GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı arvadını bıçaqladı

Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı arvadını bıçaqladı

Tarix: 13-04-2019, 13:28 Bölmə :Cəmiyyət Baxış: 350
Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı arvadını bıçaqladı


Xaçmazda ər-arvadın mübahisəsi qanla nəticələnib, amma bu dəfə kişi onları ayırmaq istəyən qardaşı arvadını bıçaqlayıb. Qaynının qan tökəcəyindən ehtiyatlanan Sərfinaz bıçağı götürərək gizlətməyə çalışıb, qaynı isə onu məhz bu səbəbdən vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz şəhər sakini, 42 yaşlı Ramiz Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hadisə ötən il iyulun 2-də Xaçmaz şəhəri, R.Sadıqov küçəsi, 27 saylı mənzildə baş verib. Həyat yoldaşının ona xəyanət etdiyini düşünən ev sahibi arvadı ilə mübahisə edib. R.Mirzəyevin arvadına xəsarət yetirəcəyindən ehtiyatlanan qardaşı arvadı Sərfinaz bıçağı götürüb qaçıb. Qardaşı arvadının əlindən bıçağı alan R.Mirzəyev elə həmin bıçaqla onun özünü bıçaqlayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, spirtli içki aludəçisi Ramiz Mirzəyevin ailəsində mütəmadi olaraq dava-dalaş, narazılıq hökm sürüb. İçkinin təsiri altında tez-tez həyatından bezdiyini, yaşamaq istəmədiyini deyib. Onun özünə xəsarət yetirəcəyindən ehtiyatlanan ailə üzvləri evdəki bıçaqları gizlədiblər. Hadisə baş verən gün isə səhərə yaxın evə gələn Ramiz arvadı Rənanı ona xəyanət etməkdə günahlandırıb, görüşdüyü kişini harada gizlətdiyini soruşub. Arvadına hədə-qorxu gələrək “sən mənə xəyanət edirsən, səni öldürəcəyəm” deyib. Lakin mənzildən axtarıb tapdığı bıçaqla nə özünə, nə də arvadına xəsarət yetirib. Bıçaq zərbələrinə ortalığa qan düşməsindən ehtiyatlanan qardaşı arvadı Sərfinaz tuş gəlib.

Təqsirləndirilən Ramiz Mirzəyev ona elan olunmuş ittihamla məhkəmədə özünü təqsirli bilməyib. Spirtli içkiyə meylli olduğunu etiraf edən R.Mirzəyev hadisədən bir müddət əvvəl əsəblərinin pozulduğunu, hərəkət edə bilmədiyini deyib: “Qardaşımgillə eyni həyətdə yaşayırıq. Son vaxtlar hər gün içirdim, əsəblərim, yuxum pozulmuşdu. Arvadım mənim bu vəziyyətimi görüb evdəki bütün bıçaqları gizlətmişdi”.

R.Mirzəyevin ifadəsinə görə, hadisə baş verən gün özünə xəsarət yetirmək üçün bıçaq axtarıb, amma tapa bilməyib: “Bıçaqlardan birini tapıb Rənaya göstərmək istədim. Onun qardaşımgilə getdiyini bilib arxasınca gəldim. Əlimdəki bıçağı soyuducunun üstünə qoyub qapını açmağa çalışdım. Bu vaxt qardaşımın arvadı Sərfinaz bıçağı soyuducunun üstündən götürüb qaçdı. Mən də arxasınca qaçıb əlindən aldım. Sonradan nə baş verməsindən xəbərim olmayıb. Mən Sərfinazı bıçaqla vurmamışam. Onu kimin bıçaqladığını bilmirəm”.

Məhkəmə R.Mirzəyevin bu ifadəsini inandırıcı hesab etməyib və özünümüdafiə xarakterli qiymətləndirib.

Zərərçəkmiş Sərfinaz Mirzəyeva ifadəsində qaynı Ramizlə münasibətlərinin yaxşı olduğunu, aralarında heç vaxt düşmənçilik, ədavət olmadığını deyib: “İçkinin təsiri keçəndə əsəbi olurdu, arvadı ilə mübahisə edirdi. Ramiz əsəbləşəndə özünə və ya kiməsə xəsarət yerirəcəyindən qorxduğumuz üçün bıçaqların hamısını gizlətmişdik. Hadisə baş verən gün bütün gecəni Ramiz evə gəlmədi. Rəna ilə oturub gözlədik. Səhər saat 7-də evə gələndə rəngi ağappaq idi. Yatacağını deyib evə keçdi”.


Zərərçəkmişin ifadəsinə görə, bir qədər sonra Ramiz əsəbi halda həyətə düşərək Rənanın üstünə qışqırıb və xəyanət etdiyi kişini harada gizlətdiyini soruşub: “Rəna onun əlində bıçaq görən kimi qaçıb bizim evdə gizləndi, qapını da arxadan bağladı. Ramiz qapını rahat açmaq üçün bıçağı soyuducunun üstünə qoyanda mən götürüb qaçdım. Arxamca gəlib əlimdən aldı, kürəyimdən, qollarımdan, qarnımdan vurdu. Qışqırıq səsinə ərim Emram da yuxudan oyandı. Məni xəstəxanaya apardılar”.

Məhkəmənin hökmü ilə Nazim Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Aprelin 24-də Sumqayıt Apellyasiya Məhkəməsində N.Mirzəyevin şikayətinə baxılacaq.//virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qısqanc kişi arvadını bıçaqladı

    Bakıda qısqanc kişi arvadını bıçaqladı ...

    15-09-2014, 13:43

  • 
  • Liftdə arvadını öldürmək istəyən yüngül cəza istəyir

    Liftdə arvadını öldürmək istəyən yüngül cəza ...

    20-10-2015, 11:09

  • 
  • Ər arvadını bıçaqladı

    Ər arvadını bıçaqladı ...

    2-07-2016, 15:10

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31

  • 
  • Kişi arvadını və iki uşağını bıçaqlayıb öldürdü

    Kişi arvadını və iki uşağını bıçaqlayıb öldürdü ...

    6-12-2015, 19:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu