"Günəşli" yatağında baş vermiş yanğınla bağlı xilasetmə işləri davam etdirilir. Təəsüflər olsun ki, itkin düşmüş şəxslərdən tapılan olmayıb.
Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.
Onun sözlərinə görə, Buzovna ərazisində boş jiletlərin tapılması ilə əlaqədar məlumat daxil olduqdan sonra oraya işçilər göndərilib. Lakin məlum olub ki, onlar balıqçıların jiletləri olub.
B.Ağarəhimov deyib ki, yanğın davam edir. Hazırda 5-ci özüldə qurumların rəhbərlərinin iştirakı ilə söndürülmə ilə əlaqədar əlavə hansı işlərin görüləcəyi müzakirə edilir.
x x x
B.Ağarəhimov qeyd edib ki, bu gündən "Geofizika" gəmisi Neft Daşlarında 3 batmış şəxsin axtarışı ilə əlaqədar 501 saylı platformada suyun atında olan hissədə axtarışlara başlayıb.
B.Ağarəhimov, həmçinin deyib ki, apardıqları axtarışlar küləyin sürəti güclü, su bulanıq olduğundan effekt vermirdi: "Amma bu gün dalğaların nisbətən sabitləşməsi imkan verir ki, axtarışları suyun altında da davam edək".
B.Ağarəhimov əlavə edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin helikopterlərləri də axtarışları paralel şəkildə aparırlar.
Onun sözlörinə görə, bütün gecə ərzində "Günəşli" istiqamətində gəmilər 10 nömrəli platformanın söndürülməsi ilə əlaqədar işlərini davam etdiriblər. Səhər tezdən FHN və digər qurumların helikopterlərləri artıq axtarışlara başlayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?