“Yüzlərlə gənc “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb edib”
Ötən bazar Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirilən aksiya barədə Amerikanın dünyaca məşhur “The New York Times” qəzeti də yazıb. Qəzet qeyd edir ki, Bakıda gənclərin keçirdiyi mitinqdə polis göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. “Yüzlərlə gənc paytaxtın mərkəzində həlak olan əsgərlərə görə ölkə başçısına xitabən “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb ediblər. 80 nəfərdən çox aksiyaçı zorakılığa məruz qalaraq saxlanılıb. Lakin bir müddət sonra onların əksəriyyəti azad edilib”, - deyə qəzet yazır. Məqalədə bu ilin yanvarında əsgər Cehun Qubadovun orduda ölməsindən bəhs olunur. Qeyd edilir ki, əsgərin anasına onun ürək çatışmazlığından öldüyü deyilib, amma yayılan fotolarda onun bədənində ciddi zorakılıq əlamətləri görünür. Məqalədə həmçinin aksiya öncəsi NİDA vətəndaş hərəkatının 3 fəalının həbs edildiyi haqda məlumat verilir. “Onlar qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma kimi ittihamlarla həs olunublar”. Hərəkatın üzvü Zaur Qurbanlı qəzetə bildirib ki, o da bazar günü keçirilən aksiyada iştirak edib. Dostlarını televiziyalarda yayımlanan “etiraflara” təzyiq vasitəsilə məcbur ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?