GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Soyumuza dəxli olmayan ad və soyad sonluqlarımız

Soyumuza dəxli olmayan ad və soyad sonluqlarımız

Tarix: 22-12-2015, 19:06 Bölmə :Ölkə Baxış: 0
Soyumuza dəxli olmayan ad və soyad sonluqlarımız

18 oktyabr 1991-ci ildə Azərbaycan türklərinin tarixində çox önəm kəsb edən hadisə gerçəkləşdi: Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdi.

Bu müstəqilliyimiz nəticəsində dövlətimiz, başımızın üstündə dalğalanan əbədiyaşar ümummili liderimiz M.Ə.Rəsulzadənin şah əsəri olan üçrəngli bayrağımız,özündə böyük simvolik mənalar əksetdirən gerbimiz və gözlərimizdən yaş gələrək ifa olunan himnimiz oldu.

Amma çox təəsüflər olsun ki, türk millətim hələdə milli soyadlarımıza sahib deyil. Beləki, soyadlarımız içərisində ruslaşmış(məs.Abdunov, Yusupov, Tukanov, Kuseynov, Useynov, Qaflanov, Qaldayev, Veliyev, Velcanov, Saymanovvə. s ), həmçinin rus və fars mənşəli sonluqlara malik soyadlar hələ də üstünlük təşkil edir!

Mən, bu cür aktual məsələ haqqında hələ 2010-cü ildə müdavimlik dövrümdə fikirlərimi mürəkkəblə kağıza töküb və məqaləkimi “Türküstan” qəzetində çap olunmağa vermişdim, lakin nədənsə onlar bu yazını çapa vermədilər. Görünür adı Türküstan olan qəzetin idarə heyətinə türk millətinin soyadlarının rus və fars mənşəli olması maraqlı deyil!

Təbii ki, bu hadisədən sonra mən həvəsdən düşdüm, lakin 5 il sonra, yəni, 2015-ci ilin dekabrında yenidən bu yazını yazmaq qərarına gəldim, lakin, artıq genişləndirilmiş bir şəkildə. Nəisə…

Elə dövlətin icra orqanları da bu barədə hələ ki, ciddi tədbir görmək istəmir... Doğrudur, Azərbaycan Milli Elmlər Akademiyasının Terminalogiya Komissiyasının nəzdində “Adlar və Soyadlar” haqqında xüsusi komissiya yaradılsa da, eləcə də Milli Məclisdə fərdi olaraq bəzi deputatlar xala xətrin qalmasın deyə bu məsələyə toxunsalar da soyadlarımızın milliləşdirilməsi sahəsində heç bir irəliləyiş yoxdur. Hətta haqqında söz açdığım “komissiya” və bəzi “deputatlar” utanmazcasına tarix boyu bizim kürəyimizə bıçaq sancaraq, cənub torpaqlarımızı işğal edən farsların soyadlarının sonluğu olan “ZADƏ” ni bizlərə sırıyaraq azərbaycan türklərinin əsl soyadlarına məhz bu sözün əlavə olunmasını millilik kimi qiymətləndirir və əhəmiyyətini qeyd edirlər.

Bu bədbəxtlər anlamırlar ki, soyad hər bir millətin pasportudur və hələ heç rus bəzəntilərindən qurtula bilmədiyimiz bir vaxtda nə üçün bizlər pasportumuzu fars soyadları ilə bəzəməliyik?!Məgər hansısa rus və ya fars öz soyadını türkləşdirir…? Əlbətdə yox! Hətta ölkələrində olan türk toponim adlarını ruslaşdırırvə şəxs adlarının

qoyulmasını belə qadağan edirlər, bu sahədə farslar ruslardan daha çox canfəşanlıq göstərirlər...

O zaman biz nə üçün millətimizə qarşı düşmənçilik bəsləyən millətin sözünü soyadımıza əlavə etməliyik?

Şəxsən özüm yüksək hərbi, mülki və elmi vəzifə “sahibləri” ilə ünsiyətim zamanı övladlarının soyadlarını “ ZADƏ” kimi yazdırdıqlarını biləndə, onlardan niyə məhz “ ZADƏ”-ni seçmələrini soruşduqda, cavabında qeyd edirlər ki, -ov; -yev soyad sonluğu ruslarda olur, “ZADƏ” isə milli mənşəlidir.

Bu cür düşüncədə olanlara izah edib aşılamağa çalışıram ki, o dediyiniz fars sözüdür və mənası oğul deməkdir və bu söz bizim soyadlarımızın milliləşdirilməsinə xidmət etmir, əksinə, farslaşdırır……

Bu açıqlamadan sonra o kateqoriyalı “qalstuklu oxumuşlar” utanmazcasına və həyasızcasına qayıdıb deyirlər ki, sonu “ZADƏ” ilə bitən soyadlar çox gözəl vurğu və intonasiya ilə səslənir və dilimizə yatır, nə olsun ki, farslarındı...

Bu cür düşünən insanlar modern Azərbaycan türk kültürünü fars sözləri ilə bəzəməyə çox səy göstərirlər, nəticə olaraq onlar haqqında aşağıdakı sözləri demək olar:

“Eşq olsun Azərbaycan türk mədəniyyətinə qənim kəsilən farslara rəğbət bəsləyən “qalstuklu cənablara”…….!”

Bu gün dövlət vətəndaşların övladlarına Hitler adının verilməsinə qadağa qoyur. Məgər Hitler adından daha gülməli, biabırçı və qorxulu adlara (Kombayn, Mçs, Kolxoz, Komissar, Partiya, Komsomol, Sovet, Quzubala, Qağamkişi və s.) sahib olan şəxslərlə bağlı ölçü götürüb ki, Hitlerin bostanına daş atırlar? İstər-istəməz ortaya belə bir sualda çıxır ki, məgər Hitler Azərbaycan türklərinin irsinə zərbə vuraraq onun torpağını iki yerə bölüb..? Yoxsa fars zindanlarında cənublu soydaşlarımıza seksual xarakterli təcavüz edərək sonra dar ağacından asılmalarınadamı fətvanı Hitler verib…? Əlbətdə ki, yox! Bu fətvanı verən molla libası geyinmiş fars vampirləridir…! Bəs o zaman uşaqlara Hitler adının verilməsinə qoyulan qadağa cənublu qardaş-bacılarımızın başına min bir oyun açan farsların “ZADƏ” sözünə niyə şamil olunmamalıdır ?!

Amma məsələ yalnız soyadlarımızla bitmir, adlarımızda artıq kütləvi sürətdə türklüyünü itirir. Fikir versəniz görərsiniz ki, artıq dünyaya gələn körpələrə Cavanşir, Araz, Azər, Anar, Elxan, Elşən, Elcan, Eldəniz, Koroğlu, Elturan, Elgün, Elnur, Günel, Günay, Aygün, Aygül, Aybəniz, Sevil, Arzu, Tomris və s. kimi adlar ya qoyulmur, ya da çox az qoyulur.

Yuxarıda qeyd etdiyim milli mənşəli adların yerini Əli, Hüseyn, Zəhra, Fatimə kimi farsların əlində təbliğata çevrilmiş adlar tutub.

Ədliyə Nazirliyi və Dövlət Statistika Komitəsinin müvafiq sorğularına əsasən son 5 ildə Əli, Hüseyn, Zəhra, Fatimə adlarının qoyulması rekord həddə çatıb.Belə ki, 15225uşağa Zəhra, 11377 uşağa Fatimə, 10967 uşağa Hüseyn, 11267 uşağa isə Əli adları qoyulub. Cari ilin 9 ayı ərzində isə Zəhra adı dünyaya gələn qız övladlarına ən çox qoyulan ad olub – 2348 körpəyə. Əli 1286, Hüseyn adı isə 1668 körpəyə qoyulub.

İndi deyəcəyim ifadə ola bilər bəzi oxuculara xoş gəlməyəcək, amma düşünürəm ki, biraz məntiqlə düşünsələr nə demək istədiyimi anlayacaqlar!

Söhbət Fatimeyi-Zəhra ilə tariximizin qəhraman və döyüşkənlik nümunəsi olan Azərbaycantürkü, Massaget Hökmdarı Tomrisin müqayisəsindən gedir. Fatimeyi-Zəhranı İslam peyğəmbəri olan Muhəmmədin qızı, peyğəmbərin səhabələrindən və “Rəşidi xəlifələr” dövrünün 4-cü xəlifəsi olan Əli ibn Əbutalibin zövcəsi, eləcə də xəlifə Yezidə qarşı müxalif çıxmış Hüseyn ibn Əlinin( hərçənd şiələr onun məqamını həddən artıq yüksəldir, Allahın İmamı kimi adlandırırlar) anası kimi tanıyır və hörmət bəsləyirik. Ola bilər o xanım öz dövründə ərəblər üçün çox hörmətli və dəyərli xanım olub, həmçinin bir çox özünəməxsus xüsusiyyətləri ilə indiki bəzi “namaz qılıb” əməllərində isə bir çox İslam və müsəlmançılıq ənənələrinin əlehinə işlər tutan qadınlara nümunə ola bilər….!

Lakin heç bir halda xanım Fatimeyi-Zəhranın olmayan xüsusiyyətlərini yalan yerə uydurub və ya şişirdib qeyrətli, mərd, döyüşkən Azərbaycan türk qadınlarından üstün tutmağa haqqımız yoxdur!

Nə üçün son 5 ildə Tomris adı Fatimə və Zəhra adları qədər uşaqlarımıza qoyulmur? Məgər Tomris Azərbaycan türklərinin tarixi şəxsiyyəti deyilmi? Yoxsa tarixdə ilk fars Əhəməni dövlətinin banisi və ilk hökmdarı olan , Azərbaycan torpaqlarına təcavüz etmiş II Kirə qarşı vuruşaraq mübarizə aparmış və onu məğlub edərək başını kəsmiş kişi qeyrətli, döyüşkən, qəhrəman qadın, adının uşaqlara verilməsini Fatimeyi-Zəhradan daha çox haqq etmirmi?

Gəlin əyri oturaq düz danışaq ki, Fatimeyi-Zəhra şiə klerikalistlərinin özləri üçün ilahiyyatlaşdırdığı istər keçmişdə, istər hal-hazırda istərsə də gələcəkdə ola biləcək ən üstün qadın obrazıdır! Bu cür mövqe daha çox Şimali Koreyanın( Koreya Xalq Demokratik Respublikası - KXDR) banisi və ilk prezidenti olan Kim İr Senin koreyalılar üçün Allahlaşdırılmasına çox bənzəyir, məhz adı çəkilən dövlətin 1998-ci ildə refendum vasitəsilə qəbul olunmuş Konstitusiyasına düzəlişdən sonra 1994-cü ildə vəfat etmiş Kim İr Seni KXDR-in “Əbədi Prezidenti” elan etdilər. Bu cür addım

qərb mətbuatında belə səslənir: Şimali Koreyada hakimiyyət mənbəyi ölü bir şəxsə məxsusdur! Çox gülməli səslənsə də başda fars şiələri olmaqla ölkəmizdə də olan əksər şiə inanclı insanlar Fatimeyi-Zəhranı bütün dünya qadınları üçün İlahə adlandırır və onun ruhu qarşısında məcburi baş əyməyə səsləyir- eynən Şimali Koreya variantında, sadəcə cinsiyyət fərqi ilə...

Heç kəs Fatimeyi-Zəhranın şəxsiyətini təhqir etmir, sadəcə olaraq o qadın Tomris qədər mərd, namuslu, döyüşkən və qəhrəmanlıq nümunəsi göstərməyib, istər milli tariximizə istərsə də dünya tarixinə zərrə qədər də olsun təsiri olmayıb və tam əminliklə deyə bilərik ki, Fatimeyi-Zəhranın tariximizə heç bir aidiyyatı yoxdur!

Əgər kimlərsə dediklərimə şübhə və təəccüblə yanaşırsa, açıb tarix kitablarını mütaliə etsinlər və yanlış nəisə qeyd etmişəmsə, o zaman Fatimeyi-Zəhranın tarixin gedişatına təsirini və tariximizə olan bağlılığını sübut kimi qarşıma qoysunlar!

Hərçənd, heç bir zaman belə bir misal gətirə bilməzsiniz, çünki İlahi Qadın tək ilahiatlaşdırdığınız qadında hamı kimi bəşərdir və heç zaman o xanımın tariximizə və millətimizə Tomris bağlılığının zərrə qədərini də sübuta yetirməyi bacarmazsınız, çünki tariximiz - eynən sosiologiyadan oxuduğumuz kimi- təyin olunan bir statusumuzdur və bu statusumuzu farslar kimi heç vaxt dəyişdirə, saxtalaşdıra bilmərik, çünki biz tariximizlə dünyaya meydan oxuyan türk millətiyik!

Yuxarıda haqqında söhbət açdığım “qalstuklu cənablar” ölkəmizdə kütləvi halda baş verən fars meyilli naturalizasiyanı gördükdə özlərinə sual verirlərmi ki, bizlər bir millət olaraq kimik? Və sonda bizi hansı aqibətlər gözləyir…? Yalnız ölkədə gələcəkdə də son zamanlar Nardaran hadisələri kimi çaxnaşmalar baş verəndə və öldürülənlərin sayı artıq 5-6 nəfər ilə deyil, yüzlərlə və minlərlə olanda bu “Qalstuklu ağıllılar” qış yuxusundan oyanacaq və deyəcəklər ki, “dəhşət Azərbaycanda klerikalizm baş alıb gedir….” Lakin oturub papaqlarını qarşılarına qoyub deməyəcəklər ki, ölkədə klerikalizmin baş alıb getməsi özləri kimi cahillərin ucbatındandır! Nə isə…… Qayıdaq soyadlarımıza..

Azərbaycan Respublikasının əhalisi Azərbaycan türklərindən və müxtəlif azsaylı xalqlardan təşkil olunduğundan vətəndaşların soyadlarınında aşağıda göstərilən kimi olması daha məqsədə uyğundur:

- Azərbaycan türklərinin (buraya vətəndaşlığı olan mesxeti türkləri, avarlar və digər azsaylı türk xalqları da daxildir) soyad sonluqları: lı, li, lu, lü, oğlu(oğulları), gil, xanlı, bəyli, soy, və heç sonluqsuz. Məs: Məmmədli, Məmmədoğlu, Məmmədsoy, Məmməd və s.

- Talışlar, tatlar, kürdlər və bunlar kimi başqa millətlərin nümayəndələri: -zadə, -i, -vi, -pur;

- Ruslar, ukrainlər, malakanlar və bunlar kimi başqa millətlərin nümayəndələri: ov, yev, ova, yeva, -ski(ki, kiy), ko;

- Ləzgilər və az saylı dağıstan xalqları : ov, yev, ova, yeva;

- Gürcülər: -vili, -adze, -iya(ya)

- Ermənilər : an, yan

- Dağ yəhudiləri: iç, ilic, viç, man.

İnanıramki, damarlarında türk qanı axan, milliyətçi ruhlu soydaşlarım yuxarıda qeyd etdiyim məsələlərə biganə yanaşmayacaq və milli kimliyimizi və mənsubiyyətimizi qoruyub saxlamaq üçün mübarizə aparacaqlar…….!

Yaşasın Azərbaycan türkləri!

Var olsun Bütöv Azərbaycan!

Abdulla İsmayiloğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM OLUR

    ƏBƏDİ YAŞAR ÜMUMMİLİ LİDERİMİZİN 132 YAŞI TAMAM ...

    3-02-2016, 00:13

  • 
  • Elçibəylə Mütəllibovun Müqayisəsi

    Elçibəylə Mütəllibovun Müqayisəsi ...

    23-12-2015, 14:31

  • 
  • 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi ...

    18-10-2018, 11:11

  • 
  • Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən

    Rəsulzadəni satan adamı siz də tanıyın – KQB ...

    5-02-2015, 01:29

  • 
  • Rəsulzadəni satan adamı güllələyiblər – KQB arxivindən

    Rəsulzadəni satan adamı güllələyiblər – KQB ...

    31-01-2014, 18:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu