GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı barədə qeydlər...

BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı barədə qeydlər...

Tarix: 16-12-2015, 17:59 Bölmə :Ölkə Baxış: 0
BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı barədə qeydlər...

Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsi növbəti hesabatını yayıb. Hesabatda Azərbaycan həbsxanalarında mövcud olan işgəncə halları kəskin şəkildə pislənilib. Hesabata keçməmişdən qabaq bir məqamı qeyd edək. İllərdir ki, ölkəmizdə həbsxanalarda dustaqların saxlanma şəraitinin insan həyatı üçün dözülməz həddə olması, qanunsuzluğun, korrupsiyanın, ayrı- seçkiliyin, işgəncənin ayaq tutub yeriməsi, ölkədə cəzasızlıq mühitinin hökm sürməsi, məhkəmələrin qeyri- müstəqil olması və s. barədə həyacan təbili çalmağımızı hökümət qulaqardına vurur, dediklərimizi şayə, böhtan adlandırır. İrəli sürdüyümüz yüzlərlə faktları görməməzlikdən gəlir, heç bir araşdırma aparmadan rədd edirdi. Budur artıq bizim dediklərimizi dünyanın nüfuzlu beynəlxalq qurumları ən yüksək tribunalardan səsləndirir. Təbii ki, bu tənqidlər və ittihamlar Azərbaycan dövlətinin ayağına yazılır, bizim millət və dövlət olaraq nüfuzumuzu zədələyir.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Amnestyu İnternational, Human Rights Watch, ABŞ Dövlət Departamenti və digər qurumların Azərbaycanla bağlı yaydıqları sərt hesabatdan sonra BMT- nin İşgəncələr Əleyhinə Komitəsi bir neçə gün öncə anoloji addımı atıb. Hesabatdan bəzi qeydlərə nəzər yetirək;

“Üzv dövlətin (yəni Azərbaycanın- red.) hesabatına görə, 2010-2015-ci illərdə bircə nəfər də işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Halbuki, 2009-2013-cü illərdə həbs yerlərində məsul şəxslərin qəddar davranış və işgəncələrilə bağlı Penitensiar Xidmətə 334 şikayət daxil olub. 2010-2013-cü illərdə vəzifəli şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili Işlər Nazirliyinə 984, Baş Prokurorluğa da 678 analoji şikayət daxil olub. Komitə hesab edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ, effektiv və qərəzsiz araşdırılmadığının aşkar sübutudur.

Üzv dövlət işgəncələrə dözümlü yanaşmamalı, vətəndaşlara işgəncə verənlərin cəzasız qalması praktikasına son qoyulmalıdır. Işgəncə və qəddar davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədə konkret məlumatların əldə olunması təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv və effektiv şəkildə araşdırılması hüququ təmin edilməlidir”.

Hesabatda daha sonra hüquq müdafiəçilərinin qanunsuz həbsindən və onlara göstərilən qəddar davranışdan bəhs olunur; “Komitə Azərbaycanda bir sıra hüquq müdafiəçilərinin qanunsuz həbsi, həbs yerlərində onların qəddar davranışa məruz qalması, müəyyən hallarda, tibbi yardım ala bilməməsi barədə çoxsaylı məlumatlardan dərin narahatlığını bildirir. Məsələn, Leyla və Arif Yunuslar, Ilqar Məmmədov, Intiqam Əliyev, Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov.

Komitə eyni zamanda, dövlətin yuxarıda göstərilən şəxslərlə bağlı bütün iddiaların əsassız olması barədə birmənalı mövqeyindən təəssüflənir. Çünki BMT-nin digər strukturlarının da həmin şəxslərə qarşı münasibət barədə müvafiq hesabat və bəyanatları, Avropa Məhkəməsinin qərarı var. Komitə narahatdır ki, bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb.

Üzv dövlət qanunsuz həbslər, lazımi tibbi yardımdan imtina, hüquq müdafiəçilərinə qarşı qəddar davranışla bağlı yuxarıda göstərilən halları araşdırmalı, günahkarlar cəzalandırılmalıdır. Həmçinin insan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır”.

Diqqət edin; Dünyanın ən nüfuzlu qurumlarından olan BMT- nin ali Komitəsi bəyan edir ki, “bu şəxslər törətmədikləri əmələ görə həbs olunub, onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı tam, müstəqil və effektiv araşdırma, məhkəmə olmayıb. ... İnsan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə həbs olunan hüquq müdafiəçiləri azadlığa buraxılmalıdır.”

Bunu ki, biz demirik. BMT- nin ali qurumu deyir. O qurumun ki, Təhlükəsizlik Şurasına 6 ay formal sədrlik etmənizi (ətraflı burda; http://mfa.gov.az/content/751) hakimiyyətin ugurlu daxili və xarici siyasəti kimi bütün dunaya car çəkdiniz. BMT- nin şəninə ən gözəl sözləri dediniz. Çox gözəl, bizim etirazımız yoxdur. Əgər dediklərinizdə səmimisinizsə nufuzlu və möhtəbər hesab etiyiniz qurumun ittiham və çağırışlarından da nəticə çıxarıb şərləyib həbs etdiyiniz siyasi məhbusları azadlığa buraxın. Dinc, günahsız insanlara işgəncə verənləri, 14 saylı CÇM- də Elşad Babayevi, Mingəçevir polis şöbəsində Bəhruz Hacıyevi öldürənləri, İntiqam Əliyevə, Leyla Yunusa, İlqar Məmmədova, Pərviz Həşimliyə, Murad Adilova, Elvin Abdullayevə, Araz Quliyevə və digərglərinə işgəncə verənlər haqqında ciddi ölçü götürün.

Daha sonra Hesabatda deyilir; “Komitə əvvəlki kimi, yenə də Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılı olması, siyasi təzyiqlər altında fəaliyyət göstərməsindən narahatlığını ifadə edir. Komitə əvvəlki tövsiyəsini bir daha təkrarlayaraq bildirir ki, təkcə qanunvericilikdə yox, praktikada da məhkəmələrin tam müstəqilliyi və qərəzsizliyi təmin olunmalıdır”. Azərbaycanda məhkəmələrin müstəqil olmamasını artıq təkcə biz demirik. ABŞ Dövlət Departamentinin, BMT- nin timsalında bütün dünya deyir. Əgər bir dövlətin məhkəmə sistemi müstəqil deyilsə, icra orqanlarından asılı vəziyyətdədirsə orda hansı haqq ədalətdən danışmaq olar?

Hesabatda daha sonra vəzifəli şəxslərin məhbuslardan, xüsusən yetkinlik yaşına çatmayan şəxslərdən zor gücünə, işgəncə ilə etirafedici ifadələr alınması, müstəqil vəkillərə təzyiq olunması, onların Vəkillər Kollegiyasından uzaqlaşdırılması kəskin şəkildə pislənilir.

Hesabatın diqqət çəkən bölümlərindən biri həbsxanalardakı ölüm hallarının araşdırılmaması ilə bağlıdır; “...Komitə həbs yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də türmələrdəki şəraitdir. Həbsxanada baş verən bütün ölümlər operativ və obyektiv şəkildə araşdırılmalı, adamların işgəncə nəticəsində ölümünə bais olanlar cəzalandırılmalıdır. Komitə bu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır”.

Göründüyü kimi BMT- nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycandakı ümumi vəziyyəti, xüsusən həbs yerlərində hökm sürən dözülməz şəraiti heç də bizdən nə pis bilmir, nə də yumşaq ifadə etmir. Əlbəttə ölkəmiz və dövlətimiz adına utanc gətirən belə hesabatlardan biz sevinmirik, heç məmnun da deyilik. İstəyərdik ki, bu günki müzakirə mövzumuz Azərbaycan həbsxanalarındakı bərbad vəziyyət yox, BMT Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı Ermənistan ordusunun çıxarılması ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin indiyə qədər niyə icra olunmaması ilə bağlı olsun. Amma yürüdülən siyasət ölkəmizi gündəmə işğalçı qonşularımızın bizə yaratdığı problemin çözümü ilə bağlı deyil, daxili neqativ durumla bağlı gətirir. Bu isə heç ürək açan deyil. Hakimiyyət gücünü, qüdrətini xarici həmləyə deyil, öz vətəndaşına qarşı yönəldəndə belə hesabat və mövqelərlə qarşılaşması qaçılmaz olur.

Yenə gec deyil. Ölkə həbsxanalarında dustaqların saxlanma şəraitini yaxşılaşdırmaq, işgəncələrə son qoymaq, siyasi məhbusları azad etmək, məhkəmə müstəqilliyini bərpa etmək, demokratik islahatlara getmək və s. ökəmizin nicat və çıxış yolu ola bilər. Əsk təqdirdə yenə nüfuzlu beynəlxalq qurumların tənqidi hesabatlarına Qarabağ boyda dərdimizin çözümü ilə deyil, ölkə daxilində hakimiyyətin yaratdığı süni, lazımsız problemlərlə gələcəyik. Bu bizə lazımdırmı?

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı hesabat göndərilib

    BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı ...

    31-01-2018, 00:27

  • 
  • General həbsxanalarda bazar açıb

    General həbsxanalarda bazar açıb ...

    6-04-2016, 12:10

  • 
  • Məşhur “işgəncə kralı” həbs oluna bilər- HƏBSXANA RƏİSİ OLMUŞ ƏLİ ƏMİROV BARƏSİNDƏ ARAŞDIRMA BAŞLAYIB

    Məşhur “işgəncə kralı” həbs oluna bilər- HƏBSXANA ...

    3-10-2016, 21:57

  • 
  • “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq azadlığı təmin olunmaılıdır”

    “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq ...

    7-11-2019, 23:22

  • 
  • Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda müzakirələr aparıb

    Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi ...

    8-06-2018, 13:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu