GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyət “Gündəm Xəbər”i çökdürmək yolunu tutub

Hakimiyyət “Gündəm Xəbər”i çökdürmək yolunu tutub

Tarix: 4-03-2013, 10:46 Bölmə :Ölkə Baxış: 1 020
Hakimiyyət “Gündəm Xəbər”i çökdürmək yolunu tutub

Şirin Cəfərli: “Bu, siyasi sifarişin nəticəsidir…”

“İmkan verməyin ki, Azərbaycanda daha bir AZAD SÖZ tribunası haqsızlıqla susdurulsun”

Məlum olduğu kimi Baş Prokurorluq “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli barəsində qaldırılmış cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri olan cinayət işinin istintaqı aparılıb. İstintaqla müəyyən edilib ki, qəzetin təsisçisi Şirin Cəfəri vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğu halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu halda, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat, yəni 3.234 manat az göstərib. Bundan başqa 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməmiş və beləliklə ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb. Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilib.
Baş verənlərlə bağlı qəzetimizin təsisçisi Şirin Cəfərinin mövqeyini öyrəndik. Şirin bəy bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi quruma uzun müddətdir ki, müxtəlif səpgili təzyiqlər edilir: “Bu vaxta qədər müxtəlif vasitələrdən istifadə olunaraq daha çox tənqidi mövqedə dayanan «Gündəm Xəbər» qəzetinin susdurulmasına çalışılıb. Lakin bu da alınmadıqda sonuncu dəfə qəzetimizə qarşı absurd ittihamlar irəli sürüldü və guya ki, qəzetimizin maliyyə işlərində vergidə yayınma halları olub və bu iş üzrə Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən araşdırmalar aparılıb.
Bu araşdırmalar nəticəsində isə ortaya absurd və gülünc bir qənaət qoyulub. Belə ki, qəzetimizin bu ilin 16 may tarixindən gündəlik nəşr olunmasına baxmayaraq, vergi orqanlarının əməkdaşları son bir illik fəaliyyətimizin bütün dövrünə gündəlik nəşri şamil ediblər. Eyni zamanda qəzetimizin real tirajının rekvizitdə göstərilməməsini bəhanə edərək, «Gündəm Xəbər»lə bağlı araşdırmalar zamanı «Azadlıq» qəzetinin bugünkü tirajını nümunə kimi götürüb və hər iki absurd dəyərləndirmə şəraitində qəzetimizə qarşı astronomik həddə vergidən yayınma məbləği irəli sürüblər.
Yəni məlum olduğu kimi, qəzetimizə qarşı sürülən ittihamda da guya ki, qəzetimiz tərəfindən nəğd pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsaitin vergidən yayındırıldığı qeyd olunub. Halbuki yuxarıda da qeyd etdiyim kimi, qəzetimizin real tirajı 2000 nüsxədən yuxarı olmayıb və qəzetimiz yalnız bu ilin 16 may tarixindən etibarən gündəlik, yəni həftədə 5 dəfə dərc edilməkdədir.”
Ş.Cəfəri qəzetə qarşı qaldırılmış vergi iddiasının araşdırmasında baş verən kobud qanunsuzluqlardan da bəhs etdi: “Əlavə olaraq bildirmək istəyirəm ki, ilk əvvəl Vergi Auditi Departamentinin əməkdaşları mənə qəzetimin 2008-ci ildən 2011-ci ilin may ayının 1-nə qədər olan müddət ərzindəki fəaliyyətinin araşdırılacağını bildirdilər. Mən də onlarla razılaşdım və diqqətlərinə çatdırdım ki, «Gündəm Xəbər» qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur. Bir daha qeyd edim ki, «Gündəm Xəbər» qəzeti yalnız ötən ilin 16 may tarixindən etibarən əvvəl həftədə beş dəfə, sonra isə 6 dəfə dərc edilməkdədlir. Lakin sonradan vergi orqanlarının əməkdaşları elan etdikləri tarixə qədər, yəni 2011-ci ilin may ayının 1-nə qədər olan dövrdəki dövriliyi yox (yəni həftədə 2-3 dəfə), 2011-ci ilin 16 may tarixindən olan dövriliyi (yəni həftədə 5 dəfə) əsas kimi götürərək bu dövriliyi bütün ilə şamil etməklə yanaşı, yuxarıda da qeyd etdiyim kimi «Azadlıq» qəzetinin bugünkü tirajı ilə (8 min nüsxə) «Gündəm Xəbər» qəzetinə astronomik həddə cərimə kəsib. Halbuki «Gündəm Xəbər» qəzeti nəşr olunduğu gündən maksimum tirajı 2000 nüsxə olub.
Bildirirəm ki, «Gündəm Xəbər» qəzetinə qarşı olan bütün bu basqılar siyasi mahiyyət daşıyır, siyasi sifarişin nəticəsidir. Bu səbəbdən bütün ölkə ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, beynəlxalq təşkilatlardan, Avropa ölkələrinin və ABŞ-ın Azərbaycandakı səfirliklərindən bu gülünc və qanunsuz hərəkətin durdurulması üçün dəstək istəyirəm. İmkan verməyin ki, Azərbaycanda daha bir AZAD SÖZ tribunası haqsızlıqla susdurulsun”.

QEYD: Bütün baş verənlərlə bağlı geniş araşdırmamızı növbəti saylarımızda diqqətinizə çatdıracayıq. Amma avtoritar bir rejimin medaya qarşı bu basqısına ən azından həmkarlarımızdan dəstək umduğumuz halda laqeyd münasibətini izah etməkdə çətinlik çəkirik...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • APA-dan “Gündəm Xəbər” qəzetinə təxribat

    APA-dan “Gündəm Xəbər” qəzetinə təxribat ...

    5-04-2013, 14:44

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə son söz üçün 1 həftə vaxt verildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 14:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu