İlin əvvəlindən Bakıda 100 min piyada yol hərəkəti qaydalarına pozduğu üçün cərimə olunub. Ancaq onların təxminən 25 mini cəriməsini ödəməyib. Qaydaları pozaraq öz həyatlarını risk qarşısında, sürücüləri isə qəza təhlükəsi ilə üz-üzə qoymaq bir kənara cəriməsini ödəməyən həmin piyadaları məhkəmə gözləyir.
gundemxeber.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, avtomobillər sürətlə şütüsə də piyadalar yolu keçməyə çalışır. Paytaxtın bir çox küçə və prospektlərində bu mənzərəni görmək mümkündür.
İlin əvvəlindən bəri yol hərəkəti qaydalarını pozan 100 min piyada cərimələnib. Onlardan 25 mini hələ də cərimələrini ödəməyib. Bu isə minimum 500 min manat deməkdir. Məbləğin həcmi nəzərə alınaraq həmin piyadalar barəsində məhkəməyə müraciət edilir.
Hətta keçiddən istifadə etmədiyi üçün 3 il əvvəl verilən cəriməsini ödəməyən piyadalar var. Piydaların yol hərəkəti qaydalarına əməl etməməsi təkcə cərimə problemi yox, eyni zamanda qəza və ölüm hallarının artması deməkdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?