Qaxda oğruluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Səbuhi Məmmədov, Şuşa şəhərindən məcburi köçkün, 19 yaşlı Şəhriyar Məmmədli və 29 yaşlı Elnur Aşurov bir neçə vətəndaşın evinə giriblər.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, onlar Rasim İsrafilovun evindən televizor, DVD video, xalça, qaz balonu, ütü, tozsoran, ventilyator, qab-qacaq, geyim əşyaları və digər məişət əşyalarını oğurlayıblar. Bundan başqa, onlar Hacıəhməd Cəbrayılovun evindən isə 130 manat pul, 330 gürcü larisi, 1000 rus rublu, ayaqqabı, corab, Ramiz Mirzəyevə məxsus maşından 150 manat pul aparıblar. Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Onlar barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Yeni dizaynımız necədir?