Ötən saylarımızda qeyd etdiyimiz kimi, Kəlbəcər rayon İncəsənət Məktəbindəki olaylar hələ də yaşanmaqdadır. Mədəniyyət və Turizm Nazirliyindən isə, baş alıb gedən korrupsiya olaylarına bu gün də münasibət bildirilməyib. Belə ki, Kəlbəcər rayonunun Gəncədəki incəsət məktəbində və Bakı şəhərinin Xırdalan şössesində yerləşən filialında müəllim və tələbələr qışın fəslinin olmasına baxmayaraq, hələ də istilik təminatından məhrumdular. İncəsənət məktəbinin müəllimləri artıq ikinci aydır ki, əmək haqqlarını ala bilmirlər. Müəllimlərin bildirdiyinə görə, belə bir tendensiya artıq beş ildir ki, davam etməkdədir. . Yeni il ərəfəsində artıq ikinci aydır ki, maaşsız qalan müəllimlər Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova belə müraciət etsələr də, bu günə qədər onların maaşıdan xəbər yoxdur. Deyəsən belə bir gedişlə, müəllimlərin əmək haqqlarının ödənməsi, gələn ilin fevralına qalacaq. Bu yöndə aparılan araşdırmalar zamanı o da məlum olmuşdur ki, mədəniyyət şöbəsində büdcə vəsaitinin çatışmaması səbəbindən, müəllimlər maaşsız və istiliksiz qalmışlar. Görəsən Kəlbəcər rayonunun Mədəniyyət Şöbəsində bir müddət bundan öncə, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı, büdcə vəsaitinin çatışmazlığı necə olub ki, aşkar olunmayıb? Yaxud da, aşkar olunubsa o halda necə ört-basdır olunub? Problemin varlığına cavabdehlik daşıyan incəsənət məktəbinin direktoru Ədalət Əliyev susur, mühasib Xaliq müəllim isə məzuniyyətdə olduğundan, hələlik suallarımız cavabsız, müəllimlər isə maaşsız qalırlar. P.S. Apardığımız araşdırmalar zamanı o da məlum olmuşdur ki, Aşıq Şəmşir məktəbinin yetirməsi və Aşıq Əlişin irsinin davamçısı olan Yusif müəllim, Kəlbəcər rayonunda musiqi təhsili alanlardandır. O, sonradan təkmilləşmə kursu keçmiş və bir cox musiqi festivallarının iştirakçısı, həm də qalıbi də olmuşdur. Hal-hazırda isə, məktəbin aparıcı saz mütəxəssisidir. O, nəinki qərb bölgəsində, hətta Kəlbəcər və Gəncə sakinlərinə də sazın sirrlərini öyrətdiyindən, ona Dədə Şəmşir, Aşıq Əlişin irsinin davamçısı kimi də dəyər verilir.
Sorğu
Yeni dizaynımız necədir?