Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının həbsindən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.
Vəkil Əsabəli Mustafayev “Media forum”a danışarkən deyib: “Şikayətdə göstərilib ki, Tural Abbaslı ona təyin edilmiş ictimai işləri görməsi üçün müntəzəm qaydada təhkim olunduğu mənzil kommunal istismar idarəsində olub. Onun xüsusi jurnaldakı imzası da bunu təsdiqləyir. Bu dövrdə nə mənzil kommunal istismar idarəsindən, nə də icra şöbəsindən ona qarşı heç bir şikayət olmayıb. Birdən-birə onun haqqında təqdimat yazılması əslində Tural Abbaslının seçkiqabağı siyasi fəaliyyətinin qarşısını almağa yönəlib. Məhkəmə təqdimatı araşdırarkən prosesə heç bir şahid dəvət etməyib. Məhkəmə yalnız icra xidmətinin təqdimatına istinad etməklə qərar çıxarıb. Biz də apelyasiya şikayətində xahiş etmişik ki, Tural Abbaslı barəsində çıxarılan həbs qərarı qanunsuz hesab olunsun və çəkdiyi mənəvi ziyana, qanunsuz həbsdə saxlandığına görə ona 4000 manat məbləğində kompensasiya ödənilsin”.
Xatırladaq ki, Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Tural Abbaslını bu qərarı icra etməməkdə təqsirli bilərək ona 15 sutka həbs cəzası kəsib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?