GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağdaş sakininin məhkəmə macəraları

Ağdaş sakininin məhkəmə macəraları

Tarix: 16-12-2015, 17:20 Bölmə :Ölkə Baxış: 0
Ağdaş sakininin məhkəmə macəraları

Məhkəmələrin ailəsi ilə birgə Bakı küçələrində sərgərdan etdiyi Elbrus Abdullayevin bir zamanlar Ağdaş rayonunda H.Hacıyev küçəsində evi-eşiyi, həyətyanı torpaq sahəsi olub. Rayon yerində yaşayan əksər adamlar kimi həmin sahəni əkib-becərib, məhsulunun artıq qalan hissəsini sataraq,ailəsini dolandırıb. Xəstəliyə düçar olana qədər işləri pis getməyib, beşindən pis dolansa da, on beşindən yaxşı yaşayıb. Necə deyərlər, tale ilk dəfə 2000-ci ildə ondan üz döndərib, xəstələnib və uzun müddət müalicə olunmağa məcbur olub. Həmin dövrdə əlində olan-qalan nəyi varsa, hamısı həkimlərə, dava-dərmana gedib. Üstəlik də ev - ailə qayğıları...
Atalar düz deyib: “Dərd gələndə batmanla gəlir”. Davamlı müalicələr nəticəsində xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşir. 2004-cü ildə hətta çarpayıdan qalxmağa belə imkanı olmayır. Həkimlər ona bahalı cərrahiyyə əməliyyatı keçirməyi məsləhət görürlər. Hansı vəsaitlə...
Əslində, E.Abdullayevin didərginlik tarixçəsi də elə həmin dövrdən başlayır... Əməliyyat və müalicə üçün vəsait tapmayan E.Abdullayevin ailəsi yuxarıda qeyd etdiyimiz ünvanda ata-babadan qalma 6 sot torpaq sahəsinin üç sotunda yerləşən ikimərtəbəli evi həmin üç sot sahə illə birgə satmaq qərarına gəlir. Rayonun axar-baxarlı yerində yerləşən evin və üç sot həyətyanı torpağın müştərisi özünü çox gözlətmir. Rayon sakini Tamilla Səyyad qızı Səmədova adlı şəxs qeyd edilən mülkü alır. Qalan üç sot sahə isə E.Abdullayevin mülkündə qalır və o, sağalandan sonra həmin sahədə öz ailəsi üçün ev tikməyi planlaşdırır. Burada atalar deyib: “Sən saydığını say, gör fələk (burada fələk rolunda Tamilla Səmədova çıxış edir) nə sayır.
... Müalicə təxminən bir il çəkir. Bu müddətdə E.Abdullayevin ailə üzvləri Bakıda müxtəlif ünvanlarda kirayənişin olur. Başçısı xəstə olan ailə üçün şəhərdə dolanışıq, kirayə pulu tapmaq elə də asan başa gəlmir. Nəhayət, E.Abdullayev bir qədər özünə gələndən sonra rayona qayıdır. Yuxarıda qeyd etdiyimiz kimi, özünə məxsus sahədə tikintiyə başlamaq istəyir.
Amma... Elə hər şey bu ammadan başlayır. Tamilla xanım bu zaman artıq E.Abdullayevin özü üçün saxladığı torpaq sahəsinə də fateh bayrağını sancmışdı. O, E.Abdullayevlə nəinki hər hansı dialoqa girmək istəmir, hətta onun həmin məhəllədə görünməsinə də maneələr yaradır. Vəziyyəti belə görən E.Abdullayev məhkəməyə müraciət etmək zorunda qalır. Məhkəmələr demək olar ki, hamısı oxşar qərarlar çıxarır: “İddia əsassız olduğuna görə rədd edilsin”. Biz əvvəlki çoxsaylı məhkəmələri bir qırağa qoyaraq, burada sadəcə olaraq 31 avqust 2015-ci il tarixində Ağdaş rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən iclasda aparılmış “araşdırmalar”dan bəzi cümlələri qısa şəkildə oxucuların diqqətinə çatdırmaqla məhkəmənin “hansı obyektivlik” göstərməsini “sübut etmək istəyirik”.
E.Abdullayev yuxarıda qeyd etdiyimiz kimi 0, 06 hektar torpaq sahəsinə malik olmuş, həmin sahədəki ikimərtəbəli evi və o torpağın 3 sotunu satmışdır. İddiaçı da məhkəməyə məhz bu üç sota görə müraciət edib, oraya gedib-gəlməsinə maneə törədilməsinə görə şikayət etmişdir. Görün məhkəmə araşdırması nə ilə bitir.. “... Abdullayev Elburus cavabdeh Səmədova Tamellaya paylı mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin 0,03 hektarını satmışdır... Aydındır. Bəs qalan 3 sota niyə girə bilmir? Bu suala cavab vermək əvəzinə məhkəmə uzun ritorik cümlələri belə bitirir: “Odur ki, iddaçının tələbi əsassız olduğuna görə rədd edilməlidir”. Nəyə görə? məhkəmə əssassızlığı nədə görür?
Bundan sonra kim məhkəməyə inanar. Prezident İlham Əliyev bu günlərdə Şəki Apellyasiya Məhkəməsinin yeni binasının açılışında heç də nahaqdan bu fikirləri səsləndirmədi: “Nə qədər ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olur, deməli, biz istədiyimizə nail ola bilməmişik”.
E.Abdullayevin keçdiyi məhkəmə prosesləri də, bu sistemdəki naqisliklərin təzahürü sayılmalıdır. Hörmətli oxuculara adıçəkilən prosseslərin ritorik söz oyunundan ibarət olmasını göstərmək üçün məhkəmə qərarından burada bəzi cümlələri olduğu kimi verməyi lazım bilirik: “Məhkəmə icalsında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Ağdaş şəhəri, H.Hacıyev küçəsi ½-də 300, 0 kv. metr torpaq sahəsində yerləşən ikiotaqlı yaşayış evi iddaiçı Abdullayev Elbrusa məxsus olmuşdur, lakin 26 0ktyabr 2004-cü il tarixli 234578 nömrəli müqaviləyə əsasən Abdullayev Elbrus Dünyamin oğlu Ağdaş DTİ və MHQİ- nin 25 oktyabr 2004-cü il tarixli 2421 saylı qeydiyyat vəsiqəsinə və 25 oktyabr 2004-cü il tarixli 179 saylı arayışına əsasən ona məxsus olan Ağdaş şəhəri, H.Hacıyev küçəsi ½-də 300, 0 kv. metr torpaq sahəsində yerləşən ikiotaqlı yaşayış evini Səmədova Tamilla Səyyaf qızına 45 mln. manata satmış və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfində verilmiş, 25 oktyabr 2004-cü il tarixli 2421 saylı qeydiyyat vəsiqəsinə əsasən Ağdaş şəhəri, H.Hacıyev küçəsi ½ saylı ünvanda yerləşən ikiotaqlı yaşayış evi Səmədova Tamilla Səyyaf qızının adına mülkiyyət hüququ əsasında 08 noyabr 2004- cü il tarixdə qeydə alınmışdır”.
Qərar üçün əsas məhz araşdırçmanın bu hissəsidir. Göründüyü kimi, burada yalnız üç sot torpaq sahəsi və ikiotaqlı yaşayış evindən söhbət gedir. Hələ bu mülkiyyətin qeydiyyat sənədini və onun tarixini bir qırağa qoyaq (bu məsələnin üzərinə irəlidə qayıdacağıq), gördünüz ki, 6 sot torpaq sahəsinin yerdə qalan üç sotu barədə məhkəmə sona qədər inadla susur. Ay cənab hakim, axı E.Abdullayev Sizin dolaşıq cümlələrlə izah etdiyiniz üç sot və ikiotaqlı mənzil üçün iddia irəli sürməyib, o yerdə qalan üç sotu tələb edir. Eləysə, onda onun tələb etdiyi və sizin araşdırmadan göründüyü kimi haqlı olduğu digər üç sot barədə iddianı hansı əsasla rədd etmisiniz? Sizin marağınız nədən ibarət olub ki, öz qərardadınızda inadla bu barədə susmusunuz?Bu suallara inanırıq ki, ya apelliyasiya məhkəməsi, o da olmasa Ali Məhkəmə cavab verəcək.
İndi keçək Tamilla Səyyaf qızı Səmədovanın adından məhkəməyə təqdim edilmiş mülkiyyətin qeydiyyata alınması barədə vəsiqəyə. Bəri başdan qətiyyətlə bildiririk ki, bu sənət saxtadır. ÇünkiYevlax Reeystr Xidmətindən bu günlərdə əldə etdiyimiz sənəddə adıçəkilən mülkiyyətin T.S.Səmədovanın adına keçməsi barədə heç bir qeyd yoxdur. Bu halda T.S.Səmədovanın vəkilinin məhkəməyə təqdim etdiyi qeydiyyat vəsiqəsi haradan və necə əldə olunmuşdur sualı ortaya çıxır. Əvvəla, vəsiqənin verildiyi tarix yoxdur, ikincisi, vəsiqənin hansı sənəd əsasında verildiyi də məlum deyil. Bunu mülkiyyəti qeydə alan idarədə də elə beləcə dedilər. Yəni yuxarıda qeyd etdiyimiz kimi, saxtakarlıq yolu ilə əldə edilmiş sənəd. Bizim fikrimizcə, hakim Famil Nəsibov da bu sənədin saxta olmasından xəbərdar olub, deməli, hansısa maraq ona qanunsuz olaraq T.Səmədovanı müdafiə etməyə sövq edib. Belə bir hakimin hüquq sistemində çalışması ən azı Azərbaycan vətəndaşları üçün həqarətdir.
İşə yaxın vaxtlarda Şəki Apellyasiya məhkəməsində baxılacaq... Qərarın necə olacağı bəlli deyil, biz onu bilirik ki, haqq gec-tez öz yerini tapacaq. Çünki bütöv bir ailəni Bakı küçələrində didərgin qoymaq hesabına hansısa şəxsi marağı təmin etməyi Allah da bağışlamaz. E.Abdullayev özü dərmanla yaşayır, 28 yaşlı bir oğlu əlildir, digər oğlu 33 yaşına çatsa da, evsizlik və yurdsuzluq ucbatından subay qalmışdır. 31 yaşlı bir qızı da məhz bu səbəbdən ata evindədir . Bu, faciə deyil, bəs nədir? İnanırıq ki, əlaqədar təşkilatlar haqqın öz yerini tutmasında bu ailəyə yardımçı olacaqlar.

Sərvan Kərimov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağdaşda kütləvi dava

    Ağdaşda kütləvi dava ...

    29-08-2013, 22:00

  • 
  • Azərbaycanda qadınlar arasında kütləvi dava - Cehizə görə

    Azərbaycanda qadınlar arasında kütləvi dava - ...

    8-07-2017, 16:45

  • 
  • Bakıda kütləvi dava: həbs edilənlər var

    Bakıda kütləvi dava: həbs edilənlər var ...

    8-01-2014, 13:38

  • 
  • Ağdaş İH başçısının balıq biznesi

    Ağdaş İH başçısının balıq biznesi ...

    30-03-2016, 17:35

  • 
  • “KamAZ”ın altında qalan qadın ölüb

    “KamAZ”ın altında qalan qadın ölüb ...

    10-12-2013, 21:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu