GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?

İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?

Tarix: 31-10-2018, 21:59 Bölmə :Siyasət Baxış: 1 318
İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?


İran şiə məzhəbinin yayıldığı müxtəlif ölkələrdə dini-siyasi qruplaşmaların yaradılmasında adətən Livanda fəaliyyət göstərən və bu ölkədə, eləcə də Yaxın Şərqdə ciddi hərbi gücə çevrilən “Hizbullah” modelindən istifadə edir.

Əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən İranın “Hizbullah” modelini ölkəmizdə də tətbiq etmək planı sirr deyil. Hərçənd, Azərbaycanda “Hizbullah” qədər böyük qruplaşmanın yaradılması mümkün olmasa da, Tale Bağırzadə və qruplaşmasının timsalında onun kiçik modeli formalaşdırılmışdı. Nardaran hadisələri bu qruplaşmanın dini ideoloji təbliğatla yanaşı, silahlı mübarizə metodunu da əsas götürdüyünü ortaya çıxardı. Məhz Nardaranda “Biz imam Hüseynin əsgərləliyik, bu yola ölmək üçün gəlmişik” deyən 10 yaşlı uşaqların beyinlərinin yuyulması prosesi “Hizbullah”ın Azərbaycan qolu olan Tale Bağırzadə və qruplaşmasının silaha əl atmasından sonra dövlətin və cəmiyyətin özünümüdafiə refleksi ilə sıradan çıxarıldı. Nardaranın da İranın dini kantonu olmasına imkan verilmədi. Bu hadisələr İranın dini dairələrinin və xüsusi xidmət orqanlarının Azərbaycana uzanan qollarının kəsilməsi ilə nəticələndi. Bununla yanaşı, ictimai rəydə ayətullahların Əhli-Beyt eşqi üzərindən siyasi maraqlarını həyata keçirdiyi faktı qətiləşdi.
Bu, bütün regionun dini kimliyini özünün siyasi alətinə çevirməyə çalışan İranın ölkəmizə qarşı təhlükəli planlarının qarşısının alınması baxımından uğurlu nəticə idi. Lakin bu gün baş verənlər, xüsusilə Ərbəin yürüşü ərəfəsində müşahidə olunanlar “bu təhlükə tamamilə aradan qalxıbmı?” sualını günün əsas məsələsinə çevirir.
Cavab mənfidir: Araşdırmalar göstərir ki, İranın xüsusi xidmət orqanları Nəcəf-Kərbəla ziyarətinə gedən, xüsusilə Ərbəin yürüşünə qatılan azərbaycanlı dindarlar arasından özünün casus şəbəkəsini yaratmaq və onların Azərbaycana radikallaşmış şəkildə qayıtmasını təmin etmək üçün gizli iş aparır. Lakin bu dəfə öz məqsədlərini pərdələmək üçün marşrutun yönü bir qədər dəyişdirilib.
İranın Azərbaycanda “təsir agentləri” olaraq fəaliyyət göstərənlər indiyə kimi ayətullahlardan dərslər alır, xüsusilə Qum və Məşhəd şəhərindəki dini mədrəsələrdə yetişdirilirdi (söhbət dini təhsil alanların hamısından yox, onların arasından xüsusi seçilmiş şəxslərdən gedir). Bu şəxslər Azərbaycana qayıdandan sonra İranın dini-siyasi təbliğatını aparır və insanları dövlətin qanunları ilə yox, İran ayətullahlarının fitvaları ilə yaşamağa sövq edirdi. Azərbaycan dövləti ölkədə dini kəsimin siyasiləşdirilməsi, başqa ölkənin siyasi alətinə çevrilməsinə qarşı bir sıra addımlar atırdı. Lakin Nardaran hadisələri və Tale Bağırzadə qruplaşmasının əməlləri bu “təsir agentləri”nin tamamilə zərərsizləşdirilməsi üçün siqnal oldu. Silahlı qruplaşmalar qanun qarşısına çıxarıldı, hicri təqvimində şəriət qaydaları ilə yaşayan Nardaran təmizləndi. Ardınca ölkədə İslama əsaslanan dini təhsilin inkişaf etdirilməsi, İlahiyyat İnstitutunun fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atıldı. Bu, milli təhlükəsizliyə qarşı təhdidlərin aradan qaldırılması ilə yanaşı, İranın dini dairələrinin Azərbaycanda planlaşdırdıqları siyasi oyunlara da ciddi zərbə vurmaqla nəticələndi.
İranın dini dairələri Azərbaycandakı “təsir agentləri”nin bir-bir sıradan çıxarıldığı ilə qarşılaşanda istiqaməti dəyişdirərək, yeni varianta əl atdılar: Nəcəf-Kərbəla ziyarətinə gedən, xüsusilə Ərbəin yürüşünə qatılanlar arasında təbliğat aparmaq və yeni kontingent formalaşdırmaq.
İrana gedən və ölkəyə qayıdan “təsir agentləri” məlum təhlükələrdən dolayı dövlətin nəzarətindədir. Buna görə də “təsir agentləri”nin seçilməsi və yetişdirilməsi İraqa transfer edildi. Araşdırmalar göstərir ki, İranın xüsusi xidmət orqanları Nəcəf-Kərbəla ziyarətinə gedən, həmçinin, Ərbəin yürüşünə qatılan azərbaycanlılar arasından xüsusi seçilmişlər üzərində iş aparır, “yararlı” olanları İranda yox, məhz İraqda xüsusi düşərgələrdə hazırlayır. Bu proses son 3 ildə - 2016-2017-2018-ci illərdə sürətlənib. Çünki 2015-ci ildə baş verən Nardaran hadisələrindən sonra İranın dini dairələrinin Azərbaycana uzanan əlləri kəsildi.

Təhlükəli statistika: son üç ildə Azərbaycandan Ərbəin yürüşünə qatılanların sayı artan temp üzrə davam edir. İraq hökumətinin açıqladığı statistikaya görə, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb. İran Astarasında fəaliyyət göstərən “Ərbəin mərkəzi”nin məlumatına görə, bu il Azərbaycan mərasimə qatılmaq üçün gedənlərin sayı 12 mindir. Lakin bu rəqəmlər gedənlərin bir qisminin göstəriciləridir. Ümumilikdə 30 minə yaxın Azərbaycan vətəndaşının Ərbəin mərasimində iştirak etdiyi deyilir. Onlardan 12 mini təkcə Astara gömrük qapısından keçərək gedənlərdir.
Nəcəf-Kərbəla ziyarətinə gedənlərin və Ərbəin mərasiminə qatılanların kütləviliyini təmin etmək üçün müxtəlif vasitələrdən istifadə olunur.
Təbliğat – xüsusilə Azərbaycan auditoriyasına işləyən İranın “Səhər” telekanalı dini təbliğat aparır, ziyarətə gedənlərin çoxalması üçün xüsusi mükafatlar vəd edir, müxtəlif müsabiqələr keçirir.
Təminat – ziyarətə gedənlərin bütün xərcləri İran dövləti tərəfindən təmin olunur, yolboyu qurulmuş çadırlarda pulsuz yeməklər verilir, onlara tibbi və digər yardımlar göstərilir. Bütün xərclər İranın ali dini liderinin xüsusi fondu tərəfindən qarşılanır.
Xüsusi qruplar – İrana bağlı şəxslər insanlar arasında Ərbəin mərasiminə qatılmağın dinin əsas şərtlərindən biri olduğuna dair təbliğat aparır.
Araşdırmalar göstərir ki, bu qruplar ziyarətlərin təşkil edilməsini monopoliyaya alıb. İranın maraqlarına uyğun gəlməyən şəxslər tərəfindən təşkil edilən adi ziyarətlərə süni maneələr yaradılır, nəzarət edilən sosial səhifələr vasitəsilə onların əleyhinə məqsədyönlü kampaniya aparılır və nəticədə şiə məbədlərinə azərbaycanlıların ziyarətinin təşkili vahid mərkəzdən yönləndirilir. Bununla həm maliyyə vəsaitləri vahid mərkəzdən idarə olunur, həm Ərbəin mərasimlərinin bəzi sirləri ört-basdır edilir, həm də radikal şiəliyin bütün mexanizmləri iranlıların əlində cəmlənərək Azərbaycanın ictimai-siyasi həyatına təzyiq mexanizmləri yaradılır. Bu qrupun üzvlərinə külli miqdarda vəsaitlər ödənilir, onlara biznes qurmaq üçün münbit şərait də yaradılır.
Ziyarətlərin kütləviliyinin təmin edilməsi həm İranın Ərbəin mərasimi üzərindən regionda siyasi hakimliyini təmin etməyə (Oxu: Həcc, yoxsa Ərbəin: İslamın təməllərini yıxan siyasət-), həm də gedənlərin arasında “təsir agentləri”nin seçilməsi imkanının geniş olmasına hesablanıb.

“Təsir agentləri” necə yetişdirilir?

Nəfəc-Kərbəla ziyarətinə gedənlər, eləcə də Ərbəin mərasiminə qatılanlar arasında İranın nüfuzlu din xadimləri təbliğat aparır. Məlumatlara görə, azərbaycanlı zəvvarların bəziləri istirahət adı altında otellərdə deyil, ayrı-ayrı İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılır. Zəvvarlar içərisində “moizə” oxuyanların arasında Azərbaycan vətəndaşlarından hazırlanmış “xüsusi ruhanilər”, İranda və ya postsovet respublikalarında yaşayan və “Hüseyniyyun” adlı terror təşkilatı yaradaraq Azərbaycanda siyasi hakimiyyəti ələ almaq istəklərini qətiyyən gizlətməyən cənub bölgəsindən olan Tohid İbrahimbəyli kimi şəxslər kifayət qədərdir.
İraqda ciddi təsir rıçaqlarına malik olan İran azərbaycanlı zəvvarlar üzərində təbliğatın aparılmasında bu ölkənin müctəhid və ayətullahlarından da istifadə edir. İraqda İranın təsirində olan din xadimlərinin Azərbaycan dilində internet resurslarının və sosial şəbəkə səhifələrinin yaradılması da bunu göstərir. Seyid Əli Hüseyn Sistaninin internet səhifəsi buna nümunədir.
Zəvvarlar arasında seçilən xüsusi şəxslərə müxtəlif təlimatlar verilir. Əsas təlimat isə öz ölkələrində əksər dini mərasimlərdə bütün ayinləri İranda olduğu qaydalara uyğun həyata keçirməklə bağlıdır. Faktlar son 3 ildə Azərbaycanda Aşura mərasimlərinin İransayağı keçirilməsi hallarının artdığını göstərir. BBC yazır ki, “Azərbaycanda 1930-cu illərdən sonrakı ən izdihamlı Aşura mərasimləri 2015-2017-ci illərdə keçirilib. Bəzi məhəllələrdə ehsan məclisləri qurulurdu. Hətta “Torqovı”da belə səhər-səhər camaata ehsan paylanırdı. Aşuranın narazılığın ifadə yerinə çevrilməsi güclənir. 2017-ci ilin Aşura təziyəsi, bütün qadağaların meydanda olmasına baxmayaraq, keçənilkindən seziləcək dərəcədə izdihamlı oldu. O dərəcədə ki, İslam Partiyasının həbsdə olan sədri də izdihama görə təziyə mərasimlərində iştirak edənlərə təşəkkürünü bildirdi. Bakı ətrafında uzun müddətdir olmayan təziyədə xəncərlə baş yarma hadisəsi də nəzər diqqəti cəlb etdi. Uşaqların təziyə mərasimlərinə aparılması internetdə ciddi müzakirə mövzusuna çevrildi”.
01.10.2017 tarixində Bakıda keçirilən Aşura mərasimin videogörüntüləri də İranın istədiyinə müəyyən qədər nail olduğunu göstərir.
Göründüyü kimi, İran regionun dini kimliyi üzərindən hərəkət edərək, siyasi hədəflərinə doğru irəliləyir. Yaxın Şərqdə “Hizbullah”, husi qrupları və digər təcrübələr göstərir ki, əvvəlcə dini təsirə düşən qrupların əlinə zamanı gələndə silah da verilir. Azərbaycanda Tale Bağırzadə və qruplaşması buna ən bariz nümunədir. Son 3 ildə baş verənlərsə Azərbaycan üçün növbəti Bağırzadələrin yetişridildiyini, gələcək “Hizbullah”ların hazırlandığı deməyə əsas verir./publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İttifaqı "Hizbullah"ı terrorçu təşkilatlar siyahısına saldı

    Avropa İttifaqı "Hizbullah"ı terrorçu ...

    23-07-2013, 00:03

  • 
  • Livanlı şiə alimi Azərbaycan və Suriyaya görə, İranı yerdən-yerə vurdu - "Ermənilərlə vuruşan..."

    Livanlı şiə alimi Azərbaycan və Suriyaya görə, ...

    7-08-2014, 02:30

  • 
  • İran Dağlıq Qarabağdakı banklar üzərindən əməliyyatlar aparır, “Hizbullah”a pul ötürür - ABŞ RƏSMİLƏRİ

    İran Dağlıq Qarabağdakı banklar üzərindən ...

    10-03-2018, 17:15

  • 
  • İsraillə “Hizbullah” arasında atışma gedir

    İsraillə “Hizbullah” arasında atışma gedir ...

    29-12-2013, 15:07

  • 
  • İranın baş diplomatını Türkiyədə divara dirədilər

    İranın baş diplomatını Türkiyədə divara dirədilər ...

    23-01-2015, 12:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu