Təhsil nazirinin müşaviri İlham Pirməmmədovla bağlı Savash.org-un elektron ünvanına yeni informasiya daxil olub. Həmin informasiyada iddia olunur ki, İlham Pirməmmədovun adı ətrafında dolaşan söz-söhbətlər təhsil naziri Mikayıl Cabbarova da çatıb və bu ikincinin sərt təpkisiylə müşahidə olunub.
Daxil olan məlumata görə, İlham Pirməmmədovla bağlı təhsil nazirinə ünvanlanmış şikayət ərizəsində artıq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin bir qrup tələbəsi müşavirə qarşı ciddi rüşvət ittihamı səsləndirib. Şikayət ərizəsində qeyd olunub ki, onların bəzisinə diplomların verilməsi, digər qisminə isə başqa universitetlərə köçürülməsi ilə bağlı vəd edilərək, pullarının alınmasına baxmayaraq onlar aldadılıb.
Məlumata görə, bu olay münasibətləri əvvəldən rəvan olmayan Mikayıl Cabbarovla İlham Pirməmmədovun yenidən toqquşmasına səbəb olub. Nazir Pirməmmədova sonuncu xəbərdarlığını edərək ona “özünü yığışdır” mesajını verib. Pirməmmədov isə öz növbəsində yazılanların tamamilə yalan olduğunu iddia edərək məsələni geniş şəkildə araşdırıb nazirə məruzə edəcəyini vəd edib.
Mövzuyla bağlı araşdırmalarımız davam edir. Savash.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?