Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.
gundemxeber.az Hurriyyet.org-a istinadən xəbər verir ki, reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib. Reyd yaşayış məntəqələrinə yaxın olan ərazilərdə yüksək sürətlə hərəkət edən sürücülərin qarşısını almaq, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş, heç bir sənədi olmayan sürücüləri müəyyən etmək məqsədi daşıyıb. Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb. Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan əməkdaşlarımıza təyziq göstərənlər də olub.
Sürücü: “Ayə, demədim çəkmə? Nə çəkirsən?” Reydin keçirilməsinə etiraz edən və qaydanı pozaraq özünü haqlı sayan sürücülərlə yanaşı belə reydlərin mütəmadi keçirilməsini müsbət qarşılayanlar da olub. Saleh Orucov – Sürücü: “Qayda-qanuna riayət etmək hər birimizin borcudur. Biz də çalışırıq ki, riayət edək. Əlbəttə, bu reydlərin mütəmadi keçirilməsi lazımdır”. Sahib Eyyubov – Sürücü: “Rayon içidi, ona görə taxmamışam kəməri. 40 manat cərimə elədilər. Öz günahımdı”. Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə ümumulikdə 30 protokol tərtib edilib. Bu cür reydlərin rayon ərazisində mütəmadi keçirilməsi nəzərdə tutulur./ARB TV/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?