GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Baş redaktor həyacan təbili çaldı: "Həbsimə sayılı günlər qalıb..."

Baş redaktor həyacan təbili çaldı: "Həbsimə sayılı günlər qalıb..."

Tarix: 24-12-2015, 14:58 Bölmə :Ölkə Baxış: 521
Baş redaktor həyacan təbili çaldı: "Həbsimə sayılı günlər qalıb..."

"Gündəm xəbər" qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri həbsinə sayılı günlər qaldığını bildirib. Baş redaktorun gundemxeber.az-a verdiyi məlumata görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşır:

"Mənim həbsimə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Bu mövzu ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına da müraciət ünvanlamışam. Etdiyim müraciətdən bir həftədən çox vaxt keçsə də, hələ də üzləşdiyim problemin həlli ilə bağlı hansısa araşdırma aparılmayıb. Ancaq bu gün saat 10.00-da Yasamal rayon Məhkəməsində qondarma vergi cəriməsinin növbəti prosesi keçirildi. Keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi diqqətimə çatdırıldı. Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə keçiriləcəyi və son çıxışların da olacağı elan olundu".

Xatırladaq ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəriyə heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmaqla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, Təsisçi ona qarşı qaldırılmış cinayət işi ilə bağlı bunları deyib:

“Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərarının absurd və cəfəng qərar olduğunu tam şəkildə diqqətinizə çatdırmağı özümə borc bilirəm. Hələ dörd il bundan əvvəl Mətbuat Şurası təsisçisi olduğum qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı. Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı. Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisi olaraq mənə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, üstəlik həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq etdilər. Həmin vaxt qol qoyulan qanunsuzluqların miqyasını təsvir etmək üçün, hadisələrin tam təfərrüatını olduğu kimi diqqətinizə çatdırıram. Haqqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyimlə bağlı JVS 1100777023482594 saylı, 22.09.2011-ci il tarixli qərar, heç bir hüquqi əsasa söykənmir. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Bu proses mətbuat yayımı şirkətləri vasitəsi ilə həyata keçirilmişdir. Yayım şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə almış, qalan 16 qəpik isə, qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər. Amma, Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar. “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqustdan 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur. Vergi yoxlamasının aparıldığı vaxt, yəni 01 iyun 2009-cu ildən 01 iyun 2011-ci ilədək olan dövrdə, “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj, “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə də təsdiq olunmuşdur. Təqdim olunan sənədlər tam sübut edir ki, sözügedən müddət ərzində qəzet 392 min 520. nüsxə çap olunub. Vergilər Nazirliyinin Səyyar Vergi yoxlaması isə, tərtib etdiyi AKT-ında bu rəqəmi 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesabladıqlarından, qəzetin 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min nüsxəyə çatdırdılar. Bununla da qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu və həmin vəsaitdən isə, 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi fantastik rəqəmlər əsasında hesablanmış və qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür.. Məlumat üçün bildirirəm ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur. Qəzet fəaliyyətə başladığı gündən, bu gün də belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa aparılan vergi yoxlaması zamanı qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiymət, xidmət haqqı nəzərə almadı. Xərc olaraq yalnız qəzetin çapına görə mətbəəyə ödənilən məbləğ hesablandı ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürüldü. Halbuki, bu da reallıqla üst-üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi yanlışlığa yol verdilər. Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, vergi yoxlaması aparıldığı dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni vaxtda “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə isə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödəmişdir. Vergi yoxlamasının aparıldığı vaxtda “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq– 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki, bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir. Vergi yoxlamasından sonra nazirlik əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da, qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki, xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır. Yəni, vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az olmuşdur. Beləliklə, bütün sənədlərə və əldə olan faktlara əsasən onu deyə bilərəm ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar Vergi yoxlamasının qərarı, heç bir həqiqəti ifadə etmir. Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şirin Cəfəri həbslə üz-üzə

    Şirin Cəfəri həbslə üz-üzə ...

    8-01-2016, 13:52

  • 
  • Şirin Cəfərinin məhkəməsi təxirə salındı

    Şirin Cəfərinin məhkəməsi təxirə salındı ...

    2-02-2016, 23:50

  • 
  • Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi

    Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi ...

    3-02-2016, 20:10

  • 
  • “Gündəm Xəbər”in təsisçisinin Məhkəmə prosesi təxirə salındı

    “Gündəm Xəbər”in təsisçisinin Məhkəmə prosesi ...

    16-02-2016, 16:41

  • 
  • “Gündəm-xəbər”i qandallamaq istəyənlərin bəsirət gözləri...

    “Gündəm-xəbər”i qandallamaq istəyənlərin bəsirət ...

    8-02-2016, 19:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu