GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ali məktəblərdəki İranın “dindar” agentləri və ya Təhsilimizin altına qoyulmuş bombalar.

Ali məktəblərdəki İranın “dindar” agentləri və ya Təhsilimizin altına qoyulmuş bombalar.

Tarix: 22-12-2015, 18:40 Bölmə :Ölkə Baxış: 0
Ali məktəblərdəki İranın “dindar” agentləri və ya Təhsilimizin altına qoyulmuş bombalar.

Ali məktəblərdəki İranın “dindar” agentləri və ya Təhsilimizin altına qoyulmuş bombalar.

Təhsil – hər bir millətin gələcəyi, dövlətin təməli, dünyaya açılan pəncərədir. Hər bir xalq öz inkişaf yolunu məhz malik olduğu təhsillə qazanmışdır. Lakin əfsuslar olsun ki, bu gün bəzi ali məktəblərimizdə dini radikalizmlə məşğul olan İran agentləri fəaliyyət göstərir və...

Nardaranda baş verən son hadisələr gündəmə yenidən din pərdəsi altında daldalanıb, dini radikalizmlə məşğul olan bir çox “dindarları” gətirdi. İranın bəzi rəsmi dairələrinin din adı altında Azərbaycanda öz iyrənc siyasətlərini yerinə yetirdikləri heç kimə sirr deyil. Bu məqsədlə İranda dini mədrəsə təhsili alan gənclərimiz, müəllimlərimiz arasında bəzilərinin açıq, bəzilərinin isə beynini yumaqla üstüörtülü əməkdaşlığa cəlb edilmələri də hamıya məlumdur.

İran uzun illərdir ki, bu sahədə işlər görür. Onlar azərbaycanlı yeniyetmələri həm qanuni, həm də qeyri – qanuni yolla İrana keçirir, Qəzvin və bu kimi şəhərlərin tədris mərkəzlərində onları pulsuz təhsillə təmin edərək, beyinlərini ekstremist fikirlərlə doldururlar. Maraqlı məqam isə budur ki, həmin gənclər Maştağa, Nardaran və s. Bakı kəndlərindən seçilirlər.

Əgər xatırlayırsınızsa, İran ilə yollar açılan zaman Azərbaycandan İranın Qəzvin şəhərinə bir çox yeniyetmələr qeyri – qanuni yolla keçərək, oranın dini mədrəsələrində təhsil almışdılar. Maraqlıdır ki, sonralar həmin yeniyetmələr bu təhsillərini nədənsə gizlətməyə çalışmışdılar. Bəziləri hətta tərcümeyi – hallarında həyatlarındakı bu kiçik aralığı ört – basdır edərək üstündən keçməyə belə çalışmışdılar.

Bir məqamı da qeyd edək ki, Qəzvində dini mədrəsə, kollec və ali məktəblərdə təhsil alanlarımız çoxluq təşkil edir və onların böyük qismi İslam “dini” altında pərdələnərək gənclərin beyinlərini zəhərləyirlər. Həmin təhsil ilə beyni doldurulanlar isə əfsuslar olsun ki, Azərbaycana alayı təfəkkürlə qayıdırlar.

Hazırkı dövrdə Azərbaycanda fars dili üzrə mütəxəssislərin sayı gündən – günə artır. Onlar fars dilinin ahəngdarlığını, gözəlliyini, söz ehtiyatını, poetikasını öyrənir və gənc nəslə öyrədirlər. Bakıda fəaliyyət göstərən İslam Universiteti, həmçinin Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində gənc nəslə elmi – dini bilgilər aşılanır, İslam dininin elmi əsasları, əxlaqi dəyərləri öyrədilir. Maraqlıdır ki, belə tədris ocaqlarımız və orada tədris edən dünyaca tanınmış alimlərimiz olduğu halda, Qəzvində təhsil almaq arzusu əcəba nədən qaynaqlanır?

Əfsuslar olsun ki, yeniyetməlik dövründə Qəzvin mədrəsələrində qeyri – qanuni yollarla dərs alanların bir çoxu Azərbaycana düşmən mövqeyi ilə qayıdırlar. Onların bəziləri ail məktəblərimizə yol tapır, burada dərs deyir, İranın onlara öyrədilən ekstremist siyasətini Azərbaycanda yaymağa başlayırlar. Həmin müəllimlər çox zaman özlərinin qohumlarının, əzizlərinin, əmi, dayı, qardaşlarının xəstəliyi bəhanəsiylə tez – tez İrana gedir, oradakı ekstremist təfəkkürlü şəxslərdən təlimat alaraq Azərbaycana qayıdırlar.

Qəzvin mədrəsə və kolleclərində təhsil alan bəzi ali məktəb müəllimləri özünəməxsusluqları ilə də seçilirlər. İddiaları boylarından belə böyük olan bu müəllimlər özlərinin ayaqlarına böyük olan tanınmış alimlərin ayaqqabılarını geyinmək iddiasında olsalar da, nə ayaqqabıya əlləri çatır, nə də onu daşımağı bacarırlar.

Burda mənəm, Bağdadda kor xəlifə iddiası ilə işlədikləri ali məktəblərdə kafedra müdirinin, dekanın yerinə göz dikən bu dini agentlər təəssüflər olsun ki, çıxdıqları qını belə unudur, onlara çörək verənlərin qabına utanmadan tüpürürlər. Beləcə, vəzifə iddiası onların gözlərini elə kor edir ki, haradan gəldiklərini, onlara kimin çörək verdiyini, kimin sayəsində çörək yediklərini belə unudurlar. Bu müəllimlər onları alim edənlərin belə yerinə utanmadan göz dikirlər.

Maraqlıdır ki, nədənsə təhlükəsislik orqanları belə müəllimlərin İran səfərlərini, keçmişlərini, buradakı fəaliyyətlərini, Vəhabilərlə əlaqələrini araşdırmırlar. Ekstremizmin ali məktəblərə yol açması ən qorxulu hallardan biridir. Unutmayaq ki, Qəzvinin dini mədrəsələrində təhsil alıb,

bunu gizlətmək istəyənlər, İranın ekstremist fikirləri ilə beyinləri zəhərlənib ali məktəblərdə dərs deyən bəzi müəllimlər Azərbaycan təhsilinin altına qoyulmuş bombalardır. Bu müəllimlərin əsas məqsədləri vəzifə kürsüsünə dırmanıb, dövləti, elmi, təhsili zəiflətməkdir.

Onlar hələ yenicə formalaşmağa başlayanda, bığ yerləri təzəcə tərləyəndə İranın xüsusi xidmət orqanlarının tələsinə düşürlər. Geri döndükdə isə...

Bu gün Qəzvinin mədrəsə yetirmələrinin bəziləri ali məktəblərdə kök salıb. Onların nə vaxtsa ali məktəblərdə Nardaran hadisələrinə bənzər hadisələrin törətməyəcəklərinə əcəba, kim təminat verir? Zənnimcə hüquq – mühafizə orqanları və digər əlaqədar təşkilatlar bunu araşdırmalıdırlar. Yoxsa...

Çinarə Vüqar

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dini Komitə radikalları günahlandırdı: “Bu yazıları onlar uydurur”

    Dini Komitə radikalları günahlandırdı: “Bu ...

    25-02-2014, 11:56

  • 
  • İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?

    İran Azərbaycanda “təsir agentləri”ni necə ...

    31-10-2018, 21:59

  • 
  • İran ABŞ-la əməkdaşlıq etməyəcək

    İran ABŞ-la əməkdaşlıq etməyəcək ...

    3-06-2016, 16:00

  • 
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • "Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında..."

    "Başqa dövlətin bayrağı və siyasi liderinin ...

    5-11-2014, 17:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu