“Biz sərbəst toplaşmaq azadlığından istifadə edən insanların həbs edilməsini, ağır işgəncələrə və digər qeyri-insani rəftara məruz qalmasını şiddətlə qınayır, təəssüflə bildiririk ki, Azərbaycanın üzvü olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumların müvafiq strukturları bu hallarla bağlı susqunluq nümayiş etdirir. Məhz bu cür qurumların müdaxiləsi nəticəsində hazırda həbsdə olan və ya aksiyalar zamanı saxlanılan şəxslərin azad olunacağına, siyasi fəallara və jurnalistlərə qarşı zorakı və qeyri-insani rəftara yol verən polis əməkdaşlarının məsuliyyətə cəlb olunacağına ümid edirik.”
Bu barədə Azərbaycanda siyasi motivli işgəncə halları ilə bağlı vətəndaş cəmiyyəti təmsilçilərinin BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə və Avropa Şurasının İşgəncələr və Qeyri-İnsani Rəftara qarşı Komitəsinə müraciətində deyilir.
Milli Şuranın aksiyasına beynəlxalq və rəsmi münasibət Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin yaydığı məlumata görə, müraciəti iyirmidən çox hüquq müdafiəçisi və ictimai xadim imzalayıb.
Müraciəti imzalayanlar son bir ay ərzində ölkədə fərqli siyasi baxışlarını dinc etiraz formasında ifadə edən vətəndaşlara qarşı müxtəlif dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən siyasi təqiblər və təzyiqlərin artmasının şahidi olduqlarını bildirir. Sənəddə Milli Şuranın oktyabrın 19-da və qadınların oktyabrın 20-də keçirdiyi aksiya zamanı zorakılıq halları və inzibati həbslərdən bəhs edilir.
Biz hazırda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ölkəmizdə böhran yaşandığını bəyan edərək, siyasi fəallara qarşı amansız üsulların, o cümlədən işgəncə hallarının dayandırılması və sərbəst toplaşmaq azadlığının təmin olunması üçün beynəlxalq təşkilatların müdaxiləsini vacib sayırıq. Hüquüq müdafiəçilərinin müraciətindən sitat “Biz hazırda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ölkəmizdə böhran yaşandığını bəyan edərək, siyasi fəallara qarşı amansız üsulların, o cümlədən işgəncə hallarının dayandırılması və sərbəst toplaşmaq azadlığının təmin olunması üçün beynəlxalq təşkilatların müdaxiləsini vacib sayırıq,” sənəddə qeyd edilir.
Müraciəti imzalayanlar aşağıdakı istiqamətlərdə tədbirlərin təşkilini vacib hesab edir:
- BMT-nin İşgənclər Əleyhinə Komitəsi və Avropa Şurasının İşgəncələr və Qeyri-İnsani Rəftara qarşı Komitəsi fakt-araşdırıcı missiya yaradaraq, Azərbaycana ilin sonunadək səfər etməsi təmin edilsin;
- Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nəzdində olan saxlanma yerlərində və istintaq təcridxanalarında yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların şəffaf şəkildə monitorinq aparmaq imkanı yaradılsın;
- İşgəncələrə məruz qalmış şəxslərin, o cümlədən siyasi fəalların şikayətlərində adı keçən şəxslərin cəzalandırılması üçün Azərbaycan hüquq mühafizə orqanlarının açıqlamaları qiymətləndirilsin.
“Azərbaycan hakimiyyəti qadın haqlarının qorunmasına səmimi yanaşmır” Öz növbəsində, bir qayda olaraq rəsmi Bakı tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri ölkədə fundamental hüquqların, o cümlədən söz, mətbuat, toplaşmaq azadlığlının tam təmin edildyini bildirir. Yüksək vəzifəli rəsmilər insanların siyasi baxışlarına görə təqib edilmədiyini bəyan edir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 135-dək siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational ondan çox insanı “vicdan məhbusu” elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?