Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirdiyi mətbuat konfransında təsdiq edib ki, FHN helikopteri iki cəsədi qırağa çıxarıb.
Bu barədə virtualaz.org saytının mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir. B.Ağarəhimov deyib ki, cəsədlər Xətai rayon morquna təhvil verilib.
Şəxsiyyəti müyyənləşdirilən neftçilər bunlardır: Tağıyev Fuad Tahir oğlu, Mahmudov Ağa İzzət oğlu .
İçərisində daha 4 cəsəd olan vertolyot isə hazırda Zabrata çatmaq üzrədir. Həmin cəsədlərin kimlərə aid olduğu hələ müəyyən edilməyib.
* * *15:00
Bu dəqiqələrdə virtualaz.org saytına daxil olan məlumatda deyilir ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülünün dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşmüş işçilərindən 3-nün cəsədi tapılıb.
Məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib.Onun bildirdiyinə görə, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır. Cəsədlərin kimə aid olduğunu yəqin ki, SOCAR rəsmiləri az sonra keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.
Cəsədlərin Xəzərin hansı hissəsindən tapıldığı hələlik məlum deyil.
İtkin düşmüş digər neftçilərin axtarışları davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?