Kəpəz TV (Region TV) xəbər verir ki, Samuxda soyğun hadisəsi baş verib.
Noyabrın 21-dən 22-nə keçən gecə naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. "Çağırılmamış qonaqlar" ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq, ona bıçaqla hədə-qorxu gəlib və evdə olan pul və qızıl-zinət əşyalarını tələb ediblər. Zərərçəkən qızıl-zinət əşyalarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini, 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi, 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri - 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?