GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vilyam Hacıyevin korrupsiyaları aşkarlanır

Vilyam Hacıyevin korrupsiyaları aşkarlanır

Tarix: 5-03-2013, 10:13 Bölmə :Ölkə Baxış: 931
Vilyam Hacıyevin korrupsiyaları aşkarlanır

İmişlinin aqrar sektorunda yeyintilər, icra başçısı hələ
tikilməmiş məktəbi istifadə olunmuş kimi təqdim edib


Azərbaycan hökümətinin respublikada ərzaq təhlükəsizliyinin təminatı üçün qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafına xüsusi diqqət göstərməsinə baxmayaraq bolğələrdə bu prosses tənəzüllə uğrayır. Təxminən 5 ilə yaxındır həyata keçirilən subsudiyalaşma kənd təsərrüfatı məhsulları istehsalçılarını, fermerləri həddən artıq çox sevindirsə də, təəssüf ki, bəzi maxinasiya və korrupsiya hallarına yol verilməsi ictimai qınaq, ictimai narahatlıq və narazılıq doğrumaya bilməz. Bu gün qeyd etdiyimiz sahədə ən ciddi problemlərin yaşandığı rayonlardan biri də İmişli rayonudu. Çünki subsudiyalar verilən dövrdə icra bşaçısı Əbülfəz Ağayev həmin subsudiyaların mənimsənilməsi üçün özünəməxsus metodlardan istifadə edib. Yəni, subsudiyaların verilməsi üçün fermerlərə əkin-biçin sahəsinin ərazisinə uyğun olaraq «şapka»lar təyin edib. Bundan əlavə, fermerlərə 50 faiz güzəştlə verilən subsudiyaların 50 faizini özünə götürüb. Beləliklə də fermerlərə çatacaq məbləğ 25 faiz olub. Təbii ki, bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalçılarını narahat etməyə bilməzdi. Çünki az məbləğdə pula yüksək məhsuldarlığa malik məhsullar istehsal etmək mümkün deyil. Ona görə də fermerlər ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynayan taxılçılığı inkişaf etdirməkdən vaz keçməyə qərar verdilər. Üstəlik, bəzi fermerlər əvvəllər taxıl zəmilərinin göz oxşadığı sahələri yonca və ot sahələrinə çevirdilər. Şübhəsiz ki, belə bir vəziyyət dövlət rəhbərliyini, şəxsən prezident İlham Əliyevi narahat etməyə bilməzdi. Məhz bu səbəbdən də dövlət başçısı Əbülfəz Ağayevi vəzifədən uzaqlaşdıraraq onun yerinə Vilyam Hacıyevi icra başçısı təyin edib.
İmişlilər indi də yağışdan çıxıb yağmura düşüblər
Yeni başçının İmişli rayonuna təyinatından sonra yenidən sevinən fermerlər subsudiyaları tam şəkildə ala biləcəklərinə inansalar da, Vilyam Hacıyev də onların bütün ümidlərini puça endirib. Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda qeyd edilir ki, İmişlidə ilbəil məbləği azaldılan subsudiyalar icra başçısı Vilyam Hacıyevin göstərişi ilə onun yaxın adamlarına, xüsusilə də şərik olduğu fermerlərə verilir. Üstəlik, bəzi fermerlərdən subsudiyaların alınması üçün əlavə pullar da istənilir. Hətta fermerlər o qədər soyulub-talanır ki, artıq İmişlidə əkin-biçinə maraq belə qalmayıb. Bu da İmişli əhalisinin böyük əksəriyyətininin məskunlaşdığı kəndlərdə sosial bəlalara yol açıb. Bəzi kəndlilər torpaq sahələrini əkib-becərməyin əlavə xərc olduğunu düşündüyündən qazanc dalınca Bakı şəhərinə və respublikanın digər iri şəhərlərinə üz tutmağa başlayıblar. Bütün bunlar da o deməkdir ki, yaxın vaxtlarda İmişli rayonu aclıq və səfalət içində yaşayan ailələrin, işsizlərin sayına görə respublikamızda öncül yerlərdən birini tutacaq.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Növbəti saylarımızda oxucularımıza İmişli rayonundakı fermerlərə ayrılan subsudiyalar, onların bölüşdürülməsi proseduru, Vilyam Hacıyevin fermerlərə təyin etdiyi «şapka»lar, həmçinin əkin sahələrinin və məhsuldarlığın ilbəil azalması ilə bağlı statistik göstəriciləri və digər məlumatları oxucularımızın diqqətinə çatdıracağıq. Amma
