ilə bağlıdır?

– İçlərində xof var. Mahmudovdan çəkinirdilər. Çox adamı da tutmayıblar deyə hələ də qorxu, xof qalır. Əgər bu gün həmin adamlar tutulsa, Prezident Administrasiyasının, Baş Prokurorluğun binaları qarşısında xeyli zərərçəkən sahibkar çıxıb haqqını tələb edəcək. Prezidentin siyasi iradəsi olmasaydı, bugünkü gündə Eldar Mahmudova heç nə deyən olmayacaqdı.

Redaksiyadan: Yazıda adları çəkilən hər kəsin mövqe və cavablarını dərc etməyə hazırıq.

“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat
“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat
“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat
“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat
“18 milyard inqilab pulu”nun sənədləri üzə çıxdı” – şok təfsilat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya

    MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya ...

    24-10-2013, 18:01

  • 
  • Prezident: "Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər"

    Prezident: "Müharibədən ən çox əziyyət çəkən ...

    23-07-2021, 11:50

  • 
  • Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq

    Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq ...

    23-11-2020, 12:08

  • 
  • Neft Pulları Ölkəyə Gətirilərsə ...

    Neft Pulları Ölkəyə Gətirilərsə ... ...

    21-12-2013, 13:38

  • 
  • Çempionlar Turu: Məmmədyarov və Rəcəbov növbəti görüşlərinə başladı

    Çempionlar Turu: Məmmədyarov və Rəcəbov növbəti ...

    15-03-2021, 20:08


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu