GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli Əsədovun adı nəqliyyat əməliyyatlarında

Əli Əsədovun adı nəqliyyat əməliyyatlarında

Tarix: 5-03-2013, 10:19 Bölmə :Ölkə Baxış: 1 484
Əli Əsədovun adı nəqliyyat əməliyyatlarında

Avtobus reydi sahibkarlarla Nəqliyyat Nazirliyini üz-üzə qoydu

Sahibkarlar nazirliyinin “qaydları” pozduğunu iddia edir

Nəqliyyat Nazirliyinin son günlər ictimai nəqliyyat vasitələri ilə bağlı reydlər həyata keçirməsi adıçəkilən dövlət qurumu ilə sahibkarları üz-üzə qoyub. Reydlər nəticəsində nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən xeyli sayda sürücü aşkarlanıb ki, bu da həmin sürücülərin bağlı olduğu nəqliyyat şirkətlərini ağır cərimələrlə üz-üzə qoyub. Şirkət rəhbərlərini qəzəbləndirən də əslində bu amil olub.

Nazirlik şirkətlərlə anlaşmanı pozub?

Məlum reydlər və bu fonda baş verən narazılıqla bağlı redaksiyamızı bilgiləndirən özəl mənbə, Nəqliyyat Nazirliyinin son reydinin şirkət rəhbərliyi tərəindən ciddi narazılığa səbəb olduğunu bildirib. Mənbənin sözlərinə görə, şirkət rəhbərləri Nəqliyyat Nazirliyinin bu qəfil reydini öncədən əldə edilən razılaşmaların pozulması kimi dəyərləndirməkdədir: “Şirkət rəhbərləri hesab edir ki, əslində nazirliyin bu addımı sözügedən qurum rəsmiləri ilə sahibkarlar arasında əldə edilən razılaşmanın pozulması deməkdir. Belə ki, nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlər təsis edilərkən, habelə bu şirkətlər marşurut xətti alarkən bəzi nazirlik yetkililərinə yüksək məbləğdə qanunsuz ödənişlər edilir ki, bu ödənişlər qarşılığında həmin şirkətlər fəaliyyət müstəqilliyi və toxunulmazlıq əldə edir. Daha dəqiq desək, “tasını verdiyi” müddət ərzində nazirlik şirkətin fəaliyyətinə bu və ya digər şəkildə müdaxilə etməməyi öz üzərinə götürür. Lakin hələ də davam edən reydlərin keçirilməsi ilə bu şirkətlərin bir çoxu ciddi cərimələrə məruz qaldı ki, bu da şirkət sahibləri tərəfindən ədalətsizlik kimi dəyərləndirilməkdədir. Onlar fikrincə, nazirlik nə qanuni, nə də qeyri-qanuni razılaşmanın şərtlərinə əməl etmir, mövcud razılaşmaların şərtlərini pozmaqla iş adamlarını çətin vəziyyətə salır. Bu baxımdan Nəqliyyat Nazirliyinin ictimai nəqliyyat vasitələri ilə bağlı keçirdiyi reyd şirkət rəhbərləri tərəfindən əlavə basqı və təzyiq, habelə növbədənkənar pul yığımı kimi dəyərləndirilməkdədir”.

Nəqliyyat sektoru da siyasiləşir?

Bilgili mənbənin məlumatına görə, nəqliyyat sektorundakı şirkətlərə yönəlik basqılar bu sahədə fəaliyyət göstərən şirkətləri onları nazirliyin təzyiqindən qoruyacaq siyasi himayədar axtarmağa vadar edir: “Nazirliyin mütəmadi surətdə sahibkarlarla əldə edilən razılaşmaları pozması, onları bu və ya digər şəkildə əlavə cərimələrə məruz qoyması artıq sözügedən sektorda fəaliyyət göstərməkdə çətinlik çəkən şəxsləri himayədar axtarışına çıxmağa vadar edir. Sahibkarlar haqlı olaraq belə düşünür ki, mövcud şəraitdə güclü siyasi himayədara malik olmadan fəaliyyət göstərmək, bu fəaliyyətdən lazımi gəlir əldə etmək mümkün deyil. Məhz bu səbəbdən də bəzi nəqliyyat şirkətləri öz haqlarını siyasi himayədarlarının gücü və nüfuzu hesabına qorumağa çalışır. Sahibkarların fikrincə, başqa cür iqtisadi həyatın bütün sahələri kimi, nəqliyyat sektorunda da fəaliyyət göstərmək mümkün deyil”.

Prezident Administrasiyası perestejli himayədarlar “ixrac edir”

Mənbənin bildirdiyinə görə, nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərə basqı artdıqca, sahibkarlar arasında siyasi himayədar axtarışı da bir o qədər güclənməkdədir. Sahibkarlar arasında güc orqanlarında yüksək vəzifələrdə təmsil olunan şəxsləri özlərinə qeyri-rəsmi şəkildə ortaq edən xeyli sayda iş adamı olsa da, şirkət rəhbərləri daha çox Prezident Administrasiyasında himayədar tapmağa maraq göstərir. Buna səbəb Prezident Administrasiyasının daha perestejli hesab edilməsi və təzyiqlərə qarşı daha effektiv qalxan rolu oynaması ilə bağlıdır. Bu səbəbdən də Prezident Administrasiyasında himayədar axtarışına çıxan sahibkarların sayı günü-gündən artmaqdadır. Sahibkarların şəriklik təklifi Administrasiya yetkililəri tərəfindən də məmnuniyyətlə qarşılanmaqdadır. Burada söhbət heç bir zəhmət və vəsait sərf etmədən böyük miqdarda pullara şəriklikdən gedir ki, bu məsələdə Administrasiya yetkilisinin üzərinə düşən yeganə iş öz nüfuzundan və siyasi hakimiyyətindən istifadə edərək həmin şirkəti kənar basqılardan qorumaqdır”.

Əli Əsədov siyasi himayədar rolunda

Bilgili mənbənin sözlərinə görə, hazırda Administrasiya rəhbərliyi sırasında sahibkarlarla əməkdaşlığa daha çox maraq göstərən şəxs Əli Əsədov hesab edilir: “Bu gün sahibkarlarla iş birliyinə maraq göstərən şəxslər arasında Prezident Administrasiyasının yetkilisi, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Ə.Əsədovun adı daha çox hallanır. İddialara görə, Ə.Əsədov tutduğu vəzifədən istifadə edərək nəqliyyat sektorunda fəaliyyət göstərən bəzi şirkətlərin himayəsini həyata keçirməkdədir. Ə.Əsədovun sahibkarlar arasında yüksək nüfuza sahib olmasını şərtləndirən amillərdən biri də Administrasiya yetkilisinin onunla əməkdaşlıq edən şirkətləri basqı və təzyiqlərdən uğurla qorumasıdır. Belə ki, son olaylar fonunda bəzi marşurutların ləğv edilməsi, bir çox şirkətlərin əlindən onlara verilən xətlərin alınmasına baxmayaraq, Ə.Əsədova yaxınlığı ilə seçilən şirkətlər bu təzyiq kampaniyasında nəinki heç nə itirmədi, əksinə bir sıra yeni xətlərə sahibləndi. Bu isə adıçəkilən dövlət məmurunun nüfuzunun sahibkarlar arasında daha da artmasına səbəb oldu”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəqliyyat Nazirliyinin müfəttişləri rüşvət alarkən kameramıza düşdülər - Video (Özəl)

    Nəqliyyat Nazirliyinin müfəttişləri rüşvət ...

    15-03-2015, 23:26

  • 
  • 4 nəfərin ölümünə Nəqliyyat nazirliyinin işçiləri səbəb olub

    4 nəfərin ölümünə Nəqliyyat nazirliyinin işçiləri ...

    7-12-2013, 23:35

  • 
  • Nəqliyyat Nazirliyi avtobus sürücülərinin əmək haqqını açıqladı

    Nəqliyyat Nazirliyi avtobus sürücülərinin əmək ...

    30-05-2013, 13:21

  • 
  • Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol Polisinə verilir

    Nəqliyyat Nazirliyinin səlahiyyəti Dövlət Yol ...

    17-09-2015, 20:28

  • 
  • Sürücü nəqliyyat müfəttişini bıçaqlayıb

    Sürücü nəqliyyat müfəttişini bıçaqlayıb ...

    28-06-2013, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu