Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.
Gündəm Xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.
Rəsmi statistikaya əsasən cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkə daxili turların qiymətləri 296,71 manat təşkil edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?