GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycandan Kadırovun türkləri təhdid etməsinə cavab: "O, bambılının biridir"

Azərbaycandan Kadırovun türkləri təhdid etməsinə cavab: "O, bambılının biridir"

Tarix: 27-11-2015, 12:56 Bölmə :Ölkə Baxış: 0
Azərbaycandan Kadırovun türkləri təhdid etməsinə cavab: "O, bambılının biridir"

“Azərbaycan Türkiyənin yanında olmalıdır...”



Türkiyə-Rusiya arasındakı münasibətlərin kritik həddə çatması ölkəmizdə də ciddi narahatlıqla qarşılanıb. Xüsusilə şimal qonşumuzun bu məsələdəki mövqeyi, Qərb dövlətlərinin Türkiyənin yanında olması proseslərə məxsusi çalarlar verib. Son günlərdə yaşananları Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə ilə dəyərləndirdik.

- Hikmət bəy, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi ilə bağlı ölkəmizdə qardaş ölkənin üzr istəməsi kimi fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?

- Heç bir üzr istəmək lazım deyil. Ola bilsin ki, üzr istəmək təklifini irəli sürən şəxslərin ya proseslərdən xəbərləri yoxdur, ya da kiminsə sifarişini yerinə yetirirlər. Türkiyə dəfələrlə Rusiyaya nota vermişdi ki, sizin uçaqlarınız bura gəlir, bombalayır. Bu son bir ayda dəfələrlə olub. Sonda belə hadisələr baş verdi. Beynəlxalq hüquq, sərhədlər var. Necə olmalıdır? Oradakı dinc əhalini nə üçün qırırsan? O bölgədə İŞİD yoxdur. Rusiya da deyir ki, İŞİD-lə mübarizə aparıram. Türkmənlər həm İŞİD-dən, həm Suriya ordusundan özlərini qoruyurlar. Onları nə üçün bombalayırsınız? Üzr diləmək məsələsi ilə qəti razı deyiləm.

- Azərbaycanın mövqeyi bu məsələlərdə, sizcə, necə olmalıdır?

- Birmənalı Azərbaycan Türkiyənin yanında olmalıdır. Çünki Türkiyənin mövqeyi tamamilə haqlıdır. Beynəlxalq hüquq normalarına uyğundur. Burada heç bir tərəddüd yoxdur.

- Rusiya ölkəmizə daha çox təsiredici qüvvəyə malikdir. Türkiyənin yanında olsaq, bizi hansı təhlükələr gözləyir?

- Türkiyənin yanında baxır necə oluruq. Dəstələrimizi ora vuruşmağa göndərməməliyik. Sadəcə, bu və ya digər diplomatik formada münasibət bildirə bilərik. Narahatçılığımızı göstərməliyik. Məsələnin nə yerdə olduğunu başa düşdüyümüz tərzdə büruzə verməliyik. Bütün bunların müxtəlif formaları var.

- Son 100 illik tarixə nəzər salsaq, Türkiyə-Rusiya münasibətləri normal olub. Amma indi tamam əks vəziyyətdir. Qarşıda bizi yeni dünya savaşı gözləmir ki?

- Burada xristian-müsəlman davasından söhbət getmir. Rusiya xristian ölkəsi deyil. Türkiyə də tam müsəlman dövləti deyil. Burada beynəlxalq hüquq, humanitar, diktatura məsələsi var. Rusiya o bölgədə mövqeyini saxlamaq istəyir. Aralıq dənizində bazasını qorumağa çalışır. Son həddə Bəşər Əsəd rejimini qorumaq istəyir. Bu yerdə deyərlər ki, get öz vəziyyətini düzəlt, sonra gəl Aralıq dənizinə. Rusiya sovetdən qalmış mövqeyini qorumaq və genişləndirmək fikrinə düşüb. Burdan Ukrayna alveri edir. Ukrayna məsələsinin həllində müəyyən şərtlər irəli sürür. Daha dəqiq desək, bazarlığını edir. Bu baxımdan burada heç bir müsəlman-xristian ədavəti görmürəm.

- Belə fikirlər səslənir ki, Ərdoğan öz ailə maraqları naminə bu addımı atdı. Neft məsələsini əsas gətirirlər.

- Tamamilə yanlış fikirlərdir. Ola bilsin ki, neft göndərilir, satılır. Bu məsələnin 3-5%-dir. Orada böyük strateji məsələlər var. Suriya kimi ölkənin gələcəyi həll olunur. Qardaş türkmən xalqının taleyi var. Azərbaycan xalqından bu məsələdə əzab çəkən türkmənlərə dəstək lazımdır. Əslində onlar azərbaycanlıdır. Bizim dilimizdə danışırlar. Şairimiz Füzuli də onlardandır. Onlara humanitar yardım göndərsək, təqdirə layiq olar.

