Bu gün eks - prezident Ayaz Mütəllibovun Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın ilk seçilmiş prezidenti Əbülfəz Elçibəy haqqında səsləndirdiyi aşağılayıcı fikirlər cəmiyyətdə ciddi təpkiyə səbəb olub.
Üstəlik, onun mərhum Heydər Əliyev haqqında xoş xatirələrini dilə gətirməsi, 20 yanvar olayları zamanı və ondan sonra onunla məsləhətləşməsi haqqında səsləndiryi fikirlər də ikrah doğurub. Halbuki Ayaz Mütəllibov bir neçə il öncə, yəni Azərbaycana dönməsindən əvvəl yazdığı bir kitabda Heydər Əliyev haqqında çox tənqidi və təhqiramiz fikirlər yer almış, 20 yanvar olaylarında məhz onu günahlandırmışdı.
Amma indi bunların üstündən sükutla keçərək tamam fərqli fikirlərlə ictimai rəydə özünə qarşı hüsn-rəğbət yaratmaq istəyir.
Moderator.az yaddaşları təzələmək üçün "Youtube"dan götürdüyü bir videonu oxuculara təqdim edir və mühakimə yürütməyi oxucuların ixtiyarına buraxır:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?