Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın "Zenith Energy” şirkətinə quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun hasilatı üçün 480 000 ABŞ dolları məbləğində ödəmə edib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Kanada şirkəti məlumat yayıb.
Bildirilir ki, bununla Kanadanın "Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin SOCAR-a təhvilvermə prosesini yekunlaşdırıb.
Bundan öncə də xəbər verilib ki, təhvilvermənin nəticəsi olaraq "Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.
Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?