(ABŞ Hərbi Kollecinin Strateji Araşdırmalar İnstitutunun professoru Stiven Blank Turan-a müsahibəsində Azərbaycanda dini amilin güclənməsi təmayüllərinə qiymət verir. “Azərbaycanın təhlükəsizliyi onun coğrafi və enerji imkanları ilə əlaqədar ABŞ-ın həyati əhəmiyyətli maraqlarına aiddir, baxmayaraq ki, ölkənin siyasi sistemi avtoritarizm və hakimiyyətin və səlahiyyətlərin prezidentin əlində mərkəzləşdirilməsi səciyyəvi olan əksər post-sovet ölkələrini xatırladır”. Bu barədə o, Vaşinqtonda ABŞ Kongressi tərəfindən təşkil edilmiş “Avrasiyaya islam təhlükələri” mövzusunda dinləmələrdə çıxış edərkən bildirib. Prezident Əliyev hakim elitanı genişləndirib və regional sülalə qruplaşmasından patron-müştəri prinsipi ilə əlaqələnən bürokratizmə çevirib. Sabit görünməsinə baxmayaraq, hazırki vəziyyət bu sistemin zəif olduğunu göstərir. Sabitləşdirici amillər arasında o, elitanın özünə güvənməsini, müəssisələrin və hökumətin iş prinsipinin hüquqi məsuliyyət və qaydalar əsasında deyil, “anlayışlar” üzrə yayılmasını qeyd edib.Azərbaycanda enerji daşıyıcılarının qiyməti və karbohidrogen tələbatı yüksək olaraq qalarsa, ölkədə hakim rejim “daxili potensial hədələrdən xilas olmaq üçün vaxt ala biləcək”, deyə analitik qeyd edib. Sistemin zəif amilləri arasında analitiklər aşağıdakıları qeyd edib: - Prezident İlham Əliyevin böyük üstünlüyü və hətta şəxsiyyətə pərəstişin təzahürü; - Hakim ailəni hazırki prezidentdən sonra da davam edə biləcək daimi sülalə rejiminə çevirmək istəyinin güclü əlamətləri; - Zəmanətli insan hüquqlarının olmaması və repressiyaların artması. “Əslində Azərbaycanda siyasi məhbuslar Belarusiyadan çoxdur. Bunun təhlükəsi ondadır ki, müxalifət əhval-ruhiyyəsinin əksəriyyəti dini qruplardan gəlir, məsələn, sələfiliyin yayılması kimi. Lakin bu, islamçı müxalifətin yeganə potensial mənbəyi deyil”, deyə o bildirib. İqtisadi inkişaf əlamətlərinə baxmayaraq, iqtisadi rifahların bölünməsində regional və digər bərabərsizlik formaları da var; Ailə idarəetməsi və ya ailə əlaqələri forması bütün dövlət idarəetmə sistemini ümumdövlət hamiliyi şəbəkəsinə çevirir; Antiliberal və antidemokratik siyasi mədəniyyəti repressiyalar və “anlayışlar üzrə” təzahürlər və ya qeyri-formal institutların hüquqi sistem üzərində nəzarəti və əlaqələri möhkəmləndirir; Cəmiyyətinin etibar səviyyəsinin aşağı olması və zəif qeyri-mütəşəkkil vətəndaş cəmiyyəti və parçalanmış müxalifət; İqtisadiyyatda karbohidrogenlərin həddindən artıq üstünlük təşkil etməsi onları iqtisadiyyatda əsas yeri tutan lənətə çevirir; - Vaxtaşırı etirazlara səbəb olan etnik və dini azlıqlara təzyiq əlamətləri; - Dövlətin milliyyətçi ideologiya işləyib hazırlamaq və yaymaq və ondan qanunçuluğun və vahid dövlətin möhkəmlənməsi üçün istifadə səyləri. Bu səylər Dağlıq Qarabağda həll edilməmiş münaqişə ilə bağlı təhlükələrlə möhkəmlənir. “Bu, bütün bu kimi rejimlərin ən zəif cəhətidir və irsi taxtın böhran perspektivləri avtoritar idarəetmənin doğurduğu digər amillərlə birlikdə dövlət sisteminin qismən və ya tamamən dağılmasına səbəb ola bilər, ərəb dünyasında olduğu kimi”, deyə analitik bildirib. Nəticədə Dağlıq Qarabağda həll edilməmiş münaqişənin mənfi tərəflərindən istifadə edən Moskva və Tehran Azərbaycanı sarsıtmağa və iğtişaşlara təhrik etməyə çalışır. Rusiya və İran Azərbaycanın daxili siyasətindəki bu problemlərdən istifadə etməyə çalışır. 2014-cü ildə ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra İslam qruplaşmalarının regionda və Azərbaycanda fəallaşacağı təhlükəsi var, deyə Stiven Blank qeyd edib. Problem həm də ondadır ki, demək olar ki, istənilən fərqli düşüncə və müxalifət forması dövlət orqanları tərəfindən islam fundamentalizmi kimi qəbul edilir və amansızca qarşısı alınır. Nəticədə, fərqli düşünənlər üçün siyasi məkan yoxdur, islam zirzəmilərindən başqa, deyə o qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?