Əziz oxucular ordusu ilk öncə bu yazımı dahi Adolf Hitlerin kəlamı ilə başlayıram: “Dünyanın altını üstünə gətirəcək hadisələr yazı ilə deyil sözlə baş verib”
Azərbaycan Respublikasının ilk prezidenti olan Ayaz Mütəllibovun son zamanlar mətbuatda milli azadlıq hərəkatımızın öncüsü və Bütöv Azərbaycanın birləşməsi uğrunda mübarizə aparmış mərhum Əbülfəz Elçibəyin ünvanına nalayiq sözlər söyləməsi, xüsusəndə onu “primitiv milliyətçi” adlandıraraq tənqid pərdəsi altında təhqir etməsi bir çox insanların bu hadisəyə kəskin etiraz bildirməsinə səbəb oldu.
Yoldaş Ayaz Niyazoviç bu yazımda mən nə sizi təhqir nə də ki, komufilaj olunmuş tənqid adı altında təhqir edəcəm. Keçək mətləbə...
Qeyd edirsiniz ki, Elçibəy primitiv milliyətçi idi və ondan dövlət başçısı olmazdı. Görünür qırmızıların dövründə aldığınız antimilliyətçi təhsil sizi yüksək səviyyəli internasional düşüncəli qırmızı qalstuklu, ruslaşmış azərbaycanlı kimi yetişdirdi...
Bəs görəsən primitiv milliyətçi adlandırdığınız şəxsdən üstün olan xüsusiyyətləriniz hansıdır...?
Siz çağdaş tariximizə ilk prezident, kimi düşdünüz. Bizim üçün ən yaxşı işiniz 18 oktyabr 1991-ci ildə ikinci müstəqilliyimiz dövründə əbədi yaşar ümummili liderimiz olan M.Ə.Rəsulzadənin 3 rəngli şah əsərini Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq etmənizdir. Lakin bu bayrağı sizdən çox öncə-hələ 80-ci illərdə,siz qırmızı sovet bayrağına baş əyəndə, bəyənmədiyiniz primitiv milliyətçi Elçibəy artıq Azərbaycan türklərinə təbliğ edir və göstərirdi.
1964-cü ildə siz 26 yaşınızda Bakı Soyuducu Zavodunun direktoru vəzifəsini tutanda, Elçibəy Misirdə Bütöv Azərbaycan davasını başlatmışdır. O, hər gün misirli qəzet satan uşaqlara pul verib qarşılığında Qahirənin küçə-prospektlərində “Azərbaycan azad dövlət olub”, “Azərbaycan SSR deyil” ifadələrini yüksək səslə qışqırmaqlarını xahiş edərdi.
1975-76-cı illərdə Elçibəy antisovet təbliğatına görə zindanda yatanda, siz Bakelektrometaj istehsalat birliyinin direktoru, 1976-1977-ci illərdə Elçibəy işsiz qalanda siz Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilirsiniz və bununlada Azərbaycanın gələcək rəhbəri olmanız üçün yol açılmış olur.
1988-ci ildə hayk(erməni) dığaları Azərnaycana qarşı ərazi iddialarına qalxması nəticəsində, bizlər Qazax və Cəbrayılda ilk qurbanlar verdikdə Elçibəy yenə milli azadlıq mücadiləsində ön cərgələrdə idi. Məhz Elçibəyin səyi nəticəsində 1990-cı il yanvarın əvvəlində Milli Müdafiə Şürası yaradıldı. Siz isə 1988-ci ildə Azərbaycan SSR-ın Nazirlər Sovetinin sədri, 1990-cı ilin yanvar ayında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi oldunuz.
Ortaya sual çıxır ki, yüksək vəzifədə ola-ola nə üçün 20 Yanvar qətliamının qarşısını almaq üçün tədbirlər görmədiniz? Amma bəyənmədiyiniz primitiv milliyətçi həyatını itirməkdən qorxmayaraq insanları azadlıq meydanlarına toplayır və SSRİ rəhbərlərinə qarşı açıq mübarizə aparırırdı!
