Ailəsinin maddi imkanı zəif olduğunu üçün Oqtay işə çıxmaq istəyir, lakin səhhətinə görə, hələ ki həkimlər icazə vermir.
Bu sözlər Axar.az-a “Bakubus” avtobusunun döyülən sürücüsü Oqtay Novruzovun ailəsindən deyilib. Onlar Oqtayın onu döyən şəxsdən şikayətçi olmadığını bildiriblər:
“İndi hadisədir də oldu, kim istəyərdi ki! Yəqin indi onun ailəsi də pisdir. Dəfələrlə gəlib üzr istəyiblər. Gənc oğlandır, istəmirik kiminsə anası gözüyaşlı qalsın”.
Qeyd edək ki, 29 noyabr tarixində Bakubus MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərdən biri tərəfindən döyülmüşdü. Belə ki, bir qadın işıqforda avtobusa minməyə cəhd edib, lakin sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqiramiz ifadələrlə qapıların açılmağını tələb edib. Tələbi reallaşmadığı üçün o, sürücünün üstünə gedib və onu döyüb.
Xəsarət alan Oqtay Novruzovun burnu və almacıq sümüyü sınıb. Xəstəxanaya yerləşdirilən sürücü əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?