GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Dedi ki, 7 aydır onunla görüşür" - Arvadını öldürən ər

"Dedi ki, 7 aydır onunla görüşür" - Arvadını öldürən ər

Tarix: 30-11-2015, 13:58 Bölmə :Ölkə Baxış: 0
"Dedi ki, 7 aydır onunla görüşür" - Arvadını öldürən ər

Bakı Ağır Cinayətlər Məhkəməsində ona xəyanət edən arvadını 16 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüsal Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə veriblər.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Vüsal Musayev 2015-ci il, aprelin 28-də gecə saat 01 radələrində evdə olarkən arvadı Zakirə Məmmədovanın iş yoldaşı Arazla yanında telefonla danışdığı üçün mübahisəsi düşüb. Z.Məmmədova mətbəxdən bıçaq götürərək ərini hədələyib və daha onunla yaşamaq istəmədiyini deyib. Bundan sonra bıçağı dolabın üzərinə qoyub və üzünü dönüb getmək istəyərdən əri V.Musayev həmin bıçağı götürərək ona 16 zərbə vurub. Hadisə nəticəsində Zakirə Məmmədova vəfat edib.

Vüsal Musayev sərbəst ifadəsində deyib ki, arvadı ona iş yoldaşı ilə xəyanət edib və özü onları bir yerdə tutub: "Aprelin 26-da Zakirə mənə dedi ki, "Qarayev"də yaşayan bacısıgilə gedib orada qalacaq. Mən də razılaşdım, getdi. Aprelin 27-i səhər işə getmədən öncə Məhəmmədi kəndinə getdim. Bacanağım rayona getmədən əvvəl mənə pul vermişdi ki, qonşularına çatdırım. Deyəsən, bacanağımın qonşuya borcu vardı, həm də mənə demişdi ki, həyətlərinə arada baxıb itə, toyuq-cücəyə yem verərəm. Zakirənin bir bacısı "Qarayev"də, o biri isə Məhəmmədi də qalır. Mən səhər pulu aparıb qonşuya verdim, bacanağımın həyətinə girdim ki, itə su verim. Gördüm evin çöl qapısı bağlandı, içəri kimsə girdi. Yaxınlaşıb yoxladım qapı bağlı idi, bir az bərk dartanda Araz qapını açdı. Biz mübahisə etdik, Zakirə çıxıb mənə dedi ki, onla işin olmasın, nə olubsa mənlikdi. Mən də onlara dedim ki, 2 dəqiqə gözləyin tualetə girim çıxıb söhbət edərik. Mən tualetə girdim, çıxanda gördüm yoxdular, qaçmışdılar. Oradan çıxıb birbaşa evə getdim, gördüm Zakirə evə gəlib, paltarını dəyişib çıxıb. Buna görə də onun iş yerinə getdim. Zakirə Montində "Neptun" marketdə Arazla birlikdə işləyirdi.

Burada da Araz qabağıma çıxdı, mənə dedi ki, çıx get buradan. Ona dedim sən qarışma, Zakirəyə bir kəlmə söz deyib çıxacağam. İcazə vermədi, mən də çıxıb getdim. Evdən Zakirəyə zəng edib dedim ki, işdən çıx evə gəl. Axşam gəldi, mənim yanımda Araza zəng edib deyirdi ki, o, mənə heç nə edə bilməz, sən narahat olma. Mən də eşidirdim, Araz ona deyirdi ki, telefonu ver ərinlə danışım.

Mən sonradan bildim ki, Zakirə başqa yerdə kirayə ev tutub, Arazla orada görüşürmüşlər. Zakirə evdə mənə dedi ki, çıx get, Araz bura gəlsə, sənə pis olacaq. Dedi ki, mən 7 aydı onunla görüşürəm. Bundan sonra əsəbiləşdim, özümdən çıxdım. Onu necə vurduğumu da xatırlamıram".

Vüsal Musayev və Zakirə Məmmədova 8 il öncə evləniblər, birgə nikahdan 5 yaşlı oğulu var.

Vüsala Musayev arvadının "Neptun" marketdə işləyənə qədər münasibətlərinin yaxşı olduğunu deyib: "Vallah o elə qadın deyildi. Orada işləməyə başlayandan sonra elə oldu. Arvadımı Araz yoldan çıxardı".
Hakim bildirib ki, onun cinayət işində şəxsiyyət vəsiqəsindən başqa heç nə yoxdu: "Nə nikah kağızı, nə də uşağın "metirka"ası var. Telefon danışıqları üzrə çıxarış da səhv nömrədən çıxarılıb. Digər sənədləri müstəntiq niyə əlavə etməyib?"

V.Musayev deyib ki, hadisənin səhərisi günü evə gedərək bütün sənədləri müstəntiq Rəcəb adlı şəxsə verib.
Qətlə yetirilən Zakirə Məmmədovanın böyük qardaşı Sabir Məmmədov ifadə verərək deyib ki, Vüsal onun bacısını qaçırıb, sonra evləniblər: "Toyları Ağdaşda oldu, sonra Bakıya köçdülər. Hadisədən əvvəl də mübahisələri olmuşdu. Bacım deyirdi ki, Vüsal başqa yerdə qız saxlayır. Dedim yola ver, getsin. Bir dəfə də pul üstündə davaları düşmüşdü. Vüsal işləyib pulu kafelərdə xərcləyirmiş, bacım işləyib evin kirayə pulunu verirmiş. Başqa bir hadisə də qızıla görə olub. Bacım evdən qızıl zinət əşyası tapıb, bundan soruşub ki, kimindi. Vüsal da deyib başqasına almışam. Yəni son vaxtlar münasibətləri belə şeylərə görə tez-tez pozulurdu. Zakirə ilə evli olduğu müddətdə də öz xalası qızı ilə sevgili olub. Belə şeylərin axırında da bu hadisə oldu".

Zakirə Məmmədovanın bacısı Gülşən Məmmədova məhkəmədə ifadə verərək deyib ki, Vüsal tez-tez bacısını incidirmiş: "Onlar evlənənddən sonra Ağdaşda qalırdılar. Bir gün Vüsalın qardaşı balta ilə bunları qovub evdən çıxardı. Gəlib bizim evdə qaldılar. Sonra bizim ev plana düşdü, hərə bir tərəfə dağılışdı. Bacım deyirdi ki, Vüsal onu işləməyə məcbur edir. Mən də bacıma bu işi tapdım. Zakirə işdən çıxıb axşam evə gəlirdi, görürdü Vüsal evdə yoxdu. Soruşanda da deyirdi ki, mən kişiyəm, özüm bilərəm. Vüsal gəzdiyi qızların şəkillərini telefonda bacıma göstərib deyirdi ki, mən bunlarla gəzirəm. Bacım heç vaxt ona xəyanət etməyib. Heç kimlə də danışmayıb. Əgər belə bir adam olsaydı, istintaqa cəlb edilər, məhkəmə çağırılardı".

Vüsal Musayev deyib ki, həmin Arazın telefon nömrəsini müstəntiqə verib və müstəntiq onun yanında Arazla danışıb.

Digər şahidlər də dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Hakimlər kollegiyasının hökmü ilə Vüsal Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirlədirilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı arvadını bıçaqladı

    Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı ...

    13-04-2019, 13:28

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31

  • 
  • Arvadını öldürənə cəza istənildi

    Arvadını öldürənə cəza istənildi ...

    17-01-2017, 17:53

  • 
  • Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırıldı

    Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası ...

    14-07-2016, 12:18

  • 
  • “Whatsapp”da başqa kişi ilə yazışan arvadını öldürən şəxs 13 il cəza aldı - FOTOLAR

    “Whatsapp”da başqa kişi ilə yazışan arvadını ...

    17-03-2015, 18:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu