Teref.info xəbər verir ki,Xoşqədəmin verilişində Rusiyanın müdafiəsinə qalxdılar Xoşqədəm deyir: “Mən heç indiyə qədər bilmirdim ki, Suriyada türkmənlər yaşayır. İndi nə oldu ki, Türkiyə türkmənlərin müdafiəsinə qalxdı. Bu, Rusiya və Türkiyə dostluğuna xələl gətirmək istəyən qüvvələrin təxribatıdır”. Əgər adını ziyalı qoymusansa, bunu bilməməyin sadəcə ayıbdır! Heç olmasa sus! Milləttçi, türkçü ziyalı kimi tanıdığımız Sabir Rüstəmxanlı gözlənilmədən Xoşqədəmin dediklərini təsdiq edir: "Bəli, bu, Türkiə ilə Rusiya arasında yaxınlaşmanı gözü götürməyən Qərbin oyunlarıdır”. Ancaq heç biri sual vermir ki, Rus Ordusunun Suriyada nə işi var? Soydaşlarımız olan türkmanların üstünə niyə hücum çəkir? Nəyə görə İŞİD qalıb bir tərəfdə türmanları bombalayır? Ona görə ki, türkmanlar Bəşər Əsədə müxalifdirlər? Türkiyə ilə Rusiya nə vaxtdan dost olublar? Suriyada hakimiyyət uğrunda müharibə getdiyi halda Bəşər Əsəd hakimiyyətinə münasibətdə tam əks mövqedə olan dövlətlər bu müharibədə necə dost ola bilərlər? Bu qədər məntiqsizlik olar? Verilişdə yalnız Hafiz Hacıyevdən başqa hamı Rusiyaya bəraət qazandırdılar. Bəlkə demək istəyirlər ki, Baxın, Rusiyaya qarşı danışan ancaq Hafiz Hacıyev kimi qeydi-ciddi adamlar ola bilər. Hər şey dursun qırağa, Axı Rusiya Qarabağı işğal edib, 1 milyon əhalimizi (Xoşqədəm də onlardan biridira) qaçqın edib, 20 yanvarı, Xocalı faciəsini törədib, Dərbəndi, Qərbi Azərbaycanı Əlimizdən alıb, Quzey Azərbaycanı Güneydən ayırıb. Bütün bunları Sabir Rüstəmxanlı gözəl bilir axı. Hətta çoxları ondan öyrənmişdi. İndi nə oldu? Nədən Sabir Rüstəmxanlı heç də uzaq olmayan 1983-cü ildə sərhəddi pozduğuna görə SSSR qırıcıları tərəfindən vurulmuş Cənubi Koreyasərnişin təyyarəsini yada salmır? Bu nədənlər çoxdur və görəsən cavabını alacayıqmı??
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?