1990-cı ilin mayından 1991-ci ilin 18 oktyabrınadək Azərbəycan SSR-in ilk və son Prezidenti, 18.10.1991-06.03.1992 və 14-18 may 1992-ci ili əhatə edən dövrdə isə isə müstəqil Azərbaycanın ilk prezidenti oldunuz.
Respublikanın birinci şəxsi olduğunuz dönəmdə ölkədə milliləşdirmə siyasəti demək olar ki, apara bilmədiniz. Lider olaraq ətrafınızdakı qolçomaqları itaət etdirə bilmədiniz, Qarabağın azad olunmağı uğrunda aparılan hərbi əməlliyyatlar biabırçı uğursuzluqla nəticələndi və bununda pik nöqtəsi Xocalıda baş verən soyqırım oldu.
Bu hadisədən sonra siz istefa verməyə məcbur oldunuz. 1992-ci ilin may ayının 14 də yenidən vəzifəyə gətirildiniz və bu da millətin haqqlı etirazı ilə qarşılandı və xalq tərəfindən devrildiniz. Prezidentliyiniz cəmi 4 gün çəkdi. Sonra isə gizli şəkildə Rusiyaya sığındınız...!
Siz devrildikdən sonra Respublikada ilk dəfə olaraq demokratik prezident seçkiləri keçirildi və millətin səs çoxluğu ilə Əbülfəz Elçibəy Prezident seçildi.
Prezident seçildikdən sonra dərhal milliləşdirmə və Bütöv Azərbaycanın birləşdirilməsi uğrunda siyasət yürüdülməyə başladı.
Elçibəy dönəmində iqtisadi dirçəliş baş verdi, millətimiz əslində bir azərbaycanlı deyil, türk olduğunu anladı, ana dilimiz olan Azərbaycan türkçəsi dövlət dilimiz oldu, dövlət sərvətlərinin xaricə idxalı dayandırıldı, Azərbaycanda və Qafqazda ilk dəfə olaraq ölkədən rus ordusu çıxarıldı, yeni nizami ordu quruldu, Qarabağın azad olunması uğrunda hərbi əməliyyatlar başladı, nəticədə Qarabağın 2/3 hissəsi azad olundu, sadalamaqla davam edə bilərəm, amma lüzum görmürəm...
Otto fon Bismarkın kəlamı yadıma düşdü:
“Səhvlərə görə güzəşt etmək yeni səflər doğurur”!
O bəyənmədiyiniz primitiv milliyətçi siz devriləndə nə sizə, nə ailə üzvlərinizə nədə tərəfdarlarınıza qarşı represiya eləmədi, həmçinin güldən ağlır söz demədi, dövlət çevrilişi edib avtoritarizm yaratmadı, bütün insanlara azadlıq və sərbəstlik verdi.
Görünür mərhum Elçibəy layiq olmayanlara qarşı çox humanizm edib və bu gündə onu sizin kimi insanlar tənqid adı altında təhqir edir...
Elçibəy siz dediyiniz kimi primitiv milliyətçi olsa idi, Lenin, Stalin, Trotski, Mao Tszedun və s. kimi hakimiyyətə yiyələndikdən sonra rəqiblərini ailələri ilə birlikdə güllələyər, dar ağacından asdırar, boyunlarını vurdurardı...
Yoldaş Ayaz Niyazoviç, inandırım ki, bir dövlət başçısı olaraq siz millət üçün çox xətalar etmisiniz və o səhvlərinizə görə siz edam cəzasına layiq idiniz...
Onu da qeyd edim ki, Elçibəy hakimiyyətini qorumurdu, millətini və Azərbaycanı qoruyurdu, elə ona görə qan tökülməsinin qarşısını almaq üçün Prezidentlik postundan belə imtina etdi.
Hərdən bir vicdanınızı qarşınıza qoyun və düşünün ki, primitiv milliyətçi adlandırdığınız şəxsin Azərbaycan türkləri və Bütöv Azərbaycan uğrunda etdiklərinin hansı birini siz etmisiniz...?!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?