Bank VTB (Azərbaycan) ASC müştərilərini kütləvi şəkildə məhkəməyə verir. Bank Bakı şəhəri ilə yanaşı, rayonlarda da müştərilərinə qarşı çoxsaylı iddialar qaldırıb.
Bank VTB (Azərbaycan) ASC Məlahət Abdullayevaya qаrşı avtomobil kredit müqavilsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəməyə mürаciət edib. Məlahət Abdullayevadan 12 noyabr 2014-cü il tarixdə banka borclu olduğu 16671.12 ABŞ dolları əsas borc, 1298.44 ABŞ dolları faizin və 157.80 ABŞ dolları məbləğində cərimənin ödənilməsi tələb olunub. Məlahət Abdullayevanın banka ümumilikdə 18127.36 ABŞ dolları məbləğin tutulması istənilib.
Məlahət Abdullayevanın mülkiyyt hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Gruzeminik” markalı, 99 DS 311 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtoobilin açıq hərracdan satılaraq əldə edilən vəsitdən qeyd edilən pul məbləğinin banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilib.
Ağdaş Rayon Məhkəməsi bankın xeyrinə qərar çıxarıb. Qərara görə, Məlahət Abdullayevanın mülkiyyətində olan avtomobil açıq hərraca çıxarılmalı, satışdan əldə olunan puldan bankın borcu qaytarılmalı, qalan pul isə cavabdehə qaytarılmalıdır. Avtomobilin ilkin satış qiyməti məhkəmənin qərarı ilə 24612 ABŞ dolları məbləğində müəyyən edilib.
Qərardan narazı qalan bankın nümayəndəsi apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmə qətnaməsində maddi hüquq normalarına düzgün istinad etməyib, sübutların qiymətləndirilməsində
səhvə yol verib, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul edib.
Nümayəndənin qeyd etdiyinə görə, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini müəyyən edərkən onun hazırkı qiymətini nəzərə almayıb və qiymətini həddindən artıq yüksək göstərib: “Məhkəmə “İpotekа hаqqındа” Qаnunun, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, eyni zamanda “İcra haqqında” Qanununun tələblərini pozub. Ona görə də məhkəmə kollegiyasından Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin “avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, ipoteka predmetinin qiymətinin icra məmurları tərəfindən həyata keçirilməsi eyni zamanda cərimə borcunun məbləğini isə 157.80 ABŞ dolları məbləğində göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirik”.
Bankın nümayəndəsinin şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mahir Əsədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, bankın apelyasiya şikayəti təmin edilib.
Sorğu
Yeni dizaynımız necədir?