Rusiya prezidenti Vladimir Putin ənənəvi müraciətinə başlayıb. ANS PRESS-in Rusiya mətbuataına istinadla verdiyi məlumata görə, prezidentin Federal Şuraya müraciəti Türkiyənin sərhəddə vurduğu təyyarədə ölən pilotun xatirəsini bir dəqiqəlik sükutla anmaqla başlayıb.
Putin çıxışında iqtisadiyyatın vəziyyəti, Türkiyə ilə münasibətlər, terrorizmlə mübarizə kimi bir çox məsələyə toxunub.
O, deyib ki, "Su-24"ün pilotunun ölümündən türklər məsuldurlar. Putin Türkiyənin etdiklərindən peşman olacağını deməkdən də çəkinməyib.
"Rusiya Türkiyə ilə regional təhlükəsizliklə bağlı ən həssas məsələlərdə belə əməkdaşlıq etməyə hazır idi", deyə Putin bildirib. O, Türkiyənin öz əməlindən peşman olacağını deyib və Ankaranı terrorçuları dəstəkləməkdə ittiham edib. "Mən bilmirəm onlar bunu niyə etdi. Yəqin bircə Allah bilir. Görünür Allah Türkiyənin hakim elitasını ağıldan məhrum edərək onları cəzalandırıb. Biz bütün hərəkətlərimizə məsuliyyətlə yanaşacağıq. Bizim ölkənin tarixi pravoslavlarla müsəlmanların qarşılıqlı hörmət, onların dialoqu əsaslanır. Biz ksenofobiyaya yol verə bilmərik.
Biz bilirik Türkiyədə öz cibini doldurur və terrorçulara qazanmaq şansı yaradır. Lakin buna baxmayaraq türk xalqı mehriban, əməksevər və istedadlıdır. Türkiyədə bizim qədim və etibarlı dostlarımız çoxdur".
Rusiya lideri deyib ki, ölkəsi silahla mübarizə aparmaq niyyətində deyil. “Bizdən bütün dünya üçün təhlükəli ola biləcək əsəbi, isterik reaksiyalar gözləməsinlər. Əgər onlar düşünürlərsə ki, belə cinayət törədib canlarını pomidor,, tikinti həcmini azaltmaqla qurtaracaqlar, çox dərindən yanılırlar. Biz hələ onların etdikərini dəfələrlə xatırladacağıq və onlar hələ bundan çox peşman olacaqlar. Biz nə edəcəyimizi bilirik".
Rusiya lideri satqınlığı hər zaman rüsvayçılıq hesab etdiklərini deyib. "Bizim hərbiçiləri kürəyindən vuranlar bunu bilməlidir. Bütün problemləri fərqli üsulla həll etmək olar".
Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.
Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.
ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?