GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Korrupsiya yuvasına çevrilən “Aqrolizinq” ASC

Korrupsiya yuvasına çevrilən “Aqrolizinq” ASC

Tarix: 13-04-2014, 13:04 Bölmə :Manşet Baxış: 978
Korrupsiya yuvasına çevrilən “Aqrolizinq” ASC
Təkcə bir rayon filialında mənimsəmə faktı 1 milyon dollar
təşkil edən ASC-nin fəaliyyəti kənd təsərrüfatını iflic edib


Azərbaycan iqtisadiyyatı bu gün demək olar ki, tamamilə neftdən asılı durumdadır. Dövlət səviyyəsində qeyri-neft sektorunun inkişafına dəstək üçün müxtəlif layihələr həyata keçirilməsinə, güzəştlər tətbiq olunmasına baxmayaraq bu sahədə ciddi bir dəyişiklik müşahidə olunmur. Xüsusilə, tarixən kənd təsərrüfatının yaxşı inkişaf etdiyi ölkəmizdə indi vəziyyət heç də ürəkaçan deyil. Nə qədər güzəştlər tətbiq olunsa da kənd təsərrüfatı hələ ki, bərbad durumda qalmaqdadır. Bunun əsas səbəbi isə bu sahədə hökm sürən dəhşətli korrupsiya faktlarının olmasıdır. Dövlət tərəfindən ayrılan subsidiyalar, yardımlar əksər hallarda əsl sahiblərinə çatmır, məmurlar tərəfindən mənimsənilir. Heç kimə sirr deyil ki, ölkədə əkilən torpaq sahələrinin sahəsi heç də sənədlərdə göstərildiyi qədər deyil. Yerlərdə əkilən torpaqlara ayrılan subsidiyaları mənimsəmək üçün əkilən torpaqların sahəsi şişirdilir, milyonlarla manat dövlət vəsaiti məmurlar tərəfindən talanır. Fermerlərə təklif olunan güzəştli kreditlərin verilməsi prosesində şəffaflıq gözlənilmir, “şapka” prinsipi tətbiq olunur. Nəticədə kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu ildən-ilə aşağı düşür. Kənd təsərrüfatı sektorunu çökdürən korrupsiya halları kəndlinin əlini torpaqdan soyudub, ölkə bazarları xaricdən gətirilən keyfiyyətsiz məhsullarla doldurulur. Dəfələrlə dövlət tərəfindən korrupsiyaya qarşı mübarizə kompaniyası başladılsa da hələ ki, dəyirman bildiyini etməkdədir, çax-çax baş ağrıdır.
Bu yaxınlarda kənd təsərrüfatının inkişafında “əvəzsiz xidmətləri” olan daha bir məmur antikorrupsiya əməliyyatları nəticəsində həbs olunub. “Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialında aşkar olunmuş korrupsiya faktı adamın qanını dondurur. Düşünürsən ki, əgər bir rayon filialında bu boyda mənimsəmə halı mövcuddursa, ölkə miqyasında vəziyyət daha dəhşətli durumdadır. “Aqroservis” filialının müdiri Rafim Qurbanov 789000 manat, yəni təqribən 1 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilib. R.Qurbanov ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə rəsmiləşdirməklə bu məbləği mənimsəyib. Bundan əlavə, filial müdiri kənd təsərrüfatı istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat vəsaiti də ələ keçirməkdə ittiham olunur. Təkcə bir rayonda 1 milyonluq mənimsəmə faktının olması bu sahədə vəziyyətin nə qədər acınacaqlı durumda olmasını göstərir. Onu da qeyd etmək lazımdır ki, heç bir filial müdiri bu boyda mənimsəməni tək başına etməyə cəsarət etməz. Deməli qurban bir olsa da, şəbəkə daha böyükdür və çoxları hələ də asudə gəzib dolanmaqdadır. Ümumiyyətlə, aqrolizinqlərdə belə hallara indiyə qədər bir neçə dəfə təsadüf olunub. 2008-2009-cu illə ərzində qurumun Qusar və Ağcəbədi filiallarında 123 min manat dövlət vəsaitinin mənimsənilməsi aşkar olunmuşdu. Bərdə filialında isə 160 min dövlət vəsaitinin mənimsənilməsi üzə çıxarılmışdı. Bu rayon filiallarının rəhbərləri də dəmir barmaqlıqlar arxasına göndərilib. Görünən odur ki, qurbanlar olsa da mənimsəmə halları ildən ilə yüksələn rəqəmlə artır. Çünki, bunlara rəvac verən əsas fiqurlar öz “toxunulmazlıq” statusunu qoruyub saxlayır. Görünür, ASC-nin sədri Əli Bayramov kiçik məmurları qurban verməklə məsuliyyətdən yaxa qurtarmağın yollarını yaxşı bilir.
Ölkədə aqrolizinqlər 2005-ci ildən fəaliyyətə başlasa da mövcud tələbata uyğun fəaliyyət mexanizmi formalaşdırılmayıb. “Aqrolizinq”ASC-nin funksiyalarına alınmış texnikaların və avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi, lizinq yolu ilə satılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə pereparatları ilə, həmçinin yüksək rüproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək daxildir. Lakin, bu qədər geniş funksiyalara baxmayaraq aqrolizinqlərdə qiymətlərin həddindən artıq baha olması fermerləri hər il çətin duruma salır. Təsadüfi deyil ki, hər il əkin-biçin mövsümündə fermrlər texnika və digər avadanlıqlar baxımından əziyyət çəkirlər, nəticədə məhsul elə tarladaca məhv olub gedir. Məlumatlarda bildirilir ki, “Aqrolizinq” ASC-nin balansında 2500-dən çox kombayn var və onların əksəriyyəti köhnə olduğu üçün tələbatı ödəmir. Mütəxəssislər bildirir ki, mövcud təlabata uyğun olaraq ölkədə ən azı 6 minədən çox kombayn olmalıdırsa, işin düzgün qurulmaması səbəbindən texnika çatışmamazlığı hər il özünü daha bariz göstərir. Rüşvət və korrupsiya məskəninə çevrilən aqrolizinqlər kəndlilərə əlavə problem yaratmaqdan başqa bir işə yaramır. Ölkəyə xaricdən gətirilən texnika və avadanlıqlar fantastik qiymətlərə sənədləşdirilir, fermerlər üçün əlçatmaz məbləğə təklif olunur. Yarandığı vaxtdan xaricdən gübrə gətirilməsi ilə məşğul olan ” Aqrolizinq” hələ də təlabatın çox cüzi hissəsini təmin edir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, təkcə bir rayonda “gübrə satışından” 1 milyon dollar vəsait mənimsənilir. Fermerlərə baha, hətta bəzi hallarda məcburi qaydada satılan bu gübrələrin isə keyfiyyəti çox aşağı olduğu üçün istifadəyə yararsız olur. Köhnə texnikanı, vaxtı keçmiş gübrələri yeni adı ilə almaq sahəsində “Aqrolizinq” ASC xüsusilə məharət sahibidir. Ölkədə “Aqrolizinq” ASC-nin əhatəli struktur bölmələri fəaliyyət göstərsə də yerli sahibkarların fəaliyyətini stimullaşdırmaq istiqamətində işlər görülmür. Bu gün 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri var. Ancaq fermerlərə lizinq yolu ilə verilən və satılan texnika rüşvətlə təklif olunur, sahibkarlara süni maneələr yaradılır. “Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsi üçün yanacaq və motor yağlarına görə ayrılan milyonlarla manat vəsaitin də mənimsənilməsində xüsusi strategiyaya malikdir. Ötən illər ərzində bu məqsədlə hər il təqribən 80 milyon manat vəsait ayrılıb. Lakin, təbii ki, bunun cüzi hissəsi kəndlilərə çatsa da böyük qismi mənimsənilib. Əlinin zəhməti, alnının təri ilə dolanan kəndlilərin hesabına milyonlar sahibi olan məmurlar isə hələ də asudə şəkildə fəaliyyət göstərirlər. Nə qədər ki, belə məmurlar haqqında lazımi tədbirlər görülməyib, buğdamız Qazaxıstandan, kartofumuz İrandan, xiyarımız isə kim bilir hardan gələcək!
Gündəm xəbər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas təhlükələr”

    Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas ...

    14-05-2014, 10:28

  • 
  • Hesablama Palatası hansı məmurları çökdürəcək?

    Hesablama Palatası hansı məmurları çökdürəcək? ...

    29-04-2014, 09:54

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu

    “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu ...

    23-10-2013, 11:18

  • 
  • Meliorasiya və Su Təsərrüfatı ASC yenə də diqqət mərkəzindədir

    Meliorasiya və Su Təsərrüfatı ASC yenə də diqqət ...

    12-03-2014, 17:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu