“Günəşli” yatağının 10-cu özülünün platformasında baş verən yanğın zamanı itkin düşən neftçilərin axtarışı işlərinə kömək etməsi üçün Xəzərdə 50 gəmi ilə hərbi təlimlərə başlayan Rusiyanın Xəzər donanmasına müraciət edilməyəcək”.
Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu hazırda "Günəşli" neft yatağında baş vermiş qəzaya görə yaradılan operativ qərargahda mətbuat konfransı keçirən “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.
“Bugünkü axtarış işləri də göstərir ki, itkin düşənlər elə də böyük əraziyə yayılmayıb. Ümumilikdə isə Xəzərlə sərhəd ölkələrə artıq xəvər verilib, hansının ərazisində cəsəd aşkarlansa, bizə xəbər verəcəklər” - deyə o vurğulayıb.
Qeyd edək ki, hərbi təlimdə 50 gəmi iştirak edir. Onların arasında “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Volqodonsk”, “Mahaçqala”, “Həştərxan” artilleriya gəmiləri də var. Hərbi təlimlər gəmilərin döyüş hazırlığı və hava hücumundan müdafiə xarakterlidir.
“Dekabrın 3-dən bilirdik ki, güclü külək var, ona görə işlər dayandırılıb” - deyən B.Ağarəhimov bu xəbərdarlığa baxmayaraq işçilərin təxliyyəsi və digər hansı təhlükəsizlik tədbirlərinin görülməsinə belə aydınlıq gətirib: “Küləyin gücündən asılı olaraq təlimatlar dəyişir. Bu xəbərdarlıq təmir işlərinə aid idi. İşçilərin təhlükəsizliyinin əvvəlcədən təmin olunmasıma gəlincə isə onlar üçün hər hansısa təhlükənin olacağı proqnozlaşdırılmırdı”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?