GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deməsəm olmaz: Xoşqədəmin verilişinə getməyin - ŞOK

Deməsəm olmaz: Xoşqədəmin verilişinə getməyin - ŞOK

Tarix: 27-11-2015, 12:53 Bölmə :Ölkə Baxış: 0
Deməsəm olmaz: Xoşqədəmin verilişinə getməyin - ŞOK

"Xoşqədəm xanım isə ağsaqqal pedaqoqu ağzını açmağa qoymurdu..."


Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev ANS telekanalında aparıcı Xoşqədəmin davranışlarından təəssüfünü yazaraq gundemxeber.az oxucularına göndərib:

Ölkədə hər hansı bir sahə üzrə ekspert kimi çalışmaq çox ağır işdir. Analitik yazı yazmaq, təhlillər aparmaq çətin deyil. Müsahibə vermək və dialoqlarda iştirak etmək də bizi incitmir. Bizi məyus edən əsas məsələ veriliş aparıcıları və jurnalistlərin bir qrupunun mövzunu bilməmələri və özlərindən ifrat dərəcədə razılığıdır. ANS televiziyasının 24 yaşının tamam olduğu gündə məni və professor Əjdər Ağayevi Xoşqədəmin “Deməsəm olmaz” verilişinə dəvət etdilər...

Biz “təhsilin problemləri” mövzusunda fikir mübadiləsi apamalı idik. Təhsilin spesifik sahə olduğunu hamımız bilirik. Bu sahədən ekspert qismində dəvət olunmuş şəxslərə və nazirlik rəsmilərinə mənasız suallar vermək, yaxud “dərs keçmək” qəbulolunmazdır. Məyusluğumuz aparıcının ilk sualına Əjdər Ağayevin fikir söyləməsinə şərait yaradılmamasından başladı. Xoşqədəm xanım professor Əjdər Ağayevin 12 illik təhsillə bağlı qoyulan sualı cavablandırmasına icazə vermədi. O, 12 illik təhsilə keçidə aydınlıq gətirilməmiş azyaşlıların erkən nikahına keçid aldı. Sonra mövzular bir-birinə qarışdı. Mən, Əjdər Ağayev, Texniki Universitetin kafedra müdiri, Memarlıq və İnsaat Universitetinin dekanı, həmçinin Təhsil Nazirliyinin iki əməkdaşı Xoşqədəmin qeyri - dürüst suallarına cavab verməkdən çətinlik çəkirdik. Sözümüzün kəsiləcəyinə əmin olub, tələsik də olsa ən yaxşı fikirləri səsləndirməyə çalışırdıq. Yenə də alınmırdı. Xoşqədəm xanım nədənsə Əjdər Ağayevin əksər fikirləri ilə razılaşmır, Cəsarət Valehova qarşı isə aqressivliyini gizlədə bilmirdi. Bütün pedaqoqlar və alimlər Əjdər Ağayevlə hesablaşır, onun fikirlərini bölüşür, Xoşqədəm xanın isə ağsaqqal pedaqoqu ağzını açmağa qoymurdu...

Mirşahin Xoşqədəmin verilişinə baxır!

Azərbaycanda telekanalların hər birinin öz dəsti - xətti var. Bundan asılı olmayaraq verilişlərdə intellektual ab - hava mütləq sezilməlidir. Məsələn “Deməsəm olmaz” verilişinin fəlsəfəsini bizim heç birimiz başa düşmədik. Kifayət qədər tanınmış simalar 3 saat ərzində qoyulan problemlərin heç birini çözə bilmədi. Bunun səbəbi aparıcının təhsili bilməməsi və davranışı ilə bağlı idi. Təhsil Nazirliyinin fəaliyyətindən və nümayəndələrindən kimsə narazı qala bilər, ancaq bunu açıq şəkildə, qərəzli formada efirdə səsləndirmək olmaz. Özü də arqumentlər olmadan. Məgər aparıcıya bu qədər müstəqillik verilir? Aparıcının süni emosionallığı, səbirsizliyi, fikrini imperativ formada ifadə etməyə çalışması çox pis təsir bağışlayırdı.
Professor Əjdər Ağayevin verilişdən sonra “xeyli hörmətdən düşdük” ifadəsini işlətməsi çox şeylərdən xəbər verir. Həqiqətən də verilişdən sonra çağrılmağımızın məqsədinin nədən ibarət olması barədə xeyli baş sındırdıq: Xoşqədəmin Təhsil Nazirliyini tənqidinə qulaq asmağamı, sözü kəsmək texnikası ilə tanış olmağamı, yoxsa aparıcının təhsilə nabələdliyini qiymətləndirmək üçünmü ANS-ə dəvət olunmuşduq? Hər halda Mirşahin verilişə baxıbsa bunları daha dəqiq bilər. Başa düşmək olmur, ölkənin aparıcı telekanalının birində spesifik sahələr üzrə məsləhətlər verən yoxdurmu? Konkret olaraq təhsilə aid belə urvatsız verilişin təşkil olunmasının mənası nədir? Ağsaqqal professor Əjdər Ağayev yaşının bu çağında ona edilən hörmətsizlikdən özünə gələ bilmirdi. Bu hörmətsizliyi tamaşaçılar belə dilə gətirmişdilər.


Nuşirəvan Məhərrəmlinin uzaqgörənliyi

“Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim”. Bu sözlər Mirşahinə aiddir. Hər halda “Deməsəm olmaz” verilişindən sonra belə qənaətə gəldim ki, Nuşirəvan müəllim uzaqgörən adam imiş. Onun rəhbərlik etdiyi qurumun qiymətləndirimələri özündə obyektivliyi ehtiva edir. Əslində televiziyalarda hər şeyə cavabdehlik daşıyan rəhbərliyin peşəkarlığı və savadlılığı bütün verilişlərdə öz əksini tapmalıdır. Hətta kino seçimində də. Məncə, ANS rəhbərliyi mənim bu tənqidi yazıma normal yanaşacaq və spesifik sahələr üzrə təşkil olunan verilişlərə diqqəti artıracaq. Dəvət olunduğumuz veriliş heç cür televiziyanın reytinqini artıra bilməz. Dəvət olunmuş qonaqların nüfuzdan salınması necə, reytinqə müsbət təsir edirmi?

Qədim Yunan dramaturqu Yevripidin məşhur pyeslərinin birində Kolxidanın qızı Medeya anlayır ki, onda iki şey yaşayır: onun planı və qəzəbi. Medeya başa düşür ki, bu qəzəb onu hətta soyuqqanlı şəkildə düşündüyü planlarını da həyata keçirməyə məcbur edir.
Medeya bunu anladığına görə, pyes hələ də Avropa teatrlarında tamaşaya qoyulur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xoşqədəmin yeni iş yeri

    Xoşqədəmin yeni iş yeri ...

    2-07-2016, 15:23

  • 
  • Xoşqədəmin daha bir VİDEOSU yayıldı - "Hamı məni aldadır"

    Xoşqədəmin daha bir VİDEOSU yayıldı - "Hamı ...

    16-11-2016, 00:46

  • 
  • "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, Xoşqədəmin verlişinə..." - Fazil Mustafa

    "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, ...

    8-04-2015, 19:29

  • 
  • Xoşqədəmin verilişləri bağlandı

    Xoşqədəmin verilişləri bağlandı ...

    30-09-2015, 18:29

  • 
  • İNANILMAZ!!!! Xoşqədəmin verilişində Rusiyanın müdafiəsinə kimlər qalxdı?

    İNANILMAZ!!!! Xoşqədəmin verilişində Rusiyanın ...

    26-11-2015, 17:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (61)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu