Yaxud Sınıq Körpü Gömrük Məntəqəsində pezidentə hörmətsizlik
Bir ay öncə Qazaxın Bala Cəfərli kənd sakini Rəhimov Məqsəd müraciət etmişdi ki, gömrk məntəqəsində incidilib. Gürcüstan tərəfə keçəndə məlumatlandırılmayıb. Soruşanda ki, neçə ədəd siqaret alıb gətirmək olar? Deyiblər ki, 3 blokdan artıq olmaz! Bu şikayətçinin dedikləri idi. Şikayətçiyə verilmiş 015937 nömrəli protokola nəzər yetirəndə məlum oldu ki, gömrük əməkdaşı həmin protokolu çox savadsız tərtib edib. Əlifbamızı öyrənmək üçün gömrük əməkdaşına xeyli vaxt lazımdır. Hətta, protokolda göstərilən möhür yeri də boş qalmışdır.
Çətinliklə də olsa gömrük məntəqəsində olduq. Orada bildirmişdilər ki, protokol düzgün hazırlanmadığı üçün əməkdaş tənbeh olunacaq. 30 gündən sonra vətəndaş gəlib siqaretini götürə biləcək. Odur ki, onlara inanıb şikayətçiyi ətraflı məlumatlandırdım.
Siz deməyin şikayətçi 16 dəfə gömrük məntəqəsinə getsə də qəbul edilməmiş və əşyalarını götürə bilməmişdir. Elə başa düşür ki, biz gömrük əməkdaşı ilə əlbir olmuşuq.
Həmin şikayətçi ilə dekabrın 4-də saat 10:45-də Qazax şəhərində rastlaşdım. Gömrükdə başına gələnləri danışdı. Bildirdi ki, 2 ay öncə yenə gömrük məntəqəsinə getmiş, 60 manat dəyərində əşyalarını təlkəb edəndə bildiriblər ki, “Sizin siqaret və 3 ədəd spirtli içkini götürüblər”. Onun sözündən belə çıxdı ki, mən götürmüşəm.
Dekabrın 4-də məcbur olub şikayətçi ilə gömrük məntəqəsinə yollandım. Abduləli adlı şəxs özünü növbə rəisi kimi təqdim etdi. Protokolu ona təqdim etdik.Telefonla danışırdı. Protokaola baxıb bildirdi ki, heç nə başa düşmədim. Həmin əşyalar götürülən gündən 10 gün sonra yoxa çıxıb. Kimsə götürüb.
Növbə rəisinə bildirdim ki, axı vətəndaşların süründürməçiliyə salınmaması, şəffaf xidmətə görə Prezidentimiz xüsusi göstərişlər verir, sərəncamlar imzalayır? Abduləli adlı gömrük əməkdaşı qızarmadan belə söylədi: “Prezident çox şey deyə bilər. Bizim üçün sədrimizin göstərişi bəs edər!”
Belə çıxır ki, xəbərimiz yoxdur, Dövlət içində “Dövlət” qurulub. Elə olmasaydı vətəndaşların olub-qopanları zorla əllərindən alınmazdı. Dövlət orqanları bu barədə ciddi düşünməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?