- Sizcə, rusları birdən-birə qıcıqlandıran nə oldu?

“Rusiya yerində oturdulacaq”

- Rus cəmiyyəti psixi duruma düşüb - necə ki, vaxtilə almanlar Hitlerin vaxtında bu duruma düşmüşdülər. Onlara elə gəlirdi ki, sözləri haqdır, bütün dünya bunlara düşməndir, dünya Baykal gölünü bunlardan alıb içmək istəyir. İndi də ruslar eyni durumdadırlar. Əslində bir təyyarə hadisəsinə görə normal cəmiyyətlərdə bu qədər səs-küy olmamalı idi. Bunlar da belə dəli olublar.

- Türkiyədə keçirilən G20 sammitindən sonra bu hadisələrin baş verməsi təsadüfdürmü?

- Hesab edirəm ki, sammitlə heç bir bağlılığı yoxdur. Rusiyanın əvvəlcədən planlaşdırdığı siyasətdir. Əvvəllər də rus bu siyasəti həyata keçirirdi. Sadəcə, deyə bilərik ki, sammit bunlara təsir etmədi, orada deyilən sözlər bunlara girmədi. Ümumiyyətlə, bunlara sözün, fikrin təsiri yoxdur. Gərək yerində oturdasan ki, ağılları başlarına gəlsin. Psix halına düşmüş cəmiyyət belə reaksiyalar verir. Söz deyirsən, eşitmirlər, öz dediklərini deyirlər. Təəssüf ki, bu böyük ölkə qeyri-adekvat davranışlara malikdir.

- Türkiyənin baş verənləri ABŞ-la razılaşdırması barədə fikirlər, sizcə, doğrudurmu?

- Ola bilər. Amerika Türkiyənin müttəfiqidir.

- Demək istəyirsiniz ki, müharibə olarsa, Qərb Türkiyənin yanında olacaq?

- Bəli. Qərb Türkiyənin yanında olduğunu dəfələrlə sözdə deyib. Yaxınlarda NATO yığıncağı olacaq. Bu məsələni müzakirə edəcəklər. Hələ ki Qərbdən Türkiyəyə dəstək mesajları eşidirəm.

- Hikmət bəy, bu proseslər hara qədər gedəcək?

- Rusiya geri çəkilməsə, proseslər onların məğlubiyyətinə qədər uzanacaq. Həm Suriya, həm də Ukraynada. Ola bilsin ki, Qarabağ məsələsində də. Çünki Rusiya özündən 16 dəfə böyük qüvvə ilə baş-başa gəlir. Qərb 17 dəfə güclüdür. NATO, uçaqları, insanları, silahları və s. Yaponiya İkinci Dünya müharibəsində ABŞ-ın bazasını dağıtdı. Bununla ABŞ-la müharibəyə başladı. O vaxt Amerika Yaponiyadan 11 dəfə güclü idi. Soruşmaq ayıb olmasın, yapon qardaş, özünü hara soxursan? Qarşı tərəf 11 dəfə güclüdürsə, əzəcəklər, bir sillə də vurub gedəcəklər. Yaponiyanı əzib adam etdilər. İndi də rusları belə edəcəklər.

- Rus xalqını digərlərindən fərqləndirən ən başlıca xüsusiyyət müharibəyə meylli olmasıdır. Bu rusların avantajıdır, yoxsa dezavantajı?

- Əlbəttə dezavantajdır. Yaradıcılığa, işə, xoş addımlara meylli olmaq lazımdır. Müharibə XXI əsrdə heç kimə lazım deyil. Müharibə ilə ailə dolandırmaq zamanı çoxdan keçib. Rusların şüuru orta əsrlərdə qalıb. Onların müharibə edəcəyik, qazanacağıq, işğal olunmuş torpaqlardan gəlirlər əldə edəcəyik kimi fikirləri davam edir. Bu fikirlər çoxdan bitib, amma bunlarda hələ də davam edir.

- Putin G20-dəki çıxışında İŞİD-ə qarşı mübarizədən danışmışdı. Mümkün idimi ki, bu məsələlər sammitdə həllini tapsın?

- Problem ondan ibarətdir ki, Rusiya sammitdə səmimi deyildi. Putin əsas məqsədlərini demədi. Rusların ideyası İŞİD-lə mübarizə deyil. Onların ideyası Bəşər Əsəd rejimini saxlamaqdır. Suriyadakı bazalarını saxlamaq istəyirlər. Məhz buna görə türkmənləri qırırlar. Əsədi saxlamaq, terrorla mübarizə deyil. Deyirlər ki, İŞİD-i vururduq, Türkiyə bizi vurdu. Orada İŞİD yoxdur. İŞİD tamam başqa bölgədədir.

