“Reuters” agentliyi gənclərin 10 Mart “Əsgər ölümlərinə son” aksiyası barədə yazıb. Azərbaycan polisinin aksiya iştirakçılarına qarşı rezin güllədən , su şırnağından istifadə etməsini də yazan “Reuters” son zamanlar daha da güclənən aksiyaların yanvarın 7-də əsgər Ceyhun Qubadovun ölümündən sonra başladğından yazır: “ Müdafiə nazirliyindən verilən açıqlamaya görə, o, ürək tutmasından ölüb. Ancaq onun ailəsi bununla razılaşmır və oğullarının öldürüldüyünü deyir...” “Reuters” yazır ki, Bakı küçələrində 500-ə yaxın insan toplaşaraq öz etirazlarını bildirib, “Əsgər ölümünə yox”, - deyib. Aksiya iştirakçılarının facebookda təşkilatlanmasından bəhs edən Reuters iştirakçıların polis tərəfindən saxlanılmasından da yazıb.
Sorğu
Yeni dizaynımız necədir?