Fevralın 26-da İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakini İlqar Əhmədov adına orta məktəbin həyətinə yığışaraq narazılıqlarını bildiriblər. Onlar sözügedən təhsil müəssisəsində aparılan təmir-tikinti işlərindən şikayətləniblər. Kənd sakinlərindən Hüseyn Həsənov bildirdi ki, 2011-ci ildə məktəbin iki tədris binasının əsaslı təmiri üçün büdcədən 33.2 min manat ayrılıb: «Amma binalardan birinin dam örtüyünün dəyişdirilməsi və kiçik kosmetik işlərlə bu vəsait göyə sovruldu. Halbuki cəmi 160 şagird oxuyan bir məktəb üçün elə bu pulla yeni bina tikmək olardı. Növbəti il isə «təmirdən çıxan» binaların biri söküldü. Bizə deyildi ki, burada müasir üslublu, hər cür texniki vəsait və avadanlıqlarla təchiz olunan yeni bina tikiləcək. Məktəbin kənarları abadlaşdırılacaq, açıq və qapalı yerlərdə idman qurğuları quraşdırılacaq. Bu məqsədlə 861 min manat vəsait ayrılmışdı. Amma bunların heç biri olmadı».
Məktəb üçün ayrılmış ərazi olduqca genişdir. Amma gözə nə bir ağac dəyir, nə də futbol qapısı. Bir neçə avtomobil təkəri yerə basdırılıb. Məktəbin müəllimi Tərmilə Hacıyeva deyir ki, bura təhsil müəssisəsindən çox, maldarlıq təsərrüfatına bənzəyir: «Biz nə qədər maraqlansaq da, təmir-tikinti işlərinin layihəsi üzə çıxarılmadı, podratçı təşkilatın adını belə öyrənə bilmədik».
Məktəbin istifadəsində olan ərazinin kənarlarına dəmir tor çəkilib. Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini Vüqar Bağırov deyir ki, əvvəlki torlar bundan qalın və etibarlı idi, indikilər qısa müddətdə sıradan çıxacaq: «İşə başlayan vaxtlar məktəbin həyətinə qalın armaturlar, bəzəkli metal lövhələr tökmüşdülər. Onu bircə günün içində yoxa çıxarıb, bu nazik künclükləri və simdən toxunmuş torları aldılar, yöndəmsiz halda ətrafı çəpərlədilər. Bundan əvvəlkiləri, habelə sökülən binaların şiferlərini, taxta materialları neylədilər, bilən yoxdur? Yeni tikdikləri binanın özülü etibarsızdır, çökək yerləri eləcə şoran torpaqla doldurublar, yer bərkidilməyib. Tikintidə mənşəyi bilinməyən sementdən istifadə edilib. Təzə elektrik transformatorunun alınıb quraşdırılması üçün 17 min manat silinib, halbuki bu, elə əvvəlkidir. Hətta ayaqyolu binası belə primitiv üsulla tikilib - kişi və qadın üçün nəzərdə tutulan otaqların qapıları yanaşıdır».
Səslənən iradları məktəbin direktor əvəzi Əlizamin Əhmədov da təsdiqlədi. Direktor əvəzinin bildirdiyinə görə, kənd sakinlərinin və pedaqoji kollektivin şikayətindən sonra İmişli rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri gəlib məktəbə baxıblar. Əlizamin Əhmədov deyir ki, bina hələ istifadəyə verilməyib, amma plastik qapılardan biri artıq sıradan çıxıb, onu öz pullarıyla düzəldiblər.
Məktəbin nə giriş qapısı önündə, nə də həyətdə təmir-tikinti barədə məlumat lövhəsi var. Yeni dərs ili başlanmazdan əvvəl bəzi KİV-lərdə Xoşçobanlı kənd tam orta məktəbi üçün 2 yeni korpusun inşa edilərək, pedaqoji kollektivin və şagirdlərin ixtiyarına verilməsi barədə məlumatlar getmişdi. Halbuki həmin korpuslardan biri hələ də hazır deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • Fermerlərə şad xəbər

    Fermerlərə şad xəbər ...

    15-10-2015, 14:02

  • 
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi

    Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi ...

    21-12-2012, 12:46

  • 
  • Korrupsiya yuvasına çevrilən “Aqrolizinq” ASC

    Korrupsiya yuvasına çevrilən “Aqrolizinq” ASC ...

    13-04-2014, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu