Bu gündən etibarən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin (Hökumət evinin qarşısı) 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?