GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » General həbsxanalarda bazar açıb

General həbsxanalarda bazar açıb

Tarix: 6-04-2016, 12:10 Bölmə :Manşet Baxış: 0
General həbsxanalarda bazar açıb

Mədət Quliyevin gedişindən sonra “kalon”larda özbaşınalıq, rüşvətxorluq, dərəbəylik və qanunsuzluq hökm sürür, ölüm və işgəncə halları durmadan artır; Hüseynağa Əlixanov biznesi Təchizat İdarəsinin rəisi İlham Məmmədova tapşırıb, namizədlərin çəkişməsi “Gündəm-xəbər”də…

Ölkənin Penitensiar Xidmətində xaos hökm sürür. Həbsxanalarda alver mühitinin yenidən bərpası bu sahənin ciddi şəkildə nəzarətsiz qaldığına işarədir. Son günlər türmələrdə dustaqların döyülməsi haqda yeni-yeni xəbərlərin tirajlanması, cəzaçəkmə müəssisələrində açıq bazar şəraitinin yaradılması bu günə qədər görülən işlərin, islahatların üstündən xətt çəkməkdədir. Xüsusilə, Mədət Quliyevin gedişindən sonra “kalon”lar bazara çevrilib.

Generalın bazarkomu kimdir?

Bu mövzuda “Gündəm-xəbər”in apardığı araşdırmalar da isbat edir ki, CÇM-də total şəkildə özbaşınalıq, dərəbəylik və qanunsuzluq hökm sürür. Eynilə, eks-nazir Səfər Əbiyevin dövründə orduda baş verənlər və yaşanan məlum hadisələrin həbsxanalara transformasiyası başlanıb. Ona görə də həm dustaqlar, həm onların yaxınlarının narazılıqları günbəgün artmaqdadır.

Eyni zamanda PX rəhbərliyi uğrunda gedən amansız didişmələr və pərdəarxası konfliktlər həbsxanalardakı əsas problemləri diqqətdən yayındırıb. M.Quliyevin dönəmində həyata keçirilən reformalar, müsbətə doğru atılan addımlar indi çeynənməyə başlanıb. Özəlliklə, general Hüseynağa Əlixanovun müvəqqəti rəhbər əvəzi olması nəticəsində PX-də qanunsuzluqlar xirtdəyə çatıb.

“Gündəm-xəbər”in əldə etdiyi məlumatlarda vurğulanır ki, cəzaçəkmə müəssisələrində ticarət köşklərinə ərzaq bazadan verilirdi. H.Əlixanovdan sonra ticarət köşkləri müəssisələrə verilib. Nəticədə müəssisə rəhbərlərinə həvalə edilib. Əlixanov Quliyev gedəndən sonra açıq bazar açıb. Məlumatlarda bildirilir ki, general bu biznesi Təchizat İdarəsinin rəisi İlham Məmmədova tapşırıb. Ədliyyə naziri Fikrət Məmmədovun baş verənlərdən ya xəbəri yoxdur, ya da göz yumur.

Araşdırmalar göstərir ki, həbsxanalarda neqativ halların artmasında Əlixanovun iştirakı az deyil. Son zamanlar məhkumların müəmmalı ölüm faktları, onların işgəncə ilə öldürülməsi haqda səslənən ittihamlar və versiyalar da generalın imicinə ciddi şəkildə zərbə vurub. Bu baxımdan PX rəhbəri təyin olunması bu sahədə vəziyyətin daha da dərinləşməsinə, ağırlaşmasına gətirib çıxara bilər. Hər halda nazir bu faktları nəzərdən keçirir.

Əlixanova ölüm faktları

Son faktlara diqqət yetirmək kifayətdir ki, mənzərə aydın olsun: fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki dustağın döyülərək öldürüldüyü haqda xəbər ölkə mediasının əsas gündəmidir. Ölən məhbuslardan biri Nurani İbrahimovun ailə üzvləri açıqlama veriblər ki, onun meyiti üzərində zorakılıq izləri var. Mətbuata təqdim olunan fotolarda da mərhumun meyitinin üzərində zorakılıq izləri görünür.

Ailə üzvləri N.İbrahimovun və digər dustağın işgəncə nəticəsində öldüyünü deyiblər. Məlumatlarda deyilir ki, N.İbrahimov və digər dustaqlar 6-cı kalona 2-ci kalondan köçürülüblər və əslində, işgəncəni də 2-ci kalonda alıblar. 2 saylı kalonun rəisi nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı olub.

O, 10 saylı kalona rəis təyin edildikdən sonra yerinə gələn Elçin Əlicanov dustaqlara qarşı aqressiya nümayiş etdirib. Məhkumların ona etirazı rəisi daha da qəzəbləndirib. Bildirilir ki, Elçin Əlicanovun tapşırığı ilə 2 saylı kalonda əməliyyat keçirilib. Əməliyyat zamanı daha çox hədəfə gələnlər isə Nurani İbrahimov və Sahib Abbasov olub. Qəribədir ki, M.Quliyevin rəhbər olduğu dövrdə CÇM-dən belə tükürpədici xəbərlər gəlmirdi. Ancaq H.Əlixanovun yaratdığı mühit rəislərin qol-qanadını açıb və həbsxanalar işgəncə yuvası olmaq işinə təkrar qayıdıb.

2-ci kalonda hazırda da az qala fövqəladə vəziyyətdir: bir neçə cəzaçəkmə müəssisəsinin rəhbəri, eləcə də xüsusi təyinatlılar buraya cəlb olunub. Xüsusi təyinatlıların hücumu nəticəsində əksər dustaqlar döyülüb, işgəncəyə məruz qalıb. Nəticədə xeyli sayda məhkum ağır bədən xəsarətləri alıb, ikisi isə məlum olduğu kimi, həyatını itirib.

Əməliyyatın səbəbi kimi isə bu göstərilir ki, Penitensiar Xidmətin rəhbərliyi 2-ci kalonda vəziyyətin nəzarətdən çıxması və az qala “oğru qanunları”nın işləməsi barədə məlumata malik olub və yeni rəis E.Əlicanovun qarşısında bu vəziyyəti aradan qaldırmaq vəzifəsi qoyub. Lakin müəyyən müddət keçsə də, vəziyyət dəyişməyib və Penitensiar Xidmət rəhbərliyi yeni rəisə töhmət verib. Bundan bir neçə gün sonra isə həbsxananın “şmon” edilməsinə qərar verilib.

Çörək üsyanı və 4 namizədin qırğını

“Gündəm-xəbər”in məlumatına görə, çox çəkmir daha bir xəbər 12 saylı cəzaçəkmə müəssisəsindən gəlir. Bu həbsxanada üsyan başlayır. Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır. Narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib.

Şək-şübhəsiz ki, H.Əlixanovla başlayan bu xoşagəlməz problemlər onun PX-in rəisi olmasının təhlükəliliyindən xəbər verir. General vəzifəyə keçdiyi halda daha acınacaqlı vəziyyət yarana və belə xəbərlər kütləviləşə bilər. Hər halda nazir bu məsələlərdən vaqifdir və uğursuz bir kadrı M.Quliyevin sələfi etməz.

Qeyd edək ki, təxminən 5 aydır Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. Sözügedən qurumun rəisi vəzifəsinə təyinatın yubanması iddialıların çoxluğu ilə bağlıdır.

Məlumatda bildirilir ki, hazırda bu posta 4 namizəd var: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu, Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

Məlumatda bildirilir ki, hazırda iddialılar arasında ciddi rəqabət var. Mədət Quliyevin Penitensiar Xidmətdən getməsindən sonra həbsxanalarda ölüm hallarının artması, korrupsiya və rüşvətin tüğyan etməsi iddialılardan xüsusilə ikisinin - Hüseynağa Əlixanovla Nizaməddin Cəlilovun rəis olmaq şanslarını heçə endirib. Malik Ələkbərovun isə fəaliyyətilə bağlı araşdırma aparıldığı barədə iddialar var.

Bildirilir ki, həbsxanalardakı ərzaq dükanları onun nəzarətindədir. Araşdırmalar da məhz bu dükanlarla bağlı aparılır. Mirsaleh Seyidova gəlincə, onun həbsxana rəisi olduğu vaxtlarda qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar dərc edilib. Məlumatda bildirilir ki, bu 4 şəxslə bağlı ciddi tərəddüdlər olsa da hələlik başqa namizəd yoxdur.

Ancaq Əlixanovun şansları bu namizədlər sırasında ən aşağı olandır. Çünki məhz onun M.Quliyevdən sonra hardasa sınaq müddətini keçə bilməməsi, qısa vaxtda həbsxanalarda neqativ halların çoxalmasına imkan yaratması, yarıtmaz idarəçiliyi, ölüm faktları və rüşvət piramidasının yaradılması ona olan ümidləri sıfıra endirdi.

Mirsaleh Seyidovun işləri və hesabat

“Gündəm-xəbər”ə verilən özəl məlumatlarda o da deyilir ki, Penitensiar Xidmətin fəaliyyətində baş verənlər ölkə başçısının diqqətindədir. Eləcə də Avropa Şurasının cəzaçəkmə müəssisələrində acınacaqlı vəziyyətlə bağlı narahatlığı ciddi araşdırılması ehtiyac olan məsələdir. Beləliklə 5 ayda Pentenisiar Xidmətdə baş verənlər indiyə qədər bu sistemdə baş verənləri kölgədə qoyub. Digər məlumatlarda isə Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidovun qaranlıq fəaliyyəti yer alıb. “Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar.

Xatırladaq ki, 10 saylı CÇM rəisi Mirsaleh Seyidov “razvod”un qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: “Elə vurun ki, izi qalmasın”. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər. Bu cür maraqlı iddialar isə əməliyyat rəisinin dosyesində yer alıb.

Onu da deyək ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə ölkədə işgəncə halları azalmalıdır. Amma son zamanlar bunun artma meylləri müşahidə olunmaqdadır. Yada salaq ki, ötən il Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsi növbəti hesabatını yayıb.

Hesabatda Azərbaycan həbsxanalarında mövcud olan işgəncə halları kəskin şəkildə pislənilibİllərdir ki, ölkəmizdə həbsxanalarda dustaqların saxlanma şəraitinin insan həyatı üçün dözülməz həddə olması, qanunsuzluğun, korrupsiyanın, ayrı- seçkiliyin, işgəncənin ayaq tutub yeriməsi, ölkədə cəzasızlıq mühitinin hökm sürməsi, məhkəmələrin qeyri- müstəqil olması və s. barədə faktlar qulaqardına vurulur.

Komitə həbs yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də türmələrdəki şəraitdir. Həbsxanada baş verən bütün ölümlər operativ və obyektiv şəkildə araşdırılmalı, adamların işgəncə nəticəsində ölümünə bais olanlar cəzalandırılmalıdır. Komitə bu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Penitensiar Xidmətdə müəmmalı işdən çıxarılma və müdhiş  rüşvət qalmaqalı

    Penitensiar Xidmətdə müəmmalı işdən çıxarılma və ...

    5-05-2016, 11:16

  • 
  • Mədət Quliyevin işçisi  həbsxanaya telefon keçirdi

    Mədət Quliyevin işçisi həbsxanaya telefon keçirdi ...

    27-01-2014, 13:53

  • 
  • Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq hökm sürür.

    Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq ...

    24-07-2013, 13:48

  • 
  • "Mədət Quliyev məhbuslara işgəncə verdirir" – Elçin Behbudov

    "Mədət Quliyev məhbuslara işgəncə ...

    12-01-2014, 01:17

  • 
  • Mədət Quliyevin 17-ci kalon problemi

    Mədət Quliyevin 17-ci kalon problemi ...

    19-12-2012, 18:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu