Gömrük əməkdaşı Sabit Ələsgərovun qeyri sabit içləri.
Ölkəmizdə yaxşı qanunlar olsada, Sabit kimiləri qanunları özəlləşdiriblər.Qanunlar toplusunu oxuyanda adam elə fikirləşir ki,cənnətdə yaşayirsan.Amma dövlət məmurları ilə,təmasda olarkən ,cənnətdə yox adam özünü cəhənnəmdə hiss edir. Qazax rayon Bala Cəfərli kənd sakini əlil Rəhimov Məqsəd Mehman oğlu ərizəsində belə yazır :
“Yaşadığımız evlə bədnam ermənilərin tutduqları mövqeyin ara məsafəsi 150-200 metirdir. Bizi hər an ölüm təhlükəsi gözləsədə, ev-eşiyimi ölümnən uca tuturam.Bir sözlə ölümün gözünə dik baxmağı öyrəşmişik.Vətənin daşı olmağı şərəf sayırıq.Erməni gülləsi məni qorxudmasada Sınıq Körpü Gömrük postunun əməkdaşı Sabit Ələsgərovun haqsızlığı məni yaman qorxutdu.3 yanvar 2015ci-il tarixdə Gürcüstan ərazisinə adlamışdım qayıdarkən, 3 bloq siqaret 3 litr araq almışdım.Gömrük postunu keçərkən, həmin dediklərim Sabit Ələsgərov tərəfidən alındı 015-937 nömrəli pratakol tərtib olundu.Pratakoldan oxudum ki,30 gündən sonra alınmış əşyalarımı götürə bilərəm.30 gündən sonra müraciət edəndə, Sabit Ələsgərov bildirdi ki,ölü dirilirmi? hara gedirsən, get Sabit Ələsgərovun ölü diritməsindən kim olsa qorxardı”.
Ərizə ilə bağlı Gömrük əməkdaşı S.Ələsgərovla görüşüb, yazılanlara aydınlıq gətirmək istədik. Postun ərazisinə daxil olanda hiss etdik ki,bura ya başqa ölkədir, ya biz çaşmışıq.Burda əks qanunlar mövcuddur,hərənin öz şəxsi qanunları var.Aidiyyatı olmayan şəxslər bizi müstəntiq kimi, o qədər sorğu suala tutdu ki,Sabit Ələsgərovla görüşməyə ehtiyac qalmadı.Özünü təqdim etməyən şəxs açqca bildirdi ki,Kömrük Komitə sədrinin daxili göstərişinə görə, hər bir iş məxvi qalmalıdır.
Biz tam əminik ki,komitə sədrinin adını belə işdə hallandırmaq yalnız bir məqsəd daşıyır.O da öz çirkin əməllərini gizlətməkdən ibarətdir.Əgər Gömrük əməkdaşları gündə minlərlə insanla təmasda olursa, hansı məxvilikdən söhbət gedə bilər? Kecid zalına nə qədər diqqət yetirsək də, heç bir məlumat guşəsinə rast gələ bilmədik. Adi insanlar haradan bilməlidilər ki, nəyi keçirib ,nəyi keçirməmək olar.Hiss etdim ki,əməkdaşlar məxviliyi elə buna görə deyirmişlər. Həqiqətən, hər bir şəxslə söhbət edərkən, qanlarının qara olduğu hiss olunurdu.Çünki, hər bir əməkdaşın sözündə etiraz,və qüssə var idi.Çətinliklə olsada, etirazın səbəbini öyrənə bildim.Sən demə, ona görə qanları qara imiş ki,Sadıxlı Kömrük postunun fəaliyyəti bərpa edilmişdir.Əlbətdə şəriklik çoxlarının qanını qaraldır.
Əgər Sınıq Körpü postunda qanunlara hörmətsizlik olunmasaydı ,əlbir işlədiyi şəxslər nə yollarını Sadıxlı postuna salmazdılar nə də ,bunların qanları qaralmazdı.Çünki, özləri bildirdilər ki,müştərilər yönlərini Sadıxlı postundan salıblar. Mövzuya yenidən daha ətraflı qayıdacağıq .Çünki Məqsəd Rəhimov yuxarılara da ,ərizə ünvanladığını bildirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?