- Çeçen rəhbəri Kadırov türkləri açıq şəkildə təhdid etdi.

- O, bambılının biridir.

- Türkiyə XİN başçısı Çavuşoğlu Azərbaycana səfərə gəldi. Hadisələrin qızğın vaxtlarında bu səfərin pərdəarxası məqamları varmı?

- Türkiyə Azərbaycanı yaxın millət, dövlət və müttəfiq kimi görür. Gələcəklər, bəlkə də Azərbaycandan dəstək istəyəcəklər. Ola bilsin, diplomatik və mənəvi dəstək istəyəcəklər. Başqa xırda məsələlər də həll oluna bilər. Amma düşünürəm ki, əsas müzakirə mövzusu son günlərdəki hadisələr olacaq. Çavuşoğlu Türkiyə hökumətinin mövqeyini başa salacaq, dəstək istəyəcək.

- Azərbaycan hakimiyyətinin Rusiyaya yaxın olduğunu düşünsək, sizcə, hansı addımlar atılacaq?

- Azərbaycan çalışacaq ki, danışmasın. Keçmişə baxsaq bunu görərik. Nə o tərəfə, nə də bu tərəfə danışmayacaq. Bəlkə də nələrsə dəyişəcək. Bundan əvvəl problem o idi ki, mövqe bildirmirdik, susurduq, neytral mövqedə qalırdıq.

- Susqun mövqe bizə sərf etmirmi?

- Nə vaxta qədər susacağıq? İndi susacaqsan, sonra səni əzəndə digərləri susacaq. Bunların hamısı bir yerə yığılır. Hər şeyin davamı var. Onları da düşünmək lazımdır. Onlar vuruşsun, mən susum. Olmaz axı. Səni də vuranda, türklər susanda necə olacaq? Bunlar çox qəliz məsələlərdir.

- Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu proseslər mənfi, yoxsa müsbət təsir edəcək?

- Ancaq müsbət təsir edəcəyini görürəm. Çünki Rusiya özünü saxlamasa, müharibə genişlənəcək. Nəticədə şimal qonşumuz yerində oturdulacaq. Ondan sonra Rusiyanın Ermənistanı dəstəkləmək imkanları azalacaq. Ondan sonra çox şey dəyişə bilər. Əsas Rusiyadır. Bu müharibə onu zəiflətsə, bizim üçün də yaxşı olar. Qarabağı bizdən rusların aldığı məlumdur. Millət bunu dərk etməlidir. Tez-tez ABŞ və digər dövlətləri söyürlər. Ermənistanda Rusiya ordusu var. Qarabağda rus təlimatçıları durur. Rusiya düşmən ölkəyə silah-sursat verir. Rusiya zəifləsə, Qarabağ məsələsinə yalnız müsbət təsiri ola bilər.

- İranın Rusiyanın yanında olacağı qaçılmazdır. Müharibə olarsa, Cənubi Azərbaycan məsələsinin taleyi gündəmə gələ bilərmi?

- Bu çox qəliz və uzaq məsələdir. Böyük müharibə olarsa, İranda parçalanma ola bilər. Amma ora qədər proseslərin uzanacağını görmürəm. Gərginlik o səviyyəyə hələ də çatmayıb.

- Türkiyə, yoxsa Rusiya müharibəyə daha hazırlıqlı görünür?

- Türkiyə tək deyil. Rusiya isə müharibəyə hazır deyil. Onlar çox zəifdir. Böhran yaşayırlar. Əvvəllər əllərində pul var idi. İndi o da yoxdur. Rusiya ondan 16 dəfə böyük alyansla qarşılaşır. Burada hansı hazırlıqdan söhbət gedə bilər? Putinin də xəstəliyi dərinə gedib. Açıqlamalarında bu sezilir.(musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan Putinin üzr istəmək tələbini rədd edib

    Ərdoğan Putinin üzr istəmək tələbini rədd edib ...

    26-11-2015, 20:22

  • 
  • Putin Türkiyənin üzr istəməsini gözləyir

    Putin Türkiyənin üzr istəməsini gözləyir ...

    26-11-2015, 16:52

  • 
  • "Bu fakt Rusiya-Türkiyə münasibətlərinin bərpasına kömək edəcək"

    "Bu fakt Rusiya-Türkiyə münasibətlərinin ...

    28-06-2016, 01:07

  • 
  • ABŞ-ın vitse-prezidenti : “Ərdoğandan üzr istəmədim”

    ABŞ-ın vitse-prezidenti : “Ərdoğandan üzr ...

    4-11-2014, 11:57

  • 
  • Hikmət Hacıyev: “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir”

    Hikmət Hacıyev: “Ermənistan Azərbaycan xalqından ...

    26-03-2021, 